Karakas
Karakas (isp. Caracas) — Venesuela Respublikasının paytaxtı.
== Əhalisi, dili, dini ==
Rəsmi məlumatlara görə Karakas şəhərinin federal dairənin hüdudları və şəhərətrafı yerlər də daxil olmaqla əhalisinin sayı 2 mln nəfər təşkil edir. Lakin faktiki olaraq əhalinin sayı 4,5 mln nəfərə yaxındır. Karakas əhalinin sıx məskunlaşdığı şəhərdir. Burada Venesuela əhalisinin altıda biri yaşayır.
Paytaxt əhalisi arasında ispan-hindu qarışığı üstünlük təşkil edir. Əhalinin təqribən 20%-i İspanlar, italyanlar, portuqallar və digər Avropa mənşəli xalqlar təşkil edir. Bunlarla yanaşı, Karakasda çox qonşu Kolumbiyanın əhalisi də məskunlaşmışdır. Zəncilər əhalinin 10%, hindular isə ən çoxu 2%-ni təşkil edir.