Hacı Məhərrəm Karvansarası

Hacı Məhərrəm Karvansarası — Şuşada tikilmiş ilk karvansara.[1]

Hacı Məhərrəm karvansarası
Ölkə  Azərbaycan
Şəhər Şuşa Şuşa
Aidiyyatı Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsrin birinci yarısı
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti xarabalıqları qalıb
TipiMədəni
DövlətAzərbaycan
RegionAvropa
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Hacı Məhərrəm Karvansarayı (Şuşa rayonu)
Hacı Məhərrəm Karvansarayı

On doqquzuncu əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlu tərəfindən tikilmiş və el arasında sahibinin adı ilə adlandırılmışdır. Həmişə yaxşı gəlir gətirir və mədaxili, əsasən, dini işlərə sərf olunurdu. Hər il dindar adamlar məhərrəm ayının on gününü burda imam Hüseynə təziyə saxlayır, imam ehsanı verirdilər. Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlunun vəfatından sonra oğlanları Hacı Abbas və Məhəmməd karvansaranı bərpa etdirib birlikdə işlətmişlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Şuşa qalasının karvansaraları". portal.azertag.az. İstifadə tarixi: 29 apr 2022.
  1. Yunis Hüseynov, Şuşa salnaməsi, Bakı-2015. Şuşa nəşriyyatı, səh. 152