Kürəkvariyarpaqlı murdarça
Kürəkvariyarpaqlı murdarça (lat. Rhamnus spathulifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Qafqazda, İranda, Kiçik Asiyada təbii halda yayılmışdır
== Botaniki təsviri ==
Budaqları tikanlı ağac və ya kol bitkisidir. Bitkinin hündürlüyü 8 metrə çatır. Yarpaqları ellepsvari və ya lansetvaridir, uzunluğu 2,5-7 sm, eni 7-25 mm-dir. Çiçəkləri poliqam və ya ikievli sarı və ya ağ olub kiçik qruplarla, bəzən də tək yerləşir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi qara rəngli olub, yeməli deyil. Kökündə boyoq maddəsi, alkaloidlər vardır. Meyvəsində 2-4 möhkəm toxumları yerləşir.