is. [
ər. ]
1. Öz arzusu və iradəsi; öz iradə və arzusu ilə hərəkət etmə. İxtiyar özündədir. Öz ixtiyarı ilə. İxtiyarına buraxmaq.
// Bir şeyə hüququ çatma, bir şeyi etməyə, sərəncam verməyə haqqı, səlahiyyəti olma; haqq, hüquq, səlahiyyət. Bunun ixtiyarı kimdədir? Bunu etməyə ixtiyarı yoxdur.
– İxtiyar sənindir, vəfalı dilbər; Mən sənin xətrinə dəyən deyiləm. “Qurbani”.
Xalqın malının, canının, külfətinin ixtiyarı özündə deyildi. Ə.Haqverdiyev.
…Ancaq kapitan onları başa saldı ki, özü arzu etsə də, buna ixtiyarı yoxdur. M.Rzaquluzadə.
// Sərəncam.
Odur ki, haman yer [Cəlilin] ixtiyarında idi. İ.Musabəyov.
[Yaşlı kişi:] Qapının açarı tamamilə mənim ixtiyarımda idi. S.Hüseyn.
□ İxtiyar almaq – icazə almaq, rüsxət almaq.
// Hüquq əldə etmək.
Norveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. C.Məmmədquluzadə.
İxtiyar etmək köhn. – seçmək, üstün tutmaq, tərcih etmək.
Nola Təbrizi gər Qövsi behiştə ixtiyar etsə; Kim onun xaki-payi sürmeyi-çeşmi-İsfahandır. Qövsi.
[Şah Abbas:] Ona binaən labüdəm ki, təlağınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, onu ixtiyar edəsiniz. M.F.Axundzadə.
Münəvvər isə məcburən … bozarmış anasının qabağına düşüb getməyi ixtiyar etmişdi. M.S.Ordubadi.
İxtiyar işlətmək – sərəncam vermək, göstəriş vermək, böyüklük etmək, icazə vermək.
[Qoca:] Biz sənə ixtiyar işlədə bilmərik. A.Divanbəyoğlu.
İxtiyar sahibi köhn. –
1) bir şey haqqında hökm etməyə, sərəncam verməyə hüququ, səlahiyyəti olan adam.
O zaman bir ixtiyar sahibi “asaram” desəydi, bil ki, asar, “kəsərəm” desəydi, kəsər, sürgün deyə hökm çıxarsaydı, sürgün edərdi. S.Rəhimov;
2) öz iradəsi ilə hərəkət edən, ixtiyarı özündə olan.
İxtiyar verilmək – icazə verilmək, rüsxət verilmək.
Rusiyanı dalğalandıran 1905-ci il inqilabından sonra … senzor tərəfindən ixtiyar verilməyən kitablar da mətbuat aləminə buraxıldı. T.Ş.Simurq.
İxtiyar vermək – icazə vermək, rüsxət vermək.
…Kağızpaylayana ixtiyar vermişik ki, müştərilərimizdən qabaqca bir şey almayınca onların jurnalını aparıb verməsin. “Mol. Nəsr.
”.
İxtiyarı əlində olmaq – bir şeyi etməyə hüququ çatmaq; haqqı, hüququ olmaq.
[Əsgər] hiss edirdi ki, ixtiyarı tamamilə öz əlindədir. S.Hüseyn.
İxtiyarı getmək – öz hüququndan, haqqından məhrum olmaq, heç bir şeyə ixtiyarı qalmamaq.
Günbəgün əksilib şövkəti, şanı; İxtiyarı gedən bəs ağlamazmı? M.V.Vidadi.
İxtiyarı ilə, öz ixtiyarı ilə – öz xoşu ilə, öz məsləhəti ilə.
Aşiqəm, zahid, məni məzur tut ki, hiç kim; İxtiyar ilə vidai-əqlü iman eyləməz. Qövsi.
Nə ixtiyarın (ixtiyarım) var – ixtiyarın (ixtiyarım) yoxdur, nə cürətlə.
[Məşədi İbad:] Sənin nə ixtiyarın var ki, mənim adaxlımın adını çəkirsən? Ü.Hacıbəyov
…ixtiyarına buraxmaq (vermək) – sərəncamına vermək.
Konsulxananın avtomaşınını könüllü yığmaq üçün seçilmiş komisyonun ixtiyarına buraxmışdıq. M.S.Ordubadi.
Öz ixtiyarına qoymaq – özbaşına buraxmaq, imkan vermək, mane olmamaq.
Anasıyçın ağlayan körpə uşaq olardım; Qoysaydılar məni öz ixtiyarıma… N.Rəfibəyli.
2. Qüvvət, güc, taqət. İxtiyarı yoxdur yerindən qalxsın.
– Nagahdan gözlərim görəndə səni; Qalmadı canımda ixtiyar, gəlin! M.P.Vaqif.
[Balaqardaş:] Dura bilməyirəm, ixtiyarım yoxdur… N.Vəzirov.
□ İxtiyarı (əlindən) getmək (üzülmək) – taqətsiz olmaq, gücdən düşmək, əldən düşmək.
Deyibdanışmağa gəlmir heç varı; Üzülübdür ixtiyarı Həsənin. Aşıq Həsən.
[Zabit:] …Gözümün içinə elə baxdı ki, varımdan yox oldum, ixtiyarım əlimdən getdi… E.Sultanov.
İxtiyarı(nı) əlindən almaq – üzmək, taqətdən salmaq.
Əmani bulsa şeydayı tən irməz; Alıbdır eşq əlindən ixtiyarı. Əmani.