İSTİSĞAR
İSTİSQA
OBASTAN VİKİ
İstishab
İstishab (ərəb. مرجع تقليد‎) — islam hüququ termini. Qısaca İstishab; keçmişdə müəyyən edilmiş müddəanın sonradan dəyişdiyi məlum deyilsə və yaxud dəyişdiyinə dair heç bir dəlil yoxdursa, eyni qalacağına hökm etməkdir. Məsələn: ər-arvadın nikahı əks xəbər gələnə qədər davam etmiş sayılır. Bu ikinci dərəcəli sübutdur. Lüğətdə bu söz özünə yaxın birini tapmaq və onun dostluğunu istəmək deməkdir. Termin olaraq, əvvəllər məlum olan bir vəziyyətin əksini sübut edən dəlil olmadıqda, mövcudluğunu davam etdirdiyini mühakimə etmək deməkdir. İstishab müharibə, zəlzələ və ya yanğın kimi fəlakətlərdən sonra itkin düşən insanların qazanılmış hüquqlarını qorumaq məqsədi daşıyır. Ölüm xəbəri gələnə qədər həmin şəxsin mövcud hüquqları qorunur. Lakin həmin şəxs həmin vaxt yeni hüquqlar əldə edə bilməz.