Avropa İttifaqı–Azərbaycan əlaqələri

24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti "Xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir.

Azərbaycan-Avropa İttifaqı münasibətləri
Avropa İttifaqı və Azərbaycan
 Avropa İttifaqı  Azərbaycan
Avropa İttifaqınin Azərbaycan üzrə nümayəndəliyi
Səfir Peter Mixalko
Ünvan Bakı, Nizami küç., 90A 11-ci mərtəbə, 3-cü binasi
Digər
Dövriyyə 20,1 mlrd doll. (2020)

3 fevral 1995-ci ildə AŞPA bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətlərinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etmişdir.

13 iyul 1996-cı ildə Heydər Əliyev Avropa Şurası Baş Katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir.

11 sentyabr 1996-cı ildə AŞ Nizami-İntizam Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olmasını, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakim dairələri ilə danışıqların intensivləşdirilməsini, əməkdaşlıq proqramı çərçivəsində yardımın edilməsini nəzərdə tutan 32 saylı qətnamə qəbul edilmişdir.

22 aprel 1997-ci ildə Strasburqda AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq, sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflərin qarşılıqlı danışıqlardan sonra AbxaziyaDağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsipin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir.

25 aprel 1997-ci ildə Azərbaycan Respublikası Avropa Mədəniyyətlər Konvensiyasına qoşulmuşdur.

3 fevral 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisində respublika prezidentinin təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edilmişdir. 1993-cü ildən ölüm hökmünün icrasına faktiki olaraq moratorium qoyulmuşdur.

16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.

22 may 2000-ci ildə Avropa Şurasının Siyasi komitəsinin və insan hüquqları komitəsinin Kiprdə keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi üçün müəyyən şərtlər irəli sürülmüşdür:

"Ermənistan və Azərbaycan: Avropa Şurasının üzvlüyünə dəvət" adlı qərarda Azərbaycanla bağlı aşağıdakı müddəalar qəbul edilmişdir:

1. Ölkənin demokratik inkişafının müntəzəm şəkildə, zərurət yaranarsa, bu məqsədlə təsis edilmiş işçi qruplarının köməyi ilə işlənməsi.

2. Azərbaycan hökumətindən bir ay ərzində seçkilərin müşahidə üzrə beynəlxalq missiya tərəfindən ilkin qeyd və yekunlar üzrə bəyanatda edilmiş tənqidlərə cavab məruzəsinin təqdim olunması və qeyd edilən saxtakarlıqlarda düzəlişlərin aparılmasının xahiş edilməsi.

17 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir.

25 yanvar 2001-ci ildə Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmişdir.