israilli

israilli
israili 2021
israillilər
OBASTAN VİKİ
İsrailli Nobel mükafatı laureatlarının siyahısı
İsrailli Nobel mükafatı laureatlarının siyahısı — Nobel mükafatını qazanmış israillilərin siyahısı. 1966-cı ildən bəri 12 israilli Nobel mükafatına layiq görülmüşdür. İsraillilərin Nobel mükafatına layiq görüldükləri sahələr ədəbiyyat, sülh, iqtisadiyyat və kimyadır.
İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi (2023)
İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi — 2023-cü ildə Qəzzada müharibə zamanı yaraqlıların saxladığı girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün İsrail və HƏMAS arasında aparılmış bir sıra mübadilələr. Danışıqlar Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə aparılmış, daha geniş müvəqqəti atəşkəs razılaşmasının bir hissəsi olmuşdur. İsraildə sövdələşmə "Cənnətin qapısı" əməliyyatı (ivr. ‏דלתות שמיים‏‎), xarici vətəndaşların reabilitasiyası üçün alt proqram isə "Dostluq əli" əməliyyatı (יד אחות) adlandırılmışdır. İsrail 107-si uşaq olmaqla 240 fələstinli məhbusu azad etmişdir. Onların dörddə üçü cinayət törətməkdə mühakimə olunmamışdır. Bunun müqabilində HƏMAS 81 İsrail, 23 Tayland və 1 Filippin vətəndaşı olan 105 mülki şəxsi azad etmişdir.
İsraillilər
İsrail övladları və ya İsrail xalqı — qədim ibrani dininin rəhbəri və atası olan Yaqubun on iki uşağının törəmələrinə verilmiş ad. İbrahimi dinlərdə tanrı tərəfindən Yaquba İsrail adının verildiyinə inanılır (Yaradılış 32:28). Yaqub islama görə peyğəmbərdir və "Quran"da İsrail adı Yaqub əvəzinə istifadə edilmişdir (əl-i İmran, 93). Yaqubun 12 uşağının nəslindən on iki israilli çıxmışdır. İsrail sözü "Tanrı yolunda, doğru yolda" və ya "Tanrıyla güləşən" deməkdir. İsra (ivritcə "güləşmək") və əl (sami dillərində tanrı) sözlərindən yaranmışdır. "Tanax"da Yaqubun tanrı ilə güləşindən bəhs edilir. Yaqubun həyat yoldaşları, əmisi Lavanın qızları Lea və Raheldir. Leadan altı oğlu bir qızı, Raheldən iki oğlu olmuşdur. Ayrıca Leanın cariyəsi Zilpadan iki, Rahelin cariyəsi Bilhadan iki oğlu olmuşdur.

Digər lüğətlərdə