isbati-vücud 2021

isbati-vücud
isbatedilməzlik 2021
isbatlama
OBASTAN VİKİ
Vücud
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
Vəhdətül-vücud
Vəhdətül-vücud — sufi təlimi. Bu sufi təlimə görə yalnız bir varlıq vardır, o da Allahdır. Ondan başqa heç nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar isə onun təcəllisi və təzahürüdürlər. Onların varlıqları Tanrının varlığından asılıdır. Deməli maddi aləmin Allahla əlaqəsi bir şeyin onun kölgəsi ilə bağlılığı kimidir. O şey olmasa, onun kölgəsi də olmaz. Deməli bu dünyanın da varlığı Allahın varlığına bağlıdır. "Vəhdəti-vücud" təliminə görə hər bir şeydə Tanrının təzahürləri vardır. Hər bir sufi Tanrıdan başqa heç bir şeyin olmadığını bilir.

Digər lüğətlərdə