Kabaddi
Kabaddi — Asiyada qədim və populyar komanda oyunu, özündə güləşlə yanaşı, bənövşə və digər bu kimi uşaq oyunlarının xüsusiyyətlərini cəmləşdirir. Kabaddinin vətəni Hindistan hesab olunur. Beynəlxalq səviyyədə ilk yarışma isə 1985-ci Dəkkədə keçirilmişdir. 1990-cı ildə kabaddi Pekin Asiya Oyunlarının proqramına daxil edildikdən sonra Asiya Oyunlarında əsas idman növlərindən biri olmuşdur. Kabaddi üzrə qadınlar arasında birinci yarış 2010-cu ildə Quançjouda keçirilmişdir.
== Oyunun qaydaları ==
Oyunun qaydalarına görə hər biri 12 oyunçudan ibarət (7 oyunçu meydançada, 5 oyunçu ehtiyatda) olan iki komanda, əvvəl orta xətlə iki hissəyə ayrılmış 12,5 m х 10 m ölçülü meydançanın özlərinə aid yarısında qarşı-qarşıya mövqe tutmalıdırlar.
Oyun o zaman başlayır ki, tərəflərdən biri, meydançanın orta xəttini keçərək qarşı tərəfin sahəsinə daxil olur və fasiləsiz olaraq "Kabaddi! Kabaddi!" deyə qışqırır. Onun əsas vəzifəsi — nə qədər ki qışqıra bilir — əli ilə, yaxud ayağı ilə rəqib komandanın bir, yaxud bir neçə oyunçusuna toxunmaq və bundan sonra meydançaının orta xəttini keçərək öz komandasına aid hissəyə qaçmaqdır. Lakin rəqib oyunçuya toxunduqdan sonra, nə qədər ki, meydançanın rəqib komandaya aid hissəsindədir, rəqib komanda oyunçlarının onu saxlamaq hüquqları var.