ixtisas
ixtisasdəyişmə
OBASTAN VİKİ
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan elmi-metodiki və ixtisasartırma təşkilatıdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət sahəsinin inkişafına xidmət edən elmi qurumdur. Mərkəz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncam və qərarlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əsasnaməsini, əmr və kollegiya qərarlarını və Mərkəzin əsasnaməsini rəhbər tutur. Mərkəz öz vəzifə və hüquqlarını həyata keçirərkən elmi-tədris müəssisləri, profilinə uyğun yaradıcılıq ittifaqları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı surətdə fəaliyyət göstərir. Mərkəz öz işini Mədəniyyət Naziri tərəfindən təsdiq edilmiş illik planlar əsasında təşkil edir. Bakı şəhərində yerləşir. Müvafiq sahənin inkişafına xidmər edir Nazirlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirir Mədəniyyətin tədqiqinə, təhlilinə və təbliğinə xidmət edən elmi araşdırmalar aparılmasını təmin edir Elmi qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və mədəniyyətin inkişafına xidmət edə bilən layihələri yazır Qanunvericiliklə və Nazirliyin qüvvədə olan əsasnaməsilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin “Azərbaycan SSR bədii özfəaliyyətinin canlandırılması və inkişafı haqqında ” qərarına əsasən bədii özfəaliyyət yaradıcılığının mərkəzləşdirilməsi məqsədilə 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarlar Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən mövcud Musiqi üzrə Elmi-Tədqiqat kabineti və “26-lar” Sarayının bazasında Respublika Xalq Yaradıcılığı Evi təsis edilmişdir. 1975-ci ildən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılıq Evi kimi fəaliyyətini davam etmişdir.

Digər lüğətlərdə