İYLƏNMİŞ

прич. (пис) ни агалтай (къачур, къвезвай), ял агалтай; гар акьахай.
İYLƏNMƏK
İYLƏŞMƏK
OBASTAN VİKİ
İylənmiş corab
İylənmiş corab və ya qoxumuş corab – uzun müddət istifadə olunduqdan sonra spesifik xoşagəlməz qoxuya malik corablar. Qoxuya səbəb ammonyak, yağ turşuları (xüsusilə, izovalerian turşusu) və süd turşusu qarışığıdır. İylənmiş corablar it və ağcaqanad kimi bəzi heyvanları özünə cəlb edir. İylənmiş corab qoxusunu tez-tez ayaqla əlaqələndirsələr də, insan ayağının süd məhsulları, pendir, sosiska, balıq kimi qidalarla təması nəticəsində yaranır, eləcə də, təbiətdə bəzi bitkilər də iylənmiş corab qoxusuna malikdir. Bəzən iylənmiş corab qoxusuna binaların və avtomobillərin hava təmizləmə sistemlərində də təsadüf olunur və bu hal "iylənmiş corab sindromu" adlanır. İylənmiş corab qoxusunu azaltmaq üçün corabın hazırlandığı parçalara xüsusi materiallar daxil etməyi təklif edən yeni texnologiyalar təklif olunmuşdur. Uzun müddət istifadə olunmuş corabdan gələn spesifik iyin bu birləşmələrdən qaynaqlandığı düşünülür: yağ turşusu (yağ iyisi verir) dimetil disulfid (soğan iyisi verir) dimetil trisulfid 2-heptanon (banan iyisi verir) 2-nonanon (meyvə, piy, çiçək iyisi verir) 2-oktanon (alma iyisi verir) İylənmiş corab qoxusu izovalerik asidoz xəstəliyinin əlamətlərindən biridir. 2-ci növ diabeti müalicə etmək üçün istifadə olunan metformin maddəsindən bənzər qoxu gəldiyi üçün pasiyentlər bu dərmandan imtina edirlər. Yaponiyada istifadə olunan qoxubilmə testlərinin biri "tərli corab" iyisini müəyyən etməyə əsaslanıb. Alkil nitritlər yeni olduqda meyvə qoxusu versə də, vaxt keçdikcə onlardan iylənmiş corab iyisi gəlir.

Digər lüğətlərdə