Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klad
Klad — əcdadın və nəslin davamçılarının təşkil etdiyi qrupdur. == Xarici keçidlər == Evolving Thoughts: Clade DM Hillis, D Zwickl & R Gutell. "Tree of life". An unrooted cladogram depicting around 3000 species.
Ulad-Hədac
Ulad-Hədac (ərəb. أولاد هداج‎, fr. Ouled Hedadj) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşir, 10 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 31 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 18 kilometr qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 30 573 nəfər idi.
Ulad-Musa
Ulad-Musa (ərəb. أولاد موسى‎, fr. Ouled Moussa) — Əlcəzairin şimalında, Bumerdes vilayətinin ərazisində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 117 metr yüksəklikdə yerləşir, sahəsi 29 km2-dir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 38 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 45,770 nəfər idi.
Ulad-Səid
Ulad-Səid (ərəb. أولاد السعيد‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Timimun dairəsinə daxildir. Şəhər vilayətin şimal hissəsində, Bğyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 850 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 343 metrdir.Ulad-Səid kommunasının sahəsi 650 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,9°C, ən isti ayda (iyulda) 36,6°C-dir.
Ulad-Yəiş
Ulad-Yəiş (ərəb. أولاد يعيش‎) — Əlcəzairin şimalında, Blida vilayəti ərazisində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsində, vilayətin inzibati mərkəzi Blidanın yaxınlığında, dəniz səviyyəsindən 223 metr yüksəklikdə yerləşir. Ulad-Yəiş ölkənin paytaxtı Əlcəzairdən təxminən 30 kilometr cənub-qərbdə yerləşir. Əlcəzair müstəqillik qazanmazdan əvvəl şəhər Dalmati adlandırılırdı. 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 87,131 nəfər idi.
Ulad-Aysa (Adrar)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎)) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Şərüin dairəsinə daxildir. Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal-qərb vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 855 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 344 metrdir.Uled-Aysa kommunasının sahəsi 4030 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 20 mm-dir). Orta illik temperatur 23,8-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,4°C, ən isti ayda (iyulda) 36,3°C-dir.
Ulad-Aysa (Bumerdes)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎, fr. Ouled Aïssa) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 355 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 79 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 43 kilometr şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 7685 nəfər idi.
Akkad
Akkad dövləti və ya Akkad padşahlığı — Cənubi Mesopotamiyanın(İkiçayarası) şimalında Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Akkad şəhəri İkiçayarasının zəngin şəhərlərindən, Akkad dövləti isə regionun qüdrətli dövlətlərindən idi. Babilin sami əhalisinin yaşadığı şəhərlərdən biri. == Tarixi haqqında == Akkad dövlətinin yaradıcısı I Şarri-kin (akkad:Şarrumkenu) olmuşdur. O, e.ə. 2316–2261 illərdə bu dövlətin çarı olmuşdur. Yunanlar ona Sarqon deyirdilər. O sami olmuşdur və Kiş şəhərinin çarı Ur-Zababanın bağbanı vəzifəsində çalışırdı. Ur-Zababa Umma şəhərinin çarı tərəfindən savaşda məğlub edildiyindən sonra, bilinməyən səbəblər nəticəsində (əfsanəyə görə tanrıca İştarın himayəçiliyinin nəticəsində Sarqon çarlığı ələ keçirmişdi. Çar olandan sonra o, Kişdən Akkad şəhərinə köçmüş və onu ölkəsinin baş şəhəri elan etmişdir.
Bolad
Bolad (1240, Monqolustan – 26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri. == Həyatı == 1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi. 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi. === Səfir kimi === ==== Arqun xan dövrü ==== 7 aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyə və keşik verilərək Xorasan valisi təyin olundu. ==== Keyxatu xan dövrü ==== 1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü.
Bаlаd
Balad — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Fulad
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. Fulad FK — İranın Əhvaz şəhərinin futbol klubu. Zaqe Fulad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Kulab
Kulab (tac. Кӯлоб) — Tacikistanın Xatlon bölgəsində yerləçən şəhər. Yaxsu çayının vadisində (Pənc hövzəsi), Düşənbə şəhərindən 175 km cənub-şərqdə, Xəzratişox silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisinə görə respublikada dördüncü şəhərdir: əhalisi 1 yanvar 2015-ci il tarixinə 101.200 nəfər idi; 1 yanvar 2019-cu il tarixinə 105.500 nəfərdir. == Tarixi == Kulab, Xuttalyanın yeni paytaxtı olaraq XVI əsrdə ortaya çıxdı və Abdullah adına görə kiçik bir şəhər idi, lakin üç qapısı olan möhkəm qala vardı: Çarsu (şimal tərəfdə), İmam (qərbdə) və Darb əl-Xaivan (cənub tərəfdə). Şərq tərəfində şəhər dağlarla qorunurdu. 1504-1505-ci illərdə şəhər Özbək xanədanının qurucusu - Şeybani xan tərəfindən tutuldu və Şeybanilər dövlətinin bir hissəsi idi. Şeybani xanın ölümündən sonra, 1510-cu ildə tarixdə Xan Mirzə kimi tanınan Teymurlu Sultan Veys Mirzənin nəsilləri burada hakimiyyəti ələ keçirdi. 1584-cü ilə qədər Süleyman Şahın nəvəsi Şahrux Mirzə burada hökm sürdü və həmin ildə şəhər Şeybanidlərin Özbəklər sülaləsinin nümayəndəsi — II Abdullah Xan tərəfindən yenidən ələ keçirildi və birbaşa dövlətin mərkəzinə tabe edildi — Buxara. Nadir Məhəmməd Xanın (1642-1645) dövründə Kulab, Özbək Əştərxanilər sülaləsinin hakimiyyəti altındakı ikinci siyasi mərkəz olan Bəlxə təyin edildi.
Külah
Külah — Azərbaycanda tarixən mövcud olmuş baş geyim formalarından biri. == Haqqında == Farsca "papaq" mənasını bildirən külah oğuzlar arasında hələ ilk orta əsrlərdən məlum idi. Kəndlilər, şəhər yoxsulları "kulah-namad" adlanan oval formalı keçə külah, orta və yuxarı zümrələr isə konusvarı formalı hündür külah geyirdilər. Kitabi Dədə Qorqud dastanlarında kişi baş geyim kimi külah haqqında qeyd olunur ki, "…altı ögəc dərisindən, külah etsə, qulaqlarını örtməyən, qolu-budı xaranca, uzun baldırları incə, Qazan bəgün dayısı At ağızlu Aruz qoca çapar yetdi". Bu mətndən bəlli olur ki, oğuzların külahı qoyun dərisindən, xüsusilə erkək qoyun dərisindən tikilərmiş. Külah tipli konusvarı baş geyiminə Təbriz miniatür məktəbinə mənsub olan incəsənət əsərlərində də tez-tez təsadüf edilir. Bu bir daha göstərir ki, XVI əsrdə Azərbaycan ərazisində külah kütləvi səciyyə daşımışdır. Hətta əsilzadə şəxslərə məxsus olan bəzi təsvirlərdə külahın ətrafına çalma sarındığı müşahidə olunur. Görünür, orta əsrlərdə külah parçadan tikilən baş geyimini də ifadə edirmiş. Son zamanlaradək Azərbaycanın bəzi etnoqrafik bölgələrində, xüsusilə Abşeronda "taskülah", yaxud "şəbkülah" adı ilə bəlli olan kişi baş geyimi hələ dəbdən düşməmişdi.
Milad
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Udlaq
Udlaq — yun. Pharinx həzm kanalının ikinci hissəsini təşkil edərək burun, ağız boşluqları ilə qırtlağın arxasında, kəllə əsasının altında, onurğanın boyun hissəsinin ön səthində yerləşmişdir. Aşağıda VI–VII fəqərə cisimləri arasında qida borusuna keçir. Uzunluğu 12–15 sm və eni yuxarıda 4,5 sm-ə bərabərdir. Vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı ilə tənəffüs yolları çarpazlaşır. Udlağın dal və iki yan divarı vardır. Prof.
Ukulan
Upload
Upload və ya faylın yüklənməsi (ing. Download) — faylın şəbəkə vasitəsilə digər kompüterdən və ya informasiya daşıyıcısından kompüterə yüklənməsi. Upload Azərbaycan dilinə tərcümədə "Yüklə" deməkdir.
Uylax
Uzlar
Uzlar və ya Quzlar — İlk dəfə Konstantin Boqryanorodnının əsərində Şərqi Avropada, Xəzər sahillərində, Volqa boyunda yaşayan qədim türk tayfaları. Bəzi tədqiqatçılara görə uz etnonimi əslində oğuz etnoniminin yunanca yazılış formasıdır. XI–XII əsrlərə aid rus salnamələrində uzlar tork (rus dilində "ü" səsi olmadığına görə o, "o" səsi ilə verilmişdir) şərq mənbələrində isə quz adlanırlar. Mənbələrdən aydın olur ki, uzlar Volqa boyunda dövlət qurumuna malik idilər. Lakin qurumun qurucuları barədə məlumat yoxdur. XI əsrdə şimaldan ruslarla birlikdə şərqdən uzlar Volqa boyunda yaşayan peçeneqləri qərbə tərəf sıxışdırmağa başladılar. Nəticədə Bizans ərazisinə gələn peçeneqlərin bir hissəsi Turak adlı elbəyin rəhbərliyi ilə Bizansla müharibələr aparsalar da sonradan Bizans dövlətinə tabe olaraq indiki Bolqarıstan və Makedoniya və Kiçik Asiya : Mərmərə, Qərbi Qara dəniz, Orta Qara dəniz, İç Anadolu, Trakya ərazilərinə yerləşdirildilər. Uzların ruslarla ilk münasibətləri 1036-cı ildə peçeneqləri məğlub etdikdən sonra başlasa da, bəzi rus mənbələrinə görə bu ittifaqın kökü hələ 985-ci ilə söykənir. Rus knyazı Vladimir 985-ci ildə İdil Bulqarları üzərinə yürüş edərkən onun dəstəsində uz əsgərləri də varidi. Uzun müddət Qıpçaq tayfaları tərəfindən təqiblərə məruz qalan uzlar Dunay boyu hərəkət edirdilər.
Uklon
Uklon — ukraynalı taksi xidməti. Uklon minik, çatdırılma, avtomobillərin idarə edilməsi və digər nəqliyyat xidmətləri təklif edir. Şirkət 2009-cu ildə startap olaraq yaradılıb və hazırda 500-dən çox işçisi var. İT bölməsi Ukrayna bazarındakı ən böyük infrastrukturlardan birinə sahibdir. Uklon Ukraynanın 28 şəhərini əhatə edir. Onlardan ikisində — Xerson və Mariupolda Rusiyanın Ukraynanı işğalından sonra xidmət dayandırılıb. 2006-cı ildə Dmitri Dubrovski Evos şirkətini təsis edib. O zaman Evos-un 20-yə yaxın işçisi var idi, onlardan Dmitri Dubrovski baş direktor idi. Viktoriya Dubrovski maliyyəyə, Serhi Smus isə satışa cavabdeh idi. Uklon məhsulu Kiyev Mohıla Akademiyasının məzunu, 21 yaşlı riyaziyyatçı Vitali Diatlenko tərəfindən hazırlanıb.
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Skad
Skad — Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (2 km/s). Skad-A 1951-ci ildə R-11 adı ilə dizayn olunan bu texnika "Skad" seriyasının ilk ballistik raketidir. Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu raket Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk uçuşunu 18 aprel 1953-cü ildə həyata keçirib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb.
Ukay
Qarabatdaq balıqçılığı – kiçik çaylarda balıq tutmaq üçün istifadə olunan ənənəvi metod. Əsasən Yaponiya və Çində yayılmışdır. Bu metodda xüsusi təlim keçilmiş qarabatdaqın köməyin istifadə olunur. Yaponiyada qarabatdaq balıqçılığı ukay (鵜飼) adlanır. Yaponiyada bu cür balıqçılığın tarixi VII–VIII əsrlərə gedib çıxır. Ən məşhur qarabatdaq balıqçılığı yeri Gifu prefekturasının Naqara çayıdır. Burada 1300 ildən çoxdur ki, qarabatdan balıqçılığı metodu ilə balıq tuturlar. Oda Nobunaqa bu çayda ukay metodu ilə tutulmuş ayunu elə bəyənmişdi ki, bu metodla balıq tutan yüzlərlə balıqçıya uşo titulu vermişdir. Qarabatdaq balıqçıları may–oktyabr aylarında kiçik qayıqlara minib çay axını boyunca hərəkət edirlər. Adətən bir qayıqda iki balıqçı və iki qayıqçı olur.
Ulan
Ulanlar (türkcə oğlan) yüngül süvari dəstəsinin əsgəri. Bayraqcıqlı nizələrlə silahlanmış ulanlardan ibarət dəstələr ilk dəfə 13–14 əsrlərdə monqol-tatar süvari qoşununda təşkil edilmişdir. Mizraqlı monqol-tatar süvari döyüşçüsü idilər. XVI–XX əsrlərdə Avropada yüngül süvari növü idi. 16 əsrdən Avropa ölkələrində ulan dəstələrinin təşkilinə başlanmışdı. Silahları əvvəlcə qılınc və bayraqcıqlı nizə, sonralar tapanca, 19 əsrin ortalarından karabin idi. Rus ordusunda ulan polkları 1803-cü ildə meydana gəlmiş, 1918-ci ilin əvvəllərində ləğv olunmuşdur.