ixtioz

ixtioz
ixtiotoksikon
ixtiozavr
OBASTAN VİKİ
İxtioz
İxtioz (yun. ichtys-balıq) — balıqpulcuğu, kseroderma - kəskin qərniləşmə ilə xarakterizə olunan dəri xəstəliyi. Uşaq yaşlarında (çox vaxt 3 yaşında) başlayır, yetkinlik dövründə güclənir və insanın ömrü boyu davam edir. Müalicəsi olmayan xəstəliyə sahib olan uşaqlar sərt və elastikliyi olmayan dəriyə malik olurlar, eyni zamanda sərt dəri yarıqlar vasitəsiylə bir-birlərindən aralanır, dərinin yumşaq toxuması görünür, yara hissələrindən daima su axır. Belə uşaqlar su itkisini, orqanizmanın istiliyini təmin edə bilmirlər. İxtioz xəstəliyi ilə doğulan uşaqların çoxu doğumdan bir neçə saat sonra həyatlarını itirirlər, az qismi həyatda qalmaqlarına baxmayaraq eybəcər üz quruluşuna malik olurlar. İxtiozun 4 forması daha geniş yayılıb: Adi ixtioz; X-ilgili ixtioz; Lamellyar ixtioz; Epidermolitik ixtioz Sinonimləri: vulqar ixtioz, adi ixtioz, ichthyosis vulgaris Adi ixtioz üçün daha çox ayaqlarda nəzərə çarpan dərinin diffuz zədələnməsi səciyyəvidir. Dərinin qabıqlanması və quru olması, follikulyar keratoz qeyd olunur. Xəstələrin əksəriyyəti allergik xəstəliklərə meyillidirlər. Patogenez- Adi ixtioz üçün retension hiperkeratoz xarakterikdir: hüceyrələr arasındakı əlaqələrin möhkəmlənməsi və buynuz pulcuqların kənar edilməsinin ləngiməsi epidermisin buynuz qatının qalınlaşmasına gətirib çıxarır.
İxtiozavrlar
İxtiozavrlar (lat. Ichthyosauria, yun. ιχθυς) — nəsli kəsilmiş böyük dəniz sürünənləri. İxtiozavrlar Ichtyosauria ya da Icthyopterygia ("balıq üzgəcləri" — 1840-cı ildə Ser Riçard Oven tərəfindən verilən tərif) olaraq bilinən elmi ada aiddir. Baxmayaraq ki, bu termin İxtiozavriyanın ana qrupu üçün daha çox istifadə olunur. İxtiozozlar Mezozoy dövrünün çox hissəsində inkişaf etmişlər. Fosil dəlillərinə əsasən, ilk dəfə 250 milyon il əvvəl ortaya çıxdılar və ən azı təxminən 90 milyon il əvvələ qədər sağ qaldılar. Erkən Trias dövründə ixtiozavrlar dənizə qayıdan bir qrup şəxsiyyəti bilinməyən sürünənlərdən meydana gəldi, müasir delfinlər və balinaların quruda yaşayan əcdadlarının milyonlarla il sonra dənizə qayıtdıqlarına bənzər bir inkişaf yolu ilə inkişaf etdilər. Son Trias və Erkən Yura dövründə Plesiozavrlar tərəfindən əvəz olunana qədər onlar çox idilər. İxtiozavrlar iqlim təlatümlərinin əsasını qoyduğu ekoloji dəyişiklik nəticəsində azaldılar və Gec Təbaşir dövründə tamamilə nəsilləri kəsildi.

Digər lüğətlərdə