je

I adv. 1. (jemals) bir vaxt, bir zaman, haçansa; hast du ~ davon gehört, dass…? ömründə belə bir şey eşitmisən ki…?; seit eh und ~ həmişə, əvvəldən; 2. (je nach D) görə, müvafiq, uyğun olaraq; zum Nachtisch esse ich Kuchen oder Eis, ~ nach Laune xörəkdən sonra kefim istədiyi kimi şirni və ya dondurma yeyərəm; 3. (je nachdem!) -dən asılı olaraq, şəraitdən uyğun olaraq; er kommt um 9 oder 10 Uhr, ~ nachdem wann er fertig ist işləri qurtaran kimi, saat 9-da ya 10-da gələcək; 4. (vor Zahlen) hər; ~ zwei hər ikiyə, ikisinə; für ~ zehn Wörter hər on sözə; ~ Person 5 € hər adama 5 € II konj. ~ …., desto …. nə qədər(ki)…, o qədər…; ~ eher, desto besser nə qədər tez olsa, o qədər yaxşıdır
jäten
Jeans
OBASTAN VİKİ
Je
Ժ, ժ — (Səslənməsi: je, erm. ժե) — erməni əlifbasının onuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Je (hərf)
Ժ, ժ — (Səslənməsi: je, erm. ժե) — erməni əlifbasının onuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
.je
.je — Cersi adalarının internet kodu.
Dendrobium aggregatum var. jenkinsii
Dendrobium jenkinsii (lat. Dendrobium jenkinsii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Dendrobium aggregatum var. jenkinsii (Wall. ex Lindl.) King & Pantl. Dendrobium marseillei Gagnep.
Dendrobium jenkinsii
Dendrobium jenkinsii (lat. Dendrobium jenkinsii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Dendrobium aggregatum var. jenkinsii (Wall. ex Lindl.) King & Pantl. Dendrobium marseillei Gagnep.
Dimitri Jeltov
Dimitri Jeltov (tam adı: Dimitri Stepanoviç Jeltov, erz. Дмитрий Степанович Желтов, rus. Дмитрий Степанович Желтов; 1890, Napolnoye[d], Simbirsk quberniyası[d] – 1961, Bişkek) — partiya işçisi. Dmitri Stepanoviç Jeltov 1890-ci ildə Napolnoe Alatır kəndində (indiki Pores rayonu) anadan olmuşdur. 1910-cu ildə Pores müəllimlər seminariyasını bitirmişdir. Bundan sonra kənd məktəbində fəaliyyət göstərir. Vətəndaş müharibəsinin iştirakçısıdır. 1914-cü ildə orduya çağırılmışdsır. 1918-ci ildə Komunist partiyası Alatır qəza komitəsində fəaliyyət göstərmişdir. 1921-24-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Mordoviya katibi işləmişdir.
Dino Jelusic
Dino Jelusic (4 İyun 1992) - Xorvatiya müğənnisi. İlk dəfə keçirilən Avroviziya Uşaq Mahnı Müsabiqəsində Xorvatiyanı "Ti si moja prva ljubav" mahnısı ilə təmsil etmiş qalibi olmuşdur.
Double jeopardy
Double jeopardy — eyni əmələ görə eyni əsaslar üzrə təkrar mühakimə etmənin qarşısını alan prosessual müdafiə üsulu. Double jeopardy ilə bağlı ABŞ Ali Məhkəməsinin ilk qərarlarının birində də qeyd edildiyi kimi, "qadağanın məqsədi şəxsin iki dəfə cəzalandırılmasının əleyhinə deyil, əksinə şəxsin iki dəfə təhlükə ilə üzləşməsinin qarşısını almaqdır.
Dyssodia jelskii
Schizotrichia (lat. Schizotrichia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Schizotrichia jelskii (Hieron.) "Strother ex Loockerman, B. L. Turner & R. K. Jansen" Sinonim Dyssodia jelskii Hieron.
Echinops jesdianus
Echinops jesdianus (lat. Echinops jesdianus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Emilia jeffreyana
Emilia jeffreyana (lat. Emilia jeffreyana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Enju-Jenisya
Enju-Jenisya (fr. Injoux-Génissiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01189. 2010-ci ildə əhalinin sayı 1055 nəfər təşkil edirdi.
Eragrostis jeholensis
Eragrostis pilosa (lat. Eragrostis pilosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü.
Eragrostis pilosa var. jeholensis
Erigeron jenkinsii
Erigeron jenkinsii (lat. Erigeron jenkinsii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Fu Jen Katolik Universiteti
Fu Jen Katolik Universiteti (çin. 輔仁大學) — Tayvannın Taybey şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Fu Jen Universiteti xalq arasında "Fuda" adlandırılır. Universitet 12 kollec təşkil edir. Universitet Times Higher Education Impact Ranking nda ən yaxşı 300 sırada yer aldı, QS World University Rankings tərəfindən ilahiyyatda ilk 100, humanitar və tibb sahəsində ən yaxşı 500. 2020-ci ildə "MGEM" beynəlxalq transmilli birgə magistr proqramı Financial Times tərəfindən dünya miqyasında 19-cü sırada yer aldı. Ali məktəbin şüarı belədir: Fu Jen də A&HCI jurnalına ev sahibliyi edir. Fu Jen, Çin dilli dünyadakı ən qədim Katolik və Cizvitə bağlı bir universitetdir.
Grevillea jephcottii
Grevillea jephcottii (lat. Grevillea jephcottii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea jephcottii (J.H.Willis) Christenh.
Hapalochilus jensenii
Bulbophyllum alkmaarense (lat. Bulbophyllum alkmaarense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Malukudan Yeni Qvineyaya qədər ərazidə yayılmışdır. Bulbophyllum jadunae Schltr. Bulbophyllum jensenii J.J.Sm. Hapalochilus alkmaarensis (J.J.Sm.) Garay & W.Kittr. Hapalochilus jadunae (Schltr.) Garay & W.Kittr. Hapalochilus jensenii (J.J.Sm.) Garay & W.Kittr.
I Jerom
I Jerom (15 noyabr 1784[…], Ayaçço – 24 iyun 1860[…]) — Vestfaliyanın tək kralı, Napoleon Bonapartın qardaşı. Ayaççoda, Bonapartlar ailəsinin 8-ci övladı olaraq dünyaya gəlmişdi. 1803-cü ildə Elizabet Pattersonla evlənmişdi. Həyat yoldaşı hamilə olan vaxt boşandılar. Jerom 1807-ci ildə qardaşı tərəfindən Vestfaliya kralı elan olundu və paytaxt Kasselə köçdü. Vürtemberq kralı I Frederikin qızı Katarina ilə evlənən Jerom çox bədxərc olduğu üçün Napoleon tərəfindən maddi dəstək almadı. 1812-ci ildə Rusiyaya hücumda Napoleona kömək etmək istədisə də Napoleon ona imkan vermədi. 1813-cü ildə Prussiya və Rusiya ordusuna qarşı mübarizədə məğlub oldu və Vestfaliya krallığı ləğv edildi. Napoleonun hakimiyyətə geri qayıtmasından sonra orduya qoşuldu və səriştəsizlik ucbatından ingilislərə məğlub oldu. Daha sonra ABŞa köçən Jerom III Napoleon dövründə Əlillər Evinin sədri təyin edildi.
Jan-Leon Jerom
Jan-Leon Jerom (11 may 1824[…], Vezul[…] – 10 yanvar 1904[…], IX arondisman (Paris)) — İndiki akademizm üslubunda işləyən fransız rəssam və heykəltaraş idi. Rəsmləri o qədər geniş yayılmışdır ki, 1880-ci ilə qədər dünyanın ən məşhur yaşayan sənətkarı sayılırdı. Akademik rəsm ənənəsini bədii bir zirvəyə gətirən tarixi əsərlər, Yunan mifologiyası, Şərqşünaslıq mövzusu, portretlər və digər mövzular onun yaradıcılığa aid idi. O akademik dövrün ən vacib rəssamlarından biri hesab olunur. O, həmçinin çoxlu tələbələri olan bir müəllim idi. Tələbələri arasında, Meri Kassat, Osman Hamdi Bəy, Şəkər Əhməd Paşa,Tomas İkins kimi məşhur rəssamlar da vardı. Sənətkarın atası, 1823-cü ilin aprelində bir al-verçinin qızı olan Fransuaza Vilmo ilə evlənən, Vezul şəhərindən olan zərgər Piero Jerom idi. Mayın 10-u, 1824-cü ildə bu cütlüyün ilk uşağı dünyaya gəlir və ona Jan-Leon adını qoyurlar. 9 yaşında olarkən rəsmə maraq göstərdiyi və rəssamlıq texnikalarını araşdırmağa başladığı yerli gimnaziyaya daxil olur. Onun başlıca müəllimi Klod Karyaj (1798-1875) olmuşdur.
Jan Leon Jerom Ferris
Jan Leon Jerom Ferris (18 avqust 1863 – 18 mart 1930) - amerikalı rəssam. ABŞ tarixi haqqında 78 səhnədən ibarət bir rəssam tərəfindən çəkilmiş ABŞ tarixi rəsmləri seriyası olan Bir millətin təqdimatı (ing. The Pageant of a Nation) ilə tanınır. O, Jan-Leon Jeromun (onun adı verilib) tərəfdarı və Maria Fortuninin pərəstişkarı olan portret rəssamı Stefen Ceyms Ferrisin ailəsində Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olmuşdu. O incəsənətin ətrafında böyümüşdü, atası ona təhsil verib və iki məşhur rəssam Eduard Moran və Tomas Moran onun dayıları idi. Ferris 1879-cu ildə Pensilvaniya İncəsənət Akademiyasında təhsil almış və 1883-cü ildə Jülian Akademiyasında Vilyam Buqronun rəhbərliyində təhsilini davam etdirmişdi. O, həmçinin özünün Amerika tarixindən səhnələr çəkmək qərarını böyük təsir göstərən adını daşıdığı Jan-Leon Jerom ilə tanış olmuşdu.
Janghwa Hongryeon jeon
Canqva Honqryon Con (hərfi mənada Canqva və Honqryon hekayəsi) – Coseon dövrünə aid Koreya xalq nağılı. Bir zamanlar Muryonq adlı bir adam var idi, bir gün arvadı yuxusunda bir mələyin ona gözəl bir çiçək verdiyini gördü. On aydan sonra o, cütlüyün "Canqva" ("Qızılgül çiçəyi") adını verdiyi gözəl bir qız uşağı dünyaya gəldi. İki il sonra onların başqa bir gözəl qızı oldu və ona "Honqryon" ("Qırmızı Lotus") adını verdilər. Təəssüf ki, ana Honqryon 5 yaşında olanda vəfat etdi və tezliklə ata yenidən evləndi. Yeni ögey ana həm çirkin, həm də qəddar idi. O, ögey qızlarına nifrət edirdi, lakin bu hissləri gizlədib, yalnız üç oğlu ard-arda dünyaya gələndən sonra əsl üzünü göstərdi. Tezliklə o, ögey qızlarına zülm etməyə başladı. Lakin Canqva və Honqryon heç vaxt atalarına bu barədə heç nə deməmişdilər. Canqva yetkinlik yaşına çatıb nişanlandıqdan sonra ata ikinci həyat yoldaşına Canqvaya toy mərasimi planlaşdırmağa kömək etməsini söylədi.
Jean-Baptiste Lamarck
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744 — 18 dekabr 1829) — Fransa alim-təbiətşünası. J.Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
Jean-Christophe Bouvet
Jan-Kristof Buve (24 mart 1947, Paris) Parisdə dünyaya gəlmiş Fransız aktyor, kinorejissor və yazıçısıdır. 24 mart 1947-ci ildə Parisdə anadan olub. Jan-Kristof Buve VII Eduard teatrında Jean-Laurent Cochetdən dram dərsləri almışdır. Parisin VIII Region Universitetində kino, dilçilik və psixoanaliz üzrə təhsil alıb. Andre Techine və Claude Chabrol ilə görüşdükdən sonra onların köməkçisi olur. Eyni zamanda aktyor, müəllif və rejissor assistenti kimi fəaliyyətə başlayıb. 1969-cu ildə Jan-Kristof Buve filmlərdə rol almağa başlayır, onun debütü Jak Skandelarinin rejissoru olduğu “Buduarda fəlsəfə” (Fransızca “La Philosophie dans le boudoir”) filmindəki epizodik rolu idi. 15 iyul 1976-cı ildə Marseldə 20 yaşlı Kristian Ranyuşanın gilyotinində edam edilməsindən şoka düşən Buve ölüm hökmünə qarşı mübarizəyə başlayır və 1977-ci ildə Pol Vekkialini “Maşın” (fransızca “La Machine”) filminin ssenarisini yazmağa dəvət etmişdir və burada özü baş rolu canlandırmışdır. Bu, onun uşaq öldürdüyünə görə ölümə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar üçün cəlbedici görünən Pyer Lanti rolunu oynadığı ilk böyük film rolu idi. Həmçinin bu filmin ssenarisini yazanlar içərisində Buve də iştirak etmişdir.
Jean-Pierre Bacri
Jean-Pierre Bacri (24 may 1951 – 18 yanvar 2021[…], VI arondisman (Paris), Fransa) — alman aktyor.
Jean Dubuffet
Jean Philippe Arthur Dubuffet (31 iyul 1901[…], Havr – 12 may 1985[…], VI arondisman (Paris)) — XX əsr Fransa rəssamı və heykəltəraşı. O, Fransanın Havr şəhərində dünyaya gəlmiş və 1918-ci ildə Academie Julian-da rəssamlıq oxumaq üçün Parisə köçmüşdür.Lakin,6 ay sonra sənətin maddi mənfəət gətirdiyinə inanmayaraq,öz-özünü inkişaf etdirmək məqsədilə məktəbdən ayrılmış,ata sənəti olan şərab ticarəti ilə məşğul olmuşdur.1930-cu illərdə yenidən rəssamlığa geri dönmüş,yenə tərk etmiş və 1944-cü ildə öz əl işlərindən ibarət sərgi ilə geri dönmüşdür və sürrealizmə yaxınlaşmışdır. 1948-ci ildə Dubuffet,Breton və Tapie "Art Brut"u yaratmışlar.Bu sənətçilərin məqsədi məhbus,ruhi xəstə,uşaqların və həvəskarların əl işlərini ortaya çıxarmaq idi.Dubuffet çətinliklə də olsa 10000 əl işi yığmağa nail olur."Qadın vücudları"(1950),"Kəpənək qanadlarından kiçik rəsmlər"(1953),"Etibarsız həyatın kiçik heykəlləri"(1954),"fenomenlər"(1958),"Urlup"(1967) və Dubuffetin rəsmi "Caz-band" bu sərgiyə daxil idi. Art İnformel cərəyanının rəssamlarının baxışlarına uyğun olaraq,Jean Debuffet hesab edirdi ki,uşaqların sadəlövh rəsmləri,həvəskarların və ruhi xəstələrin rəsmləri həqiqəti professionalların rəsmlərindən daha çox ifadə edir. Rəssamın əsərləri kənardan tez-tez gülüş doğurmasına baxmayaraq Jean Dubuffet 20-ci əsrin ən avtoritet və ən məşhur rəssamlarından sayılır.Onun əsərləri dünyanın ən böyük muzeylərində nümayiş olunub. 1975-ci ildə o, Parisdə "Dubuffet Fondu"nun əsasını qoymuşdur. Jean Dubuffet 1985-ci il 12 mayda Parisdə vəfat etmişdir.

Digər lüğətlərdə