İSMİ

«ism» sözündən olub, «ad» deməkdir və adı olan, tanınmış, şöhrətli» deməkdir.
İSMƏTULLA
İSMİBƏY
OBASTAN VİKİ
İsmi-əzəm
İsmi-əzəm (ərəb. الاسم الأعظم‎, hərf. ali ad) və ya ismi-allahu-əkbər ( ərəb. اسم الله الأکبر‎; hərf. Allahın ali adı) islamda Allahın yalnız peyğəmbərlərə məlum olan ali adı. Bəzi islam hədislərinə görə, kim ismi-əzəm istifadə edərək Allaha dua edərsə, onun duası qəbul olar. Şiə islamında ismi-əzəmin xeyir-dua aktında güclü təsirə malik olduğuna inanılır. İslamda tanrının adları What is Ism Al-Azam?
İsmi xan Cami
İsmi xan Cami (krımtat. İsmi Han Cami) ― Krımda Bağçasaray şəhərində yerləşən XVI—XVIII əsrlərə aid məscid. 2000-ci illərin əvvəlində məscidin bərpası nəzərdə tutulsa da bu vaxta qədər heç bir iş görülməyib. Hazırda məscidin bərpaya ehtiyacı var. Məscid XVI—XVIII əsrlərdə Krım xanının qohumlarından olan İsmi xan tərəfindən tikdirilib. Məscidin xarici fasadında barokko bəzi digər mənbələrə görə isə kalssisizm elementlərindən istifadə olunub. Məscidin digər fərqləndirici cəhəti isə altı guşəli ulduz şəkilində düzəldilən taxta pəncərələridir. Sovet işğalından sonra məsciddən anbar kimi istifadə edilib. Bu isə onun daha da dağılmasına səbəb olub. Krım Diyar İcraiyyyə Komitəsinin 15 aprel 1986-cı il tarixli № 164 qərarı ilə məscid yerli əhəmiyyətli abidə statusu alıb.
Aytən İsmixanova
Aytən Nuru qızı İsmixanova (3 sentyabr 1968, Bakı) — azərbaycanlı bəstəkar, aranjimançı, mahnı sözlərinin müəllifi. == Həyatı == Aytən Nuru qızı İsmixanova 1968 il 3 sentyabr tarixində Bakıda ziyalı ailəsində anadan olub. Uşaqlıqdan musiqiyə çox böyük həvəsi olduğundan valideynləri ona kiçik bir elektropiano alır. Bu pianoda Aytən eşitdiyi musiqiləri dəqiqliyilə təkrar edəndə hamı təəccüblənirdi. Qonşuluqda iki bacı Asəf Zeynallı adına musiqi texnikumunda təhsil aldığından Aytən ifalarını dinləmək üçün tez-tez onlara qonaq gedərdi. Evə qayıdanda o, eşitdiklərini dərhal öz pianosunda təkrar edərdi. Bakının mərkəzi klinikaların birində Aytənin anası Tamilla xanım müalicə alarkan mərhum bəstəkarımız Süleyman Ələsgərovla tanış olur. Qızının istedadı haqqında ona danışanda bəstəkarımız balaca qızcığazla tanış olmaq istəmişdir. Aytənin anası qızını Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına professor Süleyman Ələsgərovun yanına aparır. Professor Aytəni dinlədikdən sonra anasına: "Bu qızın yeməyini, içməyini piano arxasına gətirin ki, o daim məşğul olsun!
Camal İsmixanov
Camal İsmixanov - Operator. == Həyatı == Camal İsmixanov 1910-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda 2 il təhsil alıb. Varlı ailədən olduğu üçün İnstitutdan qovulub. Sonra Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib. Azərbaycanın ilk kinooperatoru Camal İsmixanov Böyük Vətən Müharibəsində itkin düşüb. == Filmoqrafiya == Ankilostomidoz (film, 1940) Azərbaycan SSR-nin 15 illiyi (film, 1935) Cəfər Cabbarlının dəfni (film, 1935) Hazır ol (film, 1939) İyirminci bahar (film, 1940) Qanköçürmə (film, 1938) Ordenli Azərbaycan (film, 1938) Raport veririk (film, 1930) Traxoma (film, 1933) == Mənbə == "Cəbhə kinooperatorları". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Emil İsmiyev
Fətəli İsmixanov
Fətəli İsmixanov (??-1942) — Azərbaycan maarifçisi, tərcüməçisi. 1915-1917-ci illərdə "Yeni İqbal" və daha sonra "Açıq Söz" qəzetlərində məqalələri ilə çıxış etmiş, erməni hərəkatları haqqında Azərbaycan dilində məlumatlar vermişdir. Kiqarmyants adlı erməni müəllifin "Erməni hərəkatının qısa tarixi" adlı kitabını 1917-ci Azərbaycan dilinə tərcümə edərək "Açıq Söz" qəzetində dərc etmişdir. Bu kitabda ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək üçün düşündükləri planlar, kimlərə, hansı dövlətlərə müraciət etdikləri qeyd olunub. == Erməni dilindən tərcümələri == "Qaynana", Adelyan ; tərc. ed. İsmixanov "Alvan", Araks ; ermənicədən çevirəni. İsmixanov "Yaşayanlar", Arazi ; çevirəni. F. İsmixanov "Xaos", A. Şirvanzadə ; tərc. ed.
Məcid İsmixanov
Məcid Abdulla oğlu İsmixanov - Pedaqogika elmləri namizədi, professor.Azərbaycan məktəbi (jurnal)nın baş redaktoru.Bakı Dövlət Universiteti ni bitirib. 5 may 1940-cı ildə Quba (keçmiş Qonaqkənd) rayonunda anadan olmuşdur. 1958-1962-cı illlərdə APİ-nin pedaqoji fakültəsini adlı təqaüdlə və fərqlənmə diplomu ilə bitirmiş, institutda assistent-müəllim kimi saxlanılmışdır. 1964-1982-ci illərdə APİ-də İbtidai təhsil pedaqogikası kafedrasında baş müəllim vəzifəsində işləmişdir. 1968-ci ildə “Az komplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1969-cu ildən dosent vəzifəsində çalışır. 1982-1987-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının redaktoru vəzifəsində işləmişdir. 1987-ci ildə Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında dosent vəzifəsində işləməyə başlamış, sonralar həmin kafedrada professor əvəzi vəzifəsini icra etmişdir. Pedaqogikanın əsasları : tədris vəsaiti / M. A. İsmixanov ; elmi red. A. Həsənov.
Teymur İsmiyev
Teymur Əlibaba oğlu İsmiyev — Azərbaycan Respublikasının əməkdar hüquqşünası,Böyük Vətən Müharibəsinin veteranı, vəkil, hüquq doktoru. Teymur İsmiyev 7 iyul 1922-ci ildə Kürdəmir şəhərində anadan olub. İbtidai təhsilini şəhərin orta məktəbində alıb. 1941-ci ildə məktəbi bitirdikdən sonra yerli hərbi qeydiyyat komissarlığına könüllü olaraq müraciət edir və Bakı şəhərində yerləşən Baki Hərbi Piyada Məktəbinə göndərillir. 1942-ci ilin iyun ayında məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra 1341 Atıcı alayının "PTR" (319-cu Piyada Diviziyası.) atıcı taqımının komandiri təyin edilir. 31 iyul 1942-ci ildə baş leytenant rütbəsini alaraq, qərargahı Qroznıda yerləşən 44-cü orduya göndərilir və burada 320-ci Atıcı Diviziyasının "PTR" 481-ci atıcı alayının komandiri təyin edilir. 5 iyul 1943-cü ildə Kursk almanlar tərəfindən hücuma məruz qalır. Yaranan Kursk istiqamətindəki döyüşlərdə Teymur Ismiyev də iştirak etmişdir. Döyüşlər zamanı qolundan ağır güllə yarası alır. Əməliyyat olunduqdan sonra Azərbaycana geri göndərilir və xəstəxanaya yerləşdirilir.
İsmilli
İsmilli — Azərbaycan Respublikasının Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi tərkibindəki İsmilli kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılmışdır. Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş İsmayıllı nəslinin adından yaranmışdır. İsmilli kəndi Şirvan düzündə yerləşirdi.
İsmin hallanması
İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir. İsimlərin cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişməsi, yəni müəyyən qrammatik şəkilçilər qəbul etmiş formasıdır. Azərbaycan dilində ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal Adlıq hal: Bu hal başlıca olaraq, subyekt halı olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Isimlər lüğətlərdə adlıq halda verilir. Bu halda olan isím kim? nə? hara?suallarından birinə cavab verir. Adlıq halda olan isimlər cümlədə, əsasən, dörd mövqedə işlənir: 1) mübtəda: İnsan yer üzünün əşrəfidir. 2) xəbər: Yer üzünün əşrəfi insandır.
İsmin halları
İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir. İsimlərin cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişməsi, yəni müəyyən qrammatik şəkilçilər qəbul etmiş formasıdır. Azərbaycan dilində ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal Adlıq hal: Bu hal başlıca olaraq, subyekt halı olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Isimlər lüğətlərdə adlıq halda verilir. Bu halda olan isím kim? nə? hara?suallarından birinə cavab verir. Adlıq halda olan isimlər cümlədə, əsasən, dörd mövqedə işlənir: 1) mübtəda: İnsan yer üzünün əşrəfidir. 2) xəbər: Yer üzünün əşrəfi insandır.
İsmixan Didərgin
İsmixan Didərgin (tam adı:Məmmədov İsmixan Müseyib oğlu; 25 aprel 1933, Ağkilsə, Basarkeçər rayonu – 5 iyun 1994, Bayan, Daşkəsən rayonu) — Azərbaycan şairi, jurnalist, müəllim. İsmixan Didərgin 25 aprel 1933-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 6 yaşından atadan yetim qalıb. Uşaqlıq və gənclik illərində ağır zəhmətə qatlanmalı olmuşdur. İbtidai təhsilini öz doğma kəndində, orta təhsilini qonşu Zod kəndində almışdır. Gənc yaşlarından şer yazmağa başlamışdır. 1957-1962-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində oxumuşdur. Doğulduğu Ağkilsə kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1965-1970-ci illərdə Basarkeçər rayonununda çıxan "Bolluq uğrunda" qəzetində işləmişdir. 1970-1988-ci illərdə Ağkilsə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
İsmixan Mətiyev
İsmixan Rəhimov
İsmixan Rəhimov (18 sentyabr 1925, Bakı – 15 dekabr 2004, Bakı) — tərcüməçi, dilçi alim, f.e.n.dos., antisovet "İldırım" təşkilatının qurucularından biri. İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olub. Atası Şahverdiyev Əlibəndə ticarətlə məşqul idi. Anası Rəhimova Gövhər mülkədar ailəsində göz açmış və ailənin yeganə qızı olmuşdur. Bu səbəbdən atası Məhəmməd ilk üç nəvəsini özünə oğulluğa götürmüşdür. 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olmuşdur. 1937-ci ildə, İsmixanın 11 yaşı olarkan onun atası işğalçı rejim tərəfindən həbs edilmiş və bir daha geri dönməmişdir. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirən İsmixan Rəhimov 1941-ci ildə Xarici Dillər İnstitutuna qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmiş daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş və burada təhsil alarkən Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. Aspiranturaya qəbul edilməsi ilə əlaqədar tibbi təhsilini dayandırmışdır.
İsmixan Rəhimov (F.e.n. dos.)
İsmixan Rəhimov (18 sentyabr 1925, Bakı – 15 dekabr 2004, Bakı) — tərcüməçi, dilçi alim, f.e.n.dos., antisovet "İldırım" təşkilatının qurucularından biri. İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olub. Atası Şahverdiyev Əlibəndə ticarətlə məşqul idi. Anası Rəhimova Gövhər mülkədar ailəsində göz açmış və ailənin yeganə qızı olmuşdur. Bu səbəbdən atası Məhəmməd ilk üç nəvəsini özünə oğulluğa götürmüşdür. 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olmuşdur. 1937-ci ildə, İsmixanın 11 yaşı olarkan onun atası işğalçı rejim tərəfindən həbs edilmiş və bir daha geri dönməmişdir. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirən İsmixan Rəhimov 1941-ci ildə Xarici Dillər İnstitutuna qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmiş daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş və burada təhsil alarkən Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. Aspiranturaya qəbul edilməsi ilə əlaqədar tibbi təhsilini dayandırmışdır.
İsmixan Yusubov
İsmixan Məhəmməd oğlu Yusubov — Azərbaycanlı riyaziyyatçı alim, yazıçı-publisist. 1945-ci ildə Azərbaycanın Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Moskva şəhərində 1964-1967-ci illəri arasında keçən üç illik hərbi xidmət sonrası 1970-ci ilində universitetdən məzun olmuş və bir il Cəlilabad şəhərində riyaziyyat və fizika müəllimi işləmişdir. Azərbaycan Dövlət Universitetində (daha sonra Bakı Dövlət Universitetində) aspirant olmuş (1971), assistent (1974), baş müəllim (1981) və dosent (1989) vəzifələrində işləmiş, orada da namizədlik dissertasiyasını (1983) müdafiə etmişdir. 1993-2012-ci illərdə Türkiyənin universitetlərində (Kocaeli, Sakarya), 2012-2014-cü illərdə yenidən Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında işləmişdir. İsmixan Yusubov 100-dən çox elmi məqalə, metodiki vəsait və kitabın müəllifidir. Elmi işinin mövzusu "Operatorların və normalı cəbr elementlərinin ədədi oblastı nəzəriyyəsi haqqında" ("К теории числовой области операторов и элементов нормированных алгебр") olmuşdur. M.Q.Pənahovla birlikdə 1991-ci ildə "Ehtimal nəzəriyyəsinin elementləri" (1-ci və 2-ci hissə), "Riyazi fizika tənlikləri üçün qoyulan tipik məsələlərin həllinə dair metodik göstəriş" adlı tədris vəsaitləri çap olunmuşdur. Sakarya universitetində işlədiyi zaman M.Q.Pənahov ilə birlikdə yazmış olduğu “Leneer Cebir ve sonlu boyutlu lineer operatorlar teorisinin elemanları” adlı kiabı İstanbulda üç dəfə (2004, 2006, 2009) nəşr olunmuşdur və hazırda ondan Türkiyə universietlərində dərslik kimi isifadə olunur.
Əfəndi İsmiyev

Значение слова в других словарях