İSA İBN MƏRYƏM – Allahın İsrail

oğullarına Tövratı təsdiq etmək üçün göndərdiyi ən böyük peyğəmbərlərdən biri olmuşdur (Quran, 3: 48). İsa həm peyğəmbər olmaqla yanaşı, həm də Məsih kimi tanınmışdır. Yeni qanun, eləcə də müqəddəs kitab olan İncil ona nazil olmuşdur (Quran, 5: 46). Rəvayətlərə görə anası Məryəm (I) onu Allahın möcüzəsi ilə atasız dünyaya gətirmişdir. Ancaq İsrail oğulları bu hadisənin möcüzə olduğuna inanmamış, Məryəmi günah etməkdə günahlandırmışlar. Buna görə də o, oğlu ilə birlikdə təqib edildiyindən yurdlarından uzaqlaşmağa məcbur olmuşdurlar. İsanın yaşı təxminən otuza çatdıqda Allah onu peyğəmbər kimi vəzifələndirmişdir. Bundan sonra o, yolunu azmış yəhudiləri doğru yola dəvət etməyə başlamışdır. Qurana görə İsa onlara çoxlu möcüzələr göstərmişdir (5: 110). Təfsirçilər Quranın (61: 6) ayəsinə istinad edərək bildirirlər ki, İsa həm də Məhəmmədin peyğəmbərliyi haqqında xəbər vermişdir. Müsəlman ilahiyyatçılarına görə İsanın şəriəti Musa peyğəmbərin gətirdiyi qanunların ruhunu dəyişmiş, onları nisbətən yumşaltmışdır. Bununla belə, İncil Tövrata zidd olmamış, onun məntiqi davamı idi. Bundan sonra qədim Musa şəriəti ortadan qaldırmış, Məhəmməd peyğəmbərin gəlişinə qədər doğru yol İsanın gətirdiyi şəriət olmuşdur. İslamın gəlişindən sonra isə İsanın gətirdiyi din qaldırılmış, həqiqət İslamda tamamlanmışdır. İsanın şagirdləri olmuş həvarilər onun yardımçıları və davamçıları olmuşdurlar. Ancaq, onların cəhdlərinə baxmayaraq İsrail oğullarının çoxu İsanın peyğəmbərliyini qəbul etməmiş, ona qarşı çıxmışdırlar. Rəvayətlərə görə, onlar İsanı öldürmək fikrinə düşmüşlər. Yəhudiyyə ölkəsi o zaman Roma imperiyasının bir vilayəti idi. Onlar Roma valisinə İsanın üsyan hazırladığı xəbərini vermiş və onun çarmıxa çəkilərək edam edilməsini tələb etmişdirlər. Ancaq, Allah o zaman İsanı qeybə çəkmişdir (Quran, 3: 55). Təfsirçilər iddia edir ki, onun yerinə başqa adam çarmıxda edam edilmişdir (Quran, 4: 157). Daha sonra rəvayətlərə görə qiyamət günüdən əvvəl İsanın yer üzünə ikinci zühuru reallaşacaqdır. Bunu iddia edən ilahiyyatçılar Quranın 43: 61 ayəsinə istinad edirlər. Ancaq o zaman İsa peyğəmbər kimi deyil, İslamı təsdiq edən adam kimi fəaliyyət göstərəcək, yalançı və dinsiz Dəccalla vuruşub onu öldürəcəkdir. Sonra onun duası ilə Allah çox təhlükəli olan Yəcuc və Məcuc qəbilələrini məhv edəcəkdir. İsa yer üzünü ədalətlə idarə edib vəfat edəcəkdir. Bu kimi rəvayətlərin olduğuna baxmayaraq bəzi ilahiyyatçılar İsanın zühuruna şübhə ilə yanaşırlar.
İRTİDAD
İSBAT
OBASTAN VİKİ
İsa ibn Şeyx
Əbu Musa İsa ibn əş-Şeyx bin əs-Səlil əz-Zühli əş-Şeybani (Ərəbcə: عیسی ابن شیخ (d. ? - ö. 883) — Abbasi valilərindən. Şeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Şeyx deyə məşhur olan atasının adı Əbdürrəzzaq və ya Əhməd olaraq qeyd edilir. İsanı tarix səhnəsinə çıxaran hadisə xəlifə Mütəvəkkil-billah dönəmində (847-861) meydana gəldi. Babəklə iş birliyi qurduğu üçün Samərrada həbs edilən Rəbiə qəbiləsinə mənsub Məhəmməd bin Bəis həbsdən qaçıb Mərənd qalasına sığınınca Mütəvəkkil-billah onu yaxalamaq üçün Buğa əs-Səğirin (Kiçik Buğanın) başçılığında bir ordunu Mərəndə göndərdi. İsa ibn Şeyx də bu orduda vardı. Buğa əş-Şərabi, İbn Bəis ilə eyni qəbiləyə mənsub İsanı ona elçi olaraq göndərdi.
Əli ibn İsa ibn Cərrah
Əli ibn İsa ibn Davud ibn Cərrah (859 – 1 avqust 946, Bağdad) — Abbasilər xilafətində fars əsilli məmur. Abbasilər hökumətində uzun müddət xidmət keçmiş ailədən olan Əli ibn İsa Abbasilər sarayında hakimiyyətə yüksəlmiş, 913–917-ci, 918–923-cü və 927–928-ci illərdə vəzir vəzifəsində çalışmışdır. Əli ibn İsanın Abbasilər dövlətinin süqutu ilə nəticlənən tənəzzülü ilə üst-üstə düşən siyasi karyerası keşməkeşli olmuş, rəqibi Əbülhəsən Əli ibn Fərat və onun tərəfdarları ilə tez-tez sürgünlərə səbəb olmuş hakimiyyət mübarizəsi ilə yadda qalmışdır. İbn Fəratın səxavətindən və israfçılığından fərqli olaraq, Əli ibn İsa fitnə-fəsadın sərt və qətiyyətli rəqibi olmuş, bu ona çoxlu düşmənlər qazanmışdır. Buna baxmayaraq, o, sonrakə illərdə idarəetmə üzrə istedadı və dürüstlüyü səbəbindən "yaxşı vəzir" kimi yadda qalmışdır. van Berkel, Maaike M. L. (2013). "ʿAlī b. ʿĪsā b. Dāʾūd b. al-Jarrāḥ".
Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Allahın Padşahlığı
Allahın Padşahlığı (yunan: βασιλεία τοῦ θεοῦ, Basileya tu Teu; lat. Regnum Dei) yaxud Səmavi Padşahlıq (ivrit: מלכות השמים, Malkut ha-şamayim; yunan: Βασιλεία τῶν Ουρανῶν, Basileya ton Uranon) — xristianlığın əsas anlayışı, İncilin — İsa Məsihin Müjdəsinin baş mövzusu. İsa Məsihin müasirləri olan yəhudilər bu anlayışı İsrailin siyasi, hərbi qələbəsi və rifahı olaraq anlayırdılar. O dövrdə demək olar ki bütün yəhudilər Səmavi Padşahlığı bərqərar edəcək olan Məsihi gözləyirdilər. Bibliyada İsa Məsih Səmavi Padşahlıqdan tez-tez bəhs edir. İsa Səmavi Padşahlığı Özünün Padşahlığı kimi elan edirdi. Ponti Pilatın qarşısında mühakimə edilərkən İsa belə cavab verdi: "Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil". Dünyanın sonu haqqında çox düşünən fariseylər İsadan "Allahın Padşahlığı nə zaman gələcək?" soruşanda, İsa onlara belə cavab verdi: "Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar "bax, o buradadır" yaxud "oradadır" deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir".
Allahın adları
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". == Əsmaül Hüsna == Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
İsrail
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9.136.000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
Həməd ibn İsa Əl-Xəlifə
Həməd ibn İsa ibn Salman Əl-Xəlifə (ərəb. حمد بن عيسى بن سلمان آل خليفة‎; 28 yanvar 1950, Ər-Rifa[d], Cənub qubernatorluğu[d]) — Bəhreyn Krallığının hazırkı Kralı. == Həyatı == Həməd ibn İsa Əl-Xəlifə 28 yanvar 1950-ci ildə Bəhreynin Ər-Rifa şəhərində anadan olub. Valideynləri vəliəhd İsa ibn Salman Əl-Xəlifə və Həssə binti Salman Əl-Xəlifə idi. Bəhreyndəki Manama Liseyində oxuduqdan sonra Həməd Kembricdəki Leys məktəbinə getməzdən öncə Surrey qraflığında yerləşən Əplqart Kollecində təhsil almaq üçün İngiltərəyə göndərildi. Həməd daha sonra, ilk olaraq İngiltərə Ordusunda, Hempşir qraflığının Olderşot şəhərindəki Mons Zabit Kadet Məktəbində 1968-ci ilin sentyabrında məzun olanadək hərbi təlim keçdi. Dörd il sonra, 1972-ci ilin iyun ayında Həməd Kanzasın Fort Livenvortdakı Amerika Birləşmiş Ştatları Ordu Komandanlığı və Baş qərargah Kollecinə daxil oldu. 1973-cu ilin iyununda həmin kolleci fərqlənmə diplomu ilə bitirdi. Həmədin dörd arvadı və onlardan ümumilikdə on iki övladı var: yeddi oğlu və beş qızı: 9 oktyabr 1968-ci ildə Ər-Rifada ilk həyat yoldaşı Səbikə binti İbrahim Əl-Xəlifə ilə evləndi. Səbikə bəhreynlidir, onların üç oğlu və bir qızı var: Şahzadə Salman ibn Həməd ibn İsa Əl-Xəlifə, Bəhreynin vəliəhdi (21 oktyabr 1969-cu il təvəllüdlü) Şeyx Abdulla ibn Həməd ibn İsa Əl-Xəlifə (30 iyun 1975-ci il təvəllüdlü) Şeyx Xəlifə ibn Həməd Əl-Xəlifə (4 iyun 1977-ci il təvəllüdlü) Şeyxa Neclə binti Həməd Əl-Xəlifə (20 may 1981-ci il təvəllüdlü) İkinci arvadı Şeiyə binti Həsən Əl-Qüreyş Əl-Əcmi küveytlidir.
İsa ibn Şeyx əş-Şeybani
Əbu Musa İsa ibn əş-Şeyx bin əs-Səlil əz-Zühli əş-Şeybani (Ərəbcə: عیسی ابن شیخ (d. ? - ö. 883) — Abbasi valilərindən. Şeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Şeyx deyə məşhur olan atasının adı Əbdürrəzzaq və ya Əhməd olaraq qeyd edilir. İsanı tarix səhnəsinə çıxaran hadisə xəlifə Mütəvəkkil-billah dönəmində (847-861) meydana gəldi. Babəklə iş birliyi qurduğu üçün Samərrada həbs edilən Rəbiə qəbiləsinə mənsub Məhəmməd bin Bəis həbsdən qaçıb Mərənd qalasına sığınınca Mütəvəkkil-billah onu yaxalamaq üçün Buğa əs-Səğirin (Kiçik Buğanın) başçılığında bir ordunu Mərəndə göndərdi. İsa ibn Şeyx də bu orduda vardı. Buğa əş-Şərabi, İbn Bəis ilə eyni qəbiləyə mənsub İsanı ona elçi olaraq göndərdi.
Allahın 99 adı
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". == Əsmaül Hüsna == Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
Allahın səltənəti qəlbimizdədir
"Allahın səltənəti qəlbimizdədir" (rus. Царство Божие внутри вас) Lev Tolstoyun yazdığı əxlaqi-mənəvi, qeyri-bədii əsərdir.Fəlsəfi bir traktat olan kitab ilk dəfə 1894-cü ildə Almaniyada, vətəni Rusiyada qadağan olunduqdan sonra nəşr edilmişdir. Bu kitab otuz illik Tolstoy təfəkkürünün son nöqtəsidir və xristianlığın ümumbəşəri sevgiyə yönəlmiş təfsiri əsasında cəmiyyət üçün yeni bir mütəşəkkillik yaradır. "Allahın səltənəti qəlbimizdədir", anti-zorakılıq və xristian anarxist hərəkatının tərəfdarları üçün əsas mətndir. == Fon == Kitabın adı Luka 17: 21- dən başlayır. Kitabda Tolstoy, İsa Məsih tərəfindən öyrədildiyi kimi, zorakılıqla qarşılaşdıqda qeyri- zorakı müqavimət prinsipindən danışır. Məsih "digər yanağını çevir dedikdə", Tolstoy Məsihin zo müdafiə olunduqda belə zorakılığı ortadan qaldırmaq və intiqam almaqdan imtina etməyi iddia edir. Tolstoy, əhatə dairəsini məhdudlaşdırmağa çalışan Roma və orta əsr alimlərinin şərhini rədd edir: "Allahın əmrində insanları öldürməməlisiniz yazıla-yazıla siz necə insanları qətlə yetirirsiniz?" Tolstoy müharibə aparan bütün hökumətlərin xristian prinsiplərinə hörmətsizlik etməsi ilə bağlı fikir söyləyib. Rus Pravoslav Kilsəsi zamanında — Rusiya dövləti ilə birləşən və dövlətin siyasətini tam dəstəkləyən bir təşkilat olduğu üçün Tolstoy təlimlərini Məsihin həqiqi İncili olduğuna inanmaqdan, xüsusən də Dağdakı Xütbədən ayırmağa çalışırdı. Tolstoy anti-zorakılığın həllini millətçi bəlaların həllində və kilsənin riyakarlığını görmək üçün bir vasitə kimi müdafiə etdi.
Allahın varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. == Tanrının mövcudluğunu təsdiqləyən dəlillər == === "Boşluqların tanrısı" === Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. === (Mənəvi) Kamillik səviyyəsində/ dərəcəsində isbatı === İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
Mömin (Allahın adı)
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
Tunc Allahın yükü
Tunc Allahın yükü (rus. Бремя бронзового бога) — Vahid Məmmədlinin “Tunc Mələk” və “Tunc Mələyin yolu” romanlarından ibarət, dünyada ilk qansız döyüş romanı olan dilogiyası. Vahid Məmmədli ədəbi yaradıcılığa ilk dəfə Rusiya Mədəniyyət Fondunun (RMF) “Qrifon” nəşriyyatında nəşr olunan “Tunc Allahın yükü” əsəri ilə başlamışdır. Əsərin RMF tərəfindən nəşr olunması və tez bir zamanda bestsellerə çevrilməsi onunla əlaqədardır ki, əsər dünya ədəbiyyatında tamamilə yeni bir janrda, qansız döyüş romanı janrında yazılmışdır. Əsərin tez bir zamanda tanınması Rusiyanın və Avropanın ən böyük nəşriyyatı olan “Eksmo” nəşriyyatının diqqətini cəlb etmiş, 2006-cı ildə onun “Tunc Mələk” əsərini “Cəllad tələsməyi sevmir” adı ilə “Rus bestselleri” seriyasında çap edib. Dilogiyanın hər iki romanı “İnsanın öz ağlından başqa onun qəlbinə və beyninə heç nə və kimsə hakim kəsilə bilməz” düşüncəsinə əsaslanır. Əsər qəhrəmanı Tunc Mələyin müharibə gedən İraqda istənilən situasiyada – yaraqlı terrorçuların milyonlarla pul tələb etmək üçün oğurladıqları biznesmen və jurnalisti azad etməsi, var-dövlət hərisliyindən ən yaxın adamlarını, polis əməkdaşlarını öldürənlərin, öz uğursuzluğunun qisasını yaşlı təqaüdçüdən alan qatilin aşkara çıxarılması üçün, böyük bir qoşunun qarşısında, hər addımda təhlükəylə üzləşsə də, bir güllə belə atmadan, qan tökmədən yalnız yüksək intellekti və ağlının gücü ilə bütün çətinlikləri dəf etməklə, tanımadığı, müxtəlif millətdən, dindən olan insanları xilas edib Tunc Mələk adını alan detektiv analitikin fəaliyyətindən bəhs edir. Hər iki romanın qayəsini təşkil edən, müəllifin “Bu dünyada heç kim mələk deyil, başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər” sözləri, təsadüfi deyil ki, dünyanın bir çox yerlərində müdrik kəlamlar toplularında, saytlarında yer alır. Dilogiyanın yalnız xeyirxahlığı və ağlının gücü ilə hər kəsə qalib gələn qəhrəmanı Tunc Mələk romanı bir detektiv, döyüş romanından çox, dünyanın bir çox mütərəqqi fəlsəfə və dünyagörüş məktəblərindən qaynaqlanan möhtəşəm ədəbiyyat nümunəsi kimi oxuculara sevdirir.
Həzrət Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Müqəddəs Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Məryəm (ad)
Məryəm — ad.
Məryəm (Çaroymaq)
Məryəm (fars. مريم‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Məryəm Anqubazova
Məryəm Anqubazova – Sosialist Əməyi Qəhrəmanı (1949). Tütünçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir.
Məryəm Aydəmirova
Məryəm Aydəmirova (1 yanvar 1924 – 2 noyabr 1992, Qroznı) — Çeçen müğənnisi, musiqiçi, bəstəkar, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq artisti, RSFSR əməkdar artisti. 1 yanvar 1924-cü ildə Nadterek rayonunun Beno-Yurt kəndində anadan olmuşdur. Ailənin yeganə övladı olur. Məktəbdə onunla birlikdə oxuduğu Mahmud Esambayev tərəfindən bir həvəskar sənət dərnəyində mahnı oxumağa çağrılır. Beşinci sinifdə Pyatiqorskda istedadlı uşaqlar üçün keçirilən yarışmada iştirak edir. Ancaq xüsusi bir musiqi təhsili almır. Deportasiya illərini Cambulda keçirir. Bir tanış onu ziyarətçilər üçün mahnı oxuduğu yeməkxanada işləməyə dəvət edir. Ailəyə verilən cüzi yardımla anası bir qarmon alır. Məryəm bunun üzərində çalmağı öyrənməyə başlayır.
Məryəm Bayraməlibəyova
Bayraməlibəyova Məryəm Teymur bəy qızı — azərbaycanlı pedaqoq, Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" (qızlar) məktəbinin müdiri, 1919–1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru, 1920–21-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından biri. Məryəm Bayraməlibəyova 1898-ci ilin soyuq yanvar günlərinin birində Lənkəran şəhərində Azərbaycanın görkəmli xalq müəllimi Teymur bəy Bayraməlibəyovun maarif nurlu ocağında dünyaya göz açıb. Məryəm Teymur bəyin doqquz uşağından biri idi. Teymur bəy bütün çətinliklərə sinə gərərək bu uşaqları böyüdüb tərbiyə etmiş, onlara ali təhsil vermişdi. Teymur bəy maarifpərvər bir xalq müəllimi idi və Məryəm xanımın taleyində böyük rolu olmuşdur. Məryəm xanım atasının yolu ilə gedərək müəllimliyi ömrünün qayəsi etmişdi. Məryəm xanım ibtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində — I rus-tatar qızlar məktəbində almışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir. Moskvada tibb institutuna daxil olan Bayraməlibəyovanın təhsil xərclərini Bakı milyonçusu — xeyriyyəçisi Murtuza Muxtarov öz üzərinə götürmüşdü.
Məryəm Firuz
Məryəm Fərmanfərmaiyan və ya Məryəm Firuz — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Bətul xanımın qızı idi.O, İranda Tudə (kommunist) Partiyasının qadın bölməsini yaradıb.1949-cu ildə İran Tudə Partiyasının üzvü və sonra baş katibi Nurəddin Kiyanuri ilə evləndi.
Məryəm Fərmanfərmaiyan
Məryəm Fərmanfərmaiyan və ya Məryəm Firuz — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Bətul xanımın qızı idi.O, İranda Tudə (kommunist) Partiyasının qadın bölməsini yaradıb.1949-cu ildə İran Tudə Partiyasının üzvü və sonra baş katibi Nurəddin Kiyanuri ilə evləndi.
Məryəm Həsənova
Həsənova Məryəm Mirdaməd qızı (1938, Bakı – 29 iyul 2018, Bakı) — Azərbaycan Milli Məclisinin sabiq üzvü, istiqlalçı millət vəkili. 1938-ci ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Bakıda 190 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Həyatının sonrakı mərhələləri Siyəzən rayonunda keçmişdir. Bir müddət Siyəzən rayonunda direktor vəzifəsində çalışmış, Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs demişdir. 2010-cu ildə işdən çıxmışdır. 1990-cı ilin sentyabr ayının 30-da deputat seçilməsi elan edildikdən az sonra, 6 oktyabrda qardaşı, qardaşının həyat yoldaşı, bacısı, bacısı oğlu avtomobil qəzasına düşərək həlak olmuşdur. Ondan sonra həyatının sonuna qədər başına qara yaylıq örtmüşdür. Anasının xahişi ilə ailə həyatı qurmuş və həyat yoldaşını 2009-cu ildə itirmişdir.
Məryəm Kromah
Məryəm Kromah (d. 1 yanvar 1994) — Liberiyanı təmsil edən yüngül atlet (sprinter). Məryəm Kromah Liberiyanı 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. Məryəm Kromah birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçış yarışlarında Kromah 52.79 saniyə nəticəyə imza atdı və 5-ci yeri tutdu.