İslamlaşdırma
İslamlaşdırma və ya islamizasiya (ərəb. أسلمة) — ictimai siyasətin və ictimai həyatın müxtəlif sahələrində islamın təsirinin artırılması prosesini, habelə müəyyən bir bölgədə və ya ölkədə islama etiqad edənlərin sayının artması prosesini ifadə edən siyasi termin.
Hal-hazırda dünyada 1 milyarddan çox müsəlman var. 1900-cü ildə müsəlmanlar dünya əhalisinin cəmi 4,2%-ni təşkil edirdi, bu gün isə təxminən 22%-ni təşkil edir. Proqnozlara görə, 2030-cu ilə qədər Yer kürəsindəki müsəlmanların sayı dünya əhalisinin 26,4%-ə yüksələcək, müsəlmanları sayı ən azı 2 milyard nəfərə çatacaq.
İslamın yaranmasından sonrakı ilkin əsrlərdə islamlaşma ərəb istilaları zamanı ələ keçirilən ərazilərdə məskunlaşan xalqların islamı qəbul etməsinə aid edilirdi. İslamın daha da yayılması fəthlər vasitəsilə də baş vermişdir. Ərəblərin Misiri zəbt etməsi, ərəblərin İranı zəbt etməsi, ərəblərin Əfqanıstana hücumu, xəzər-ərəb müharibələri, ərəblərin Pireney yarımadasını zəbt etməsi, ərəblərin Cənubi Asiyanı zəbt etməsi buna nümunələrdir. Həmçinin islamın yayılmasında Səlcuqlu dövləti, Osmanlı imperiyası, Qızıl Ordanın da təsiri olmuşdur.
Юрченко А. Г. Хан Узбек: Между империей и исламом.