işemik

işemik
işdənkənar
işemiya
OBASTAN VİKİ
İşemik insult
İşemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. I63 Beyin infarktı I63.0 Preserebral (ekstrakranial) arteriyanın trombozu səbəbli beyin infarktı I63.1 Preserebral (ekstrakranial) arteriyanın emboliyası səbəbli beyin infarktı I63.2 Preserebral (ekstrakranial) arteriyanın dəqiqləşdirilməmiş tıxanması yaxud stenozu səbəbli beyin infarktı I63.3 Beyin arteriyalarının trombozu səbəbli beyin infarktı I63.4 Beyin arteriyalarının emboliyası səbəbli beyin infarktı I63.5 Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanması və yaxud stenozu I63.6 Beyin venalarının qeyri-piogen trombozu səbəbli beyin infarktı I63.8 Başqa səbəbli beyin infarktı I63.9 Dəqiqləşdirilməmiş beyin infarktı I64 Qanaxma və ya infarkt kimi dəqiqləşdirilməmiş insult I65 Preserebral (ekstrakranial) arteriyaların infarkta səbəb olmayan trombozu və ya stenozu I66 Serebral arteriyalarının beyin infarktına səbəb olmayan trombozu və ya stenozu G45 Keçici (tranzitor) serebral işemik həmlə G46 Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları Etiopatogenetik cəhətdən işemik insultun 5 əsas yarımtipini fərqləndirirlər (TOAST təsnifatına görə): İri arteriyaların aterosklerozu nəticəsində baş verən insult. Kardioembolik insult. Kiçik çaplı (kalibrli) arteriyaların okklüziyası nəticəsində baş verən insult (lakunar insult), hansı ki, ən çox arterial hipertenziya nəticəsində yaranır. Digər məlum etiologiyalı insult: qeyri-aterosklerotik vaskulopatiyalar və arteriitlər – serebral damarların disseksiyası, Moya-moya xəstəliyi, fibroz-əzələ displaziyası və s., infeksion, autoimmun, dərman arteriitləri; hematolojı xəstəliklər – antifosfolipid anticisimlər sindromu, C, S proteinlərinin defisiti, antitrombin 3 defisiti, leykemiya, polisitemiya, trombositoz, trombositopenik purpura, oraqvari-hüceyrə anemiyası, miyelom xəstəliyi, Valdenstrem makroqlobulinemiyası, krioqlobulinemiya; peroral kontraseptivlərin, antifibrinolitik preparatların, K vitamininin, simpatomimetiklərin qəbulu nəticəsində; digərləri – venoz sinusların trombozu, miqren, hemodinamik insult və s. Naməlum etiologiyalı insult. Beyin qan axımı həcminin azalması beyin toxumasına oksigen və qlükoza daxil olmasının xeyli məhdudlaşmasına gətirib çıxarır. Qan axımının daha qabarıq şəkildə azaldığı beyin hissəsi çox tezliklə, 6-8 dəqiqə ərzində dönməz (sağalmaz) dərəcədə zədələnir ("özək" və ya işemiyanın "nüvə" zonası).
Tranzitor işemik həmlə
Tranzitor işemik həmlə və ya tranzitor işemik hücum- kəskin infarkt(toxuma ölümü) olmadan işemiya səbəbli nevroloji disfunksiya epizodlarıdır. TİH zamanı nevroloji simptomlar 24 saat ərzində keçib gedir, əks halda xəstəyə İşemik insult diaqnozu qoyulur. Simptomlar insanlar arasında müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlara keçici görmənin itirilməsi, nitqin çətinləşməsi, ətraf əzələlərində zəiflik, ətraflarda hissi pozulmalardır.Başgicəllənmə də müşahidə oluna bilər. Ailədə işemik insult anamnezi 55 yaşdan yuxarı olan insanlar.
Folkmanın işemik kontrakturası
Folkmanın işemik kontrakturası (Volkmann s ischemic contrakture) – qan təchizatının pozulması iləbağlı əzələlərin fibrozu vəqızalması nəticəsində çox vaxt əl barmaqlarının (az halda pəncədə) caynaq formalı olmasıdır.

Digər lüğətlərdə