Künkütçay
Küngütçay — Əyriçayın sağ qoludur. Şəki rayonu ərazisindən axır.
Əyriçayın sağ qoludur. Mənbəyini Saylaxan dağının yamacından (3200 metr yüksəklikdən) alır. Aşağı axarında (Alazan-Əyriçay vadisində) suvarma üçün geniş istifadə edilir. Çay keçmiş Küngüt (indiki Yuxarı Küngüt) kəndinin adı ilə adlanmışdır. Kəndin adı isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş kingit tayfasının adını əks etdirir. Etnotoponimdir.
== Ümumi məlumat ==
Uzunluğu 52 km, hövzəsinin sahəsi 365 km²-dir. Başlanğıcını Saylaxan dağından (3190 m) alır.