kameliya
kamera
OBASTAN VİKİ
7-ci kameradakı möcüzə (film, 2019)
7-ci kameradakı möcüzə (türk. 7. Koğuştaki Mucize) — Türkiyə istehsalı dram filmi. Cənubi Koreya filmi "Miracle in Cell No.7"ə əsaslanır. 2019-cu ildə Türkiyədə ən çox izlənilən film olmuşdur.
Azərbaycan Dövlət Kamera Orkestri
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri — 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır. Orkestrin baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. 1995-ci ildən – 1997-ci ilədək kollektivə Yaşar İmanov rəhbərlik etmişdir. 1998-ci ildən bu günədək orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir. Kollektiv dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak etmiş, xarici ölkələrdə Azərbaycan musiqi sənətini ləyaqətlə təmsil etmişdir. Orkestrin repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir. Orkestrin repertuarında Qərbi Avropa, Rus və Azərbaycan bəstəkarlarının 200-dən artıq əsərləri təmsil olunmuşdur. Son illərdə T.Göyçayevin təşəbbüsü və rəhbərliyi altında muğam ifaçıları ilə birgə konsert layihələri həyata keçirilir. Muğam dəstgahların xanəndə və muğam üçlüyü tərəfindən ənənəvi ifasından fərqli olaraq, rəng və təsniflər orkestrin müşayiəti ilə verilərək, maraqlı səslənmə yaradır. 2018 ildən etibarən Azərbaycan Dövlət Kamera Orkestrin bədii rəhbər və baş dirijoru Xalq Artisti Fəxrəddin Kərimovdur.
Azərbaycan–Kamerun münasibətləri
Azərbaycan–Kamerun münasibətləri — Azərbaycan Respublikası ilə Kamerun Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin fevral ayının 24-də qurulmuşdur.
Bidens kamerunensis
Bidens kamerunensis (lat. Bidens kamerunensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bulbophyllum kamerunense
Bulbophyllum imbricatum (lat. Bulbophyllum imbricatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum imbricatum növü Tropik Afrika üçün endemik növdür. == Sinonim == Bulbophyllum congolense (De Wild.) De Wild. Bulbophyllum gilletii (De Wild.) De Wild. Bulbophyllum kamerunense Schltr. Bulbophyllum laurentianum Kraenzl. ex De Wild. & T.Durand Bulbophyllum ledermannii (Kraenzl.) De Wild. Bulbophyllum linderi Summerh.
CCTV kamerası
Təhlükəsizlik kamerası – mütəmadi şəkildə işləməyə uyğun elektron avadanlıqla istehsal olunan və standart olaraq 75 ohm video siqnal istehsal edən kameralardır. Əsasən CCD, CMOS, DIS kimi sensorlarla istehsal olunurlar. Onların görüntü imkanları televiziya xətləri (TVL, TV Lines) olaraq ifadə olunur. Bu gün 600–700TVL modelləri mövcuddur. Kameraların əsasən əlaqə interfeysləri BNC-dir. Təhlükəsizkik kameraları görüntü siqnalını koaksial kabeldən ötürürlər. == Təhlükəsizlik kameralarının növləri == Texnologiyanın inkişafı ilə bu sektorda da irəliləyişlər əldə edilmişdir. Müasir dövrümüzün texnologiyası ilə istehsal olunan bu tip cihazlar müəyyən kateqoriyaya ayrılırlar. IP kamera AHD kamera UHD kamera IR kamerası Günbəz (Dome) kamerası Lazer kamerası Termal kamera == Təhlükəsizlik Kamerası Markaları == Kamera sistemləri sahəsində illərlədir tanınmış və marka dəyərlərini qoruyub saxlamış onlarla böyük marka mövcuddur. İnkişaf etməkdə olan texnologiyadan geri qalmadan böyük tədqiqatlar həyata keçirdərək bütün dünyada əhəmiyyətli bazar payı qazanan markalar mövcuddur .
Dav Kameron
Dav Oiviya Kameron (ing. Dove Olivia Cameron), doğum adı: Xloya Selesta Hosterman (ing. Chloe Celeste Hosterman; 15 yanvar 1996, Beynbric-Aylend[d], Vaşinqton, ABŞ) — ABŞ aktrisası və müğənnisi.
Eugenia kameruniana
Eugenia kameruniana (lat. Eugenia kameruniana) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Heyke Kamerlinq Onnes
Heike Kamerlingh Onnes (nid. Heike Kamerlingh Onnes; 21 sentyabr 1853, Qroningen — 21 fevral 1926, Leyden) — Niderland fiziki və kimyaçısı.
Kamera musiqisi
Kamera musiqisi — böyük olmayan musiqi kollektivi tərəfindən ifa edilən instrumental və ya vokal musiqidir . == Tarixi == XVI əsrdə hələ iri konsert zallarının, filarmoniyaların olmadığı bir dövrdə instrumental musiqi və kiçik vokal əsərləri musiqi həvəskərlarının evlərində ifa edilirdi. Bu konsertlərdə adətən, klavesinin müşayiəti ilə skripka, violonçel, qoboy və b. solo alətləri çalınırdı. Bəstəkarlar belə musiqi yığıncaqları üçün kiçik həcmli əsərlər - sonata, trio, kvartet, romans və s. yazırdılar. Kamera musiqisi anlayışı (italyanca «camera» - «otaq» deməkdir) elə o zamanlardan mövcud olub, böyük konsert zallarında və ya kilsədə deyil, məhz kiçik salonlarda ifa olunan musiqi janrları kimi formalaşmağa başlamışdır. Tədricən, kamera musiqisi salonlardan kənara çıxaraq iri konsert zallarında ifa edilmişdir. Lakin «kamera» anlamı yenə də saxlanmışdır. Hal-hazırda kamera musiqisi konsertləri simfoniya və oratoriyaların ifa edildiyi iri konsert zallarında deyil, nisbətən kiçik həcmli xüsusi kamera musiqisi salonlarında keçirilir.
Kamera orkestri
Kamera orkestri - kamera musiqisini ifa edən kiçik qrup (adətən 4-12 nəfər). Simfonik orkestrlərin yaranmasından əvvəl (19-cu əsrdə ) onlar əslində orkestr qrupunun yeganə növü idi. 17-ci əsrdən başlayaraq, kamera orkestrlərinə tez-tez kiçik bir orkestri saxlaya bilən hersoqların və digər zadəganların saraylarında olurdu. Beləliklə, məsələn, 1703 - cü ildən İohann Sebastian Bax hersoq III İohann Ernst-in kamera orkestrində skripkaçı idi. 19-cu əsrdə kamera orkestrləri tədricən simfoniyalarla əvəz olundu. 20-ci əsrdə kamera orkestrləri, ən azı, son Romantik orkestrlərin nəhəng kompozisiyalarına (məsələn, Richard Wagner, Anton Bruckner, Gustav Mahler, Richard Strauss, Alexander Scriabin partituralarında böyüdülmüş orkestr kompozisiyalarına reaksiya olaraq yenidən populyarlıq qazanır. ). 20-ci əsrdə kamera orkestri üçün əsərlər Arnold Şonberq (1 nömrəli kamera simfoniyası), Alan Hovaness (Anhid, kamera orkestri üçün fantaziya, kamera orkestri üçün 6 nömrəli simfoniya), Alfred Şnitke (skripka və 3 nömrəli konsert) tərəfindən yazılmışdır. orkestr) və s. 20-ci əsrin tanınmış kamera orkestrləri arasında St.
Kamerata Kornello
Kamerata Kornello(it. Camerata Cornello) — İtaliyada kommuna. Lombardiyanın Berqamo əyalətində yerləşən kommunanın 565 əhalisi var. Yuxarı Brembana vadisində, Brembo çayının sağ tərəfində, Berqamo şəhərindən təxminən 33 kilometr şimalda yerləşir. Bələdiyyə Brembana Vadisinin dağ icmasının bir hissəsidir. Sahəsi 12 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Avqustun 15-də kommunada Müqəddəs Məryəmin fərz edilməsi xüsusilə qeyd olunur.
Kamerlenqo
Kamerlenqo — Vatikanda Papa sarayında rəsmi rütbə.
Kameron
Kameron Boys
Kameron Boys
Kameron Boys (ing. Cameron Boyce, 28 may 1999, Los-Anceles, Kaliforniya – 6 iyul 2019, Şimali Hollivud[d], Kaliforniya) — ABŞ aktyoru və rəqqasıydı. == Həyatı == Kameron Boys 28 may 1999-cu ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dünyaya gəlmişdi. Breyk-dans rəqsi onun hobbisinə çevrilmiş və dörd dostu ilə birlikdə "X-MOB" adlı qrup yaratmışlar. Kameron Boysun ən yaxşı tanınan rolu "Dısney Channel" kanalındakı Cessi teleserialında Lyuk Ross roludur. Kameron Göstər özünü serialında qonaq oyunçu olaraq rəqs etmişdir. Ayrıca 2008-ci ildə çəkilən Güzgülər adlı qorxulu filmdə "Maykl Karson" personajını canlandırmışdı. Uğurlar, Çarli! adlı televiziya seralında "Dankan" personajını canlandıraraq poplulyarlıq əldə etmişdir.
Kameron Diaz
Kameron Mişel Diaz — (ing. Cameron Michelle Diaz; d. 30 avqust 1972, San-Diyeqo, Kaliforniya, ABŞ) - amerikalı kinoaktrisa və model. Diaz həmçinin "Şrek" animasiya filminin seriyalarında "Şahzadə Fiona" rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi. == Həyatı == Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti işləyir, atası isə "UNOCAL" neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi. Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər.
Kameron adası
Kameron adası (ing. Cameron Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları qrupuna aiddir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 1059 km², sahil xəttinin sahəsi isə 219 km-dir. Şimal-qərbdən cənub-şərqə uzunluğu 44 km, eni isə 20–30 km arasında dəyişir. Ada ərazisinin böyük hissəsini 20–60 m arası olan təpəliklər örtür. Relyefi cənub-şərqə doğru yüksəlir. Burada danın ən hündür zirvəsi olan Vilmot dağı yerləşir (Mt. Wilmot).
Kamerton
Kamerton(alm. «kammer» – otaq, «ton» – səs‎) — müəyyən yüksəklikdəki səsi zəif harmonik əlavə səslərlə dəqiq və aydın səsləndirən kiçik portativ (yığcam, yüngül), adətən poladdan hazırlanan, ikidilli uzun çəngələ bənzər xüsusi cihaz. İfa praktikasında alətin köklənməsi üçün istifadə olunur. A kapella oxuyan zaman (müşayiətsiz) xorun rəhbəri səsin yüksəkliyini K. vasitəsilə tapır və xorda oxuyanlara göstərir (“xoru kökləyir”). Kamerton birinci oktavanın «lya» notunu səsləndirir. == Tarixi == Kamerton 1711-ci ildə İngilis ifaçısı John Shore tərəfindən icad edilmişdir. Metaldan hazırlanmış kiçik iki tərəfli çəngələ bənzəyirdi. Kamerton simlərə toxunduqda, simlər titrəməyə başlayır və titrəmə tezliyi saniyədə 420 Hz idi.
Kamerun
Kamerun (fr. Cameroun, ing. Cameroon), rəsmi olaraq Kamerun Respublikası (fr. République du Cameroun, ing. Republic of Cameroon) — Mərkəzi Afrikanın qərbində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Ekvatorial Qvineya və 402 km-lik sahil xətti ilə Atlantik okeanı təşkil edir. Ölkənin paytaxtı Yaundedir. == Tarixi == 15-ci əsrin əvvəllərində bölgəyə gələn portuqaliyalı işğalçılar burada koloniyalar qurmağa başladılar. Region xalqını kölə ticarətində istifadə etməyə başladılar. 1864-cü ildə alman müstəmləkəsi olan Kamerun, Almanlar tərəfindən zorla sərt bir sistemə söykənən, koloniyanın infrastrukturunu inkişaf etdirmək üçün layihələrə başladılar.
Kamerun Prezidenti
Kamerun Prezidenti == Tarixi == 1960-cı il yanvarın 1-də Kamerun, Fransadan dövlət müstəqilliyini elan etdi. 1960-cı il mayın 15-də Kamerun Prezidenti vəzifəsinə Fransız Kamerununun Baş naziri Əhmədu Ahico gətirildi. 1960-cı ildən 1965-ci ildə qədər Əhmədu Ahico Kamerunun Prezidenti vəzifəsini icra etdi. 1965-ci il martın 23-də Kamerun tarixində birinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və 5 il müddətinə Kamerun Prezidenti seçildi. 28 mart 1970-ci ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Yenə seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və yenidən 5 il müddətinə Kamerun Prezidenti seçildi. 1975-ci il aprelin 5-də Kamerunda üçüncü dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və üçüncü dəfə 5 il müddətinə Kamerun Prezidenti seçildi. 5 aprel 1980-cı ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu.
Kamerun Respublikası
Kamerun (fr. Cameroun, ing. Cameroon), rəsmi olaraq Kamerun Respublikası (fr. République du Cameroun, ing. Republic of Cameroon) — Mərkəzi Afrikanın qərbində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Ekvatorial Qvineya və 402 km-lik sahil xətti ilə Atlantik okeanı təşkil edir. Ölkənin paytaxtı Yaundedir. == Tarixi == 15-ci əsrin əvvəllərində bölgəyə gələn portuqaliyalı işğalçılar burada koloniyalar qurmağa başladılar. Region xalqını kölə ticarətində istifadə etməyə başladılar. 1864-cü ildə alman müstəmləkəsi olan Kamerun, Almanlar tərəfindən zorla sərt bir sistemə söykənən, koloniyanın infrastrukturunu inkişaf etdirmək üçün layihələrə başladılar.
Kamerun bayrağı
Kamerun bayrağı — Kamerunun Dövlət bayrağı
Kamerun kolobus
== Kamerun Kolobusu == Qırmızı Kolobus cinsi olan primat ailəsinin meymun növündən biridir. == Təsnifat == Əvvəllər bu Qvineya Kolobusu ya da Qırmızı Kolobus bir alt növü hesab edilirdi. == Təsvir == BAşı qara,arxa qırmızı, ayaqları, yanaqları və qırmızı rəngli kuyruğu qara rəngdir. [1] == Yayılımı == Korup Milli Parkı, Kamerun, həmçinin Kross Milli Parkı,Nigeriya da daha çox rast gəlinir.[2] Dəniz səviyyəsindən 1400 metr yüksəklikdəki nəmli meşələrdə yayılmışdır. 20-dən 64-ə qədər sürüdə say təşkil edir.Əsasən yem olaraq yarpağı seçir.Təbiətin qorunması üzrə Beynəlxalq İttifaq bu növə "Kritik bir vəziyyətdə" müdafiə statusunu verdi. Qorunmasi üçün əsas ovçuluq yasaqlanmışdır. Bu növün böyük hissəsi Kamerun və Nigeriyada qorunan ərazilərdə yaşayır. == Xarici keçidlər == The IUCN Red List of Threatened Species.
Kamerun milli futbol komandası
== Tarixi ==
Kamerun prezidentlərinin siyahısı
== Kamerun Respublikası ==