KARVANSARA

is. [ fars. ]
1. Özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan xüsusi bina.
[Qərib] küçələrdə gəzə-gəzə bir adam axtarırdı ki, karvansaranı soruşsun, bir də gəlib bir meydana çıxdı. Koroğlu”.
[Yusif şah] əmr elədi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin. M.F.Axundzadə.

2. məc. zar. Qonağı, gəlib-gedəni çox olan yer haqqında. Ev dönüb karvansaraya.
3. mən. Böyük, geniş yer mənasında.
Araba karvansara kimi böyük bir həyətə girdi. A.Şaiq.

4. məc. dan. Yoxsul, kasıb, içində müxəlləfatı, dir-dirriyi olmayan mənzil haqqında. Evi karvansaraya oxşayır.
KARVANQOVAN
KARVANSARAÇI
OBASTAN VİKİ
Karvansara
Karvanasara — karvanların dayanacaq yeri. Karvansaraylar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi. Çox vaxt kənd yerlərində kənd yolları boyunca yerləşən karvansarayların şəhər variantları da tarixən İslam dünyasının bütün şəhərlərində yayılmışdır və tez-tez xanagah, qonaq evi başqa adlar ilə də adlandırılırdı. == Ümumi məlumat == Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən "qaynar nöqtələrində" tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur. Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi.
Karvansara (Göyçə)
Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10–12 km cənub-şərqdə, Mədinə kəndinin yanında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara kimi də qeyd edilmişdir. == Toponimi == Toponim "ticarət yolu üzərində tikili bina" mənasında işlənən karvansara sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904-cü ildə 341 nəfər, 1914-cü ildə 441 nəfər, 1916-cı ildə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828–1832-ci illərdə əhalisi qovulmuş, lakin sonra qayıtmışdır. 1918-ci ildə əhali yenidən qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə Icəvan adlandırılmışdır. Karvansara Səlim də adlanmışdır.
Karvansara (Həftkel)
Karvansara (fars. کاروانسرا‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 24 ailədə 48 nəfəri kişilər və 47 nəfəri qadınlar olmaqla cəmi 95 nəfərdir.
Karvansara (Sulduz)
Karvansara (fars. كاروانسرا‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 741 nəfər yaşayır (187 ailə). Kənddə yaşayanlar bütünlüklə azərbaycan türkləri və müsəlmandırlar.
Karvansara (Talin)
Karvansara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonu ərazisində kənd. == Tarixi == Alagöz dağının cənub ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dəvə dəstəsi» mənasında işlənən karvan sözü ilə türk dilində «ev, təsərrüfat tikilisi» mənasında işlənən «saray» sözünün birləşməsindən əmələ gələn karvansara sözündən yaranıb «özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan, xüsusi binası olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 184 nəfər, 1908-ci ildə 140 nəfər, 1914 - cü ildə 148 nəfər, 1916-cı üdə 288 nəfər, 1918-ci ilin yanvarında 210 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevlilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Karvansara (Talın)

Karvansara (Urmiya)
Karvansara (fars. كاروانسرا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 177 nəfər. yaşayır (43 ailə).
Karvansara (dəqiqləşdirmə)
Karvansara — karvanların dayanacaq yeri. İranda kəndlər Karvansara — İranda Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. Karvansara — İranda kənd. Karvansara — İranda kənd. ‎Karvansara (Mahnişan) Ermənistanda kəndlər Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Karvansara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonu ərazisində kənd. Karvansara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində kənd. Karvansara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Digər Karvansara dərəsi — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Karvansara bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m.
Karvansara (karvan)
Karvanasara — karvanların dayanacaq yeri. Karvansaraylar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi. Çox vaxt kənd yerlərində kənd yolları boyunca yerləşən karvansarayların şəhər variantları da tarixən İslam dünyasının bütün şəhərlərində yayılmışdır və tez-tez xanagah, qonaq evi başqa adlar ilə də adlandırılırdı. == Ümumi məlumat == Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən "qaynar nöqtələrində" tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur. Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi.
Karvansara bulağı
Karvansara mineral su bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. == Əhəmiyyəti == Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30–40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Karvansara mineral bulağı

Xaraba karvansara
Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən tanınmış karvansaralardan biri də hazırda Kəngərli rayonunun Xok kəndi yaxınlığında qalıqları qalan karvansaradır. Yerli əhali tərəfindən qalıqlarına əsasən "Xaraba karvansara" adlandırılan bu abidənin sahəsi 2 hektara yaxındır. Karvansaranın yerində xeyli kərpic qalıqlarına rast gəlinir. Bu qalıqlara əsasən demək olar ki, vaxtilə burada olan tikintilərin inşasında bişmiş kərpicdən geniş istifadə olunmuşdur. Hazırda tikintilərin yerində dördkünc formalı çalalar və kərpic təpəcikləri qalmışdır. Tikinti qalıqlarına əsasən karvansara kompleksinə daxil olan binaların bir-birinə bitişik yerləşdirilmiş, dördkünc formalı tikililərdən ibarət olduğunu demək olar. Karvansara ərazisindən əldə olunan yerüstü arxeoloji materiallar başlıca olaraq çəhrayı rəngli şirsiz və şirli keramika məmulatlarından ibarətdir. Aşkar olunan yerüstü keramika məmulatı başlıca olaraq Son Orta əsrlər dövrü üçün xarakterikdir. Arxeoloji materiallara əsasən karvansaranın qalıqlarını XIV–XVIII əsrlərə aid etmək olar.
Karvansara (Mahnişan)
Karvansara (fars. كاروانسر‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (23 ailə).
Aşağı Karvansara (Şəki)
Aşağı Karvansara — qədim Şəki şəhəri ərazisində yerləşən karvansara. == Yerləşməsi == Şəki şəhərinin Mirzə Fətəli Axundov küçəsində yerləşir. Gürcənçayın qövsvari sahilində bir sıra obyektlər- şəhərin biznes mərkəzi olan Yuxarı və Aşağı Karvansaralar yerləşir. Karvansaralar feodal Şərqin labüd hissəsi olub, bura gəlib-getmiş bütün tarixçi və səyyahlar həmişə Azərbaycan haqqında danışarkən karvansaralara ayrıca yer ayırmış, çox vaxt isə onları təsvir etmişlər. == Tarixi == Şəki Azərbaycanın ən qədim ticarət və sənətkarlıq şəhərlərindən biri olduğundan burada çoxlu bazar və karvansaralar tikilmişdir. XVIII–XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan ("İsfahan", "Təbriz", "Təzə Karvansara") dövrümüzə qədər yalnız ikisi — Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatmışdır. XVIII əsrə aid olan hər iki abidə yerli ustalar tərəfindən tikilmişdir. Bu abidələr həm tikiliş həm də şərait baxımından çox rahat və gözəl olub, irimiqyaslı sövdələşmələrin, alış-verişlərin aparılması üçün əlverişli şəraitə sahib olmuşdur. Aşağı Karvansara tarixi abidənin XVI–XVIII əsrlərə aid olunmağı da iddia olunur. Hal-hazırda tikilinin təxminən 35–40% itirilmişdir.
Yuxarı Karvansara (Şəki)
Yuxarı Karvansara — qədim Şəki şəhəri ərazisində yerləşən karvansara. Şəki şəhərinin Mirzə Fətəli Axundov küçəsində yerləşir. Gürcənçayın qövsvari sahilində bir sıra obyektlər- şəhərin biznes mərkəzi olan Yuxarı və Aşağı Karvansaralar yerləşir. Karvansaralar feodal Şərqin labüd hissəsi olub, bura gəlib-getmiş bütün tarixçi və səyyahlar həmişə Azərbaycan haqqında danışarkən karvansaralara ayrıca yer ayırmış, çox vaxt isə onları təsvir etmişlər. Ərazisində Böyük İpək Yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyildir. XVIII–XIX əsrlərdə şəhərdə inşa edilmiş karvansara binaların təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu. Özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqaziyada məşhur olan Yuxarı Karvansara XVIII–XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan ("İsfahan", "Təbriz", "Ləzgi", "Təzə Karvansara") dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. Digəri — Aşağı Karvansara. XVIII əsrə aid olan hər iki abidə yerli ustalar tərəfindən tikilmişdir.
İkimərtəbəli karvansara (Bakı)
İkimərtəbəli karvansara və ya Qasım bəy karvansarası — İçərişəhərdə yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi. Bəzi mənbələrə görə karvansara XV əsrdə şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilmişdir. Bakı xanlığının Rusiya imperiyasının tərkibinə qatılmasından sonra, karvansara, Bakı bəylərindən Qasım bəy və onun varislərinin istifadəsinə verilmişdir. Həm memarlıq-planlaşdırma, həm də konstruktiv baxımdan İkimərtəbəli karvansara Azərbaycan karvansaralarının bir çoxu üçün xarakterik olan xüsusiyyətləri daşıyır. Karvansara Qız qalasının cənub-şərqində, Müqəddəs Varvara erməni kilsəsinin yanında, qədim Bakının ticarət küçəsində yerləşir. Karvansara, düzbucaqlı planının qarşı tərəflərində yerləən iki qapıya malikdir. Karvansaranın birinci mərtəbəsinin mərkəzində açıq həyət yerləşir. Həyət boyunca çoxlu sayda otaqlar yerləşir. Otaqların yan divarları qabağa çıxaraq, yanlardan qapalı olan kiçik eyvanlar formalaşdırır. İkinci mərtəbədə otaqların düzülüş və formaları birinci mərtəbənin planlaşdırmasını təkrarlayır.
İkimərtəbəli karvansara (Şuşa)
İkimərtəbəli karvansara — XIX əsrdə Şuşada inşa edilmiş karvansara. Şuşanın Şeytan Bazar adlanan hissəsində mehmanxana tipli və iki mərtəbəli karvansaradır. On dokkuzuncu əsrin ikinci yarısında (1888–1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu, Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra, onu sökərək yerində inşa etdirmişdir. Bu üzdən karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınırdı. Onun yerində məşhur Şuşa memarı Kərbəlayi Səfıxan Qarabaği Məşədi Şükür Mirsəyyaf oğlunun yeni tələblərə cavab verən karvansarasını tikdi. Mövcudluğunun ilk günlərindən o, Şuşada ən çox qonağı olan karvansaraya çevrildi. Məşədi Hüseyn vəfat edəndən sonra, oğlanları Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayırlar. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilirdi. Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarası ikimərtəbəli daş bina idi. İkinci mərtəbədə qonaqlar üçün iyirmi beş otaq vardı.
Gal karvansarası
Gal karvansarası — Culfa rayonunun Gal kəndinin ərazisində orta əsrlərə aid tarixi-memarlıq abidəsi == Coğrafi mövqeyi == Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində zəmanəmizədək qalıqları gəlib çatan karvansaralardan biri də Gal kəndinin şimal-şərq hissəsində yerləşən "İlandağ" yaşayış məskənində qalan karvansaradır. == Tarixi == Yerli əhali arasında bəzən "Nəbi qalası" da adlandırılan İlandağ yaşayış yerindən əldə olunan yerüstü materiallar onun XI–XVIII əsrlərdə fəaliyyət göstərməsini təsdiq edir. Yaşayış yerinin şərq tərəfindən Culfa-Gal-Şurut-Paradaş-Dərgəmilik-Nürgüt-Sisyan istiqamətində və əksinə uzanan karvan yolu keçir. Buna əsasən demək olar ki, şərti olaraq yaxınlıqdakı kəndin adı ilə Gal karvansarası adlandırdığımız bu karvansara həmin yolla şimala və cənuba doğru hərəkət edən insanlara və karvanlara xidmət etmişdir. == Memarlıq quruluşu == Bu karvansaranın divar qalıqlarının indiki vəziyyətdə hündürlüyü 3,5 metr, uzunluğu 12 metr, eni isə 7 metrdir. Hündür təpənin şərq yamacında inşa edilən karvansaranın divarları möhrədən hörülmüşdür. == "Şah Abbas gölü" == Bu karvansaradan təxminən 2 km şimal-şərq tərəfdə, Şurut kəndinə gedən yolun sağ tərəfində bir gölün və bəndinin qalıqları qalmaqdadır. Göl yerli əhali arasında "Şah Abbas gölü" adlandırılır. Adına əsasən demək olar ki, bu göl Səfəvi hökmdarı I Şah Abbasın dövründə inşa etdirilmişdir. Bu fakta əsasən ehtimal etmək olar ki, Gal karvansarası da I Şah Abbas dövründə (1587–1629-cu illər) inşa etdirilmişdir.
Hacı Məhərrəm Karvansarası
Hacı Məhərrəm Karvansarası — Şuşada tikilmiş ilk karvansara. == Tarixi == On doqquzuncu əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlu tərəfindən tikilmiş və el arasında sahibinin adı ilə adlandırılmışdır. Həmişə yaxşı gəlir gətirir və mədaxili, əsasən, dini işlərə sərf olunurdu. Hər il dindar adamlar məhərrəm ayının on gününü burda imam Hüseynə təziyə saxlayır, imam ehsanı verirdilər. Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlunun vəfatından sonra oğlanları Hacı Abbas və Məhəmməd karvansaranı bərpa etdirib birlikdə işlətmişlər. == Xarici keçidlər == "Şuşa qalasının karvansaraları". portal.azertag.az. İstifadə tarixi: 29 apr 2022.
Hacı Məhərrəm Karvansarayı

Karvansaray
Karvanasara — karvanların dayanacaq yeri. Karvansaraylar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi. Çox vaxt kənd yerlərində kənd yolları boyunca yerləşən karvansarayların şəhər variantları da tarixən İslam dünyasının bütün şəhərlərində yayılmışdır və tez-tez xanagah, qonaq evi başqa adlar ilə də adlandırılırdı. == Ümumi məlumat == Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən "qaynar nöqtələrində" tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur. Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi.
Karvansaray (Orenburq)
Karvansaray (başq. Каруанһарай) — Orenburq şəhərində (Rusiya Federasiyası) yerləşən tarixi-memarlıq kompleksi. 1837-1846-cı illərdə Başqır-Məşçəriyyə ordusunun komandirini yerləşdirmək üçün könüllü ianələrlə tikilmiş, Orenburqda "öz ehtiyacları və işi üçün" gələn başqaları üçün otellər, başqırdlar üçün seminar və məktəb olmuşdur. Tarixi-memarlıq kompleksi Başqır xalqının evi və məsciddən ibarətdir. Memar Aleksandr Bryullovun orijinal layihəsi ənənəvi Başqır kəndinə stilizasiya kimi hazırlanmışdır: ansamblın mərkəzi hissəsi - səkkizbucaqlı məscid başqırd alaçığı formasını əks etdirir. == Ədəbiyyat == Загидуллин И. К. Из истории Караван-сарайской мечети в Оренбурге (до 1917 г.) // Фаизхановские чтения : материалы четвёртой ежегодной научно-практической конференции: "Развитие институтов многонационального и поликонфессионального Российского государства", [22 марта 2007 г.]. — Нижний Новгород: Медина, 2008. — С. 32-37. — 209 с. Загидуллин И. К. Исламские институты в Российской империи: Мечети в европейской части России и Сибири.
Karvansaray (ada)
Karvansaray adası — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir.
Karvansaray (şəhər)
İcevan, Karvansara — Ermənistanda Tavuş regionunun İcevan rayonu ərazisində, İrəvan-Tiflis şose yolunun üstündə Ağstafa çayı sahilində yerləşən şəhər. İcevan rayonunun mərkəzi. == Tarixi == Ermənistan hakimiyyət orqanları tərəfindən şəhərin adı dəyişdirilərək İcevan adlandırılıb. 1961-ci ildən respublika tabeli şəhərdir. == İstinadlar == == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, «Təhsil», 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Karvansaray adası
Karvansaray adası — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir.
Karvansaray rayonu
İcevan rayonu — Ermənistan SSR və Ermənistan Respublikasında mövcud olmuş rayon. İnzibati mərkəzi İcevan şəhəri olmuşdur. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv. km-dir. Rayon mərkəzi respublika tabeli Karvansara (dəyişdirilmiş adı İcevan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 142 km-dir. İcevan rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz, Hələb və Karvansara dağ silsilələri ilə əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu axır.
Kiran karvansarası
Kiran karvansarası — Kiran şəhəri ərazisində ən yaxşı tədqiq edilmiş tarix-memarlıq abidələrindən biri. Mürəkkəb planlaşdırma və konstruktiv həll xüsusiyyətlərinə malik Kiran karvansarası, orta əsr Azərbaycanında şəhər karvansaraylarının ən parlaq nümunələrindən biridir. Karvansara kompleksinə daxil olan bütün tikililərin özümü möhkəm qaya üzərində inşa edilmişdir. Qapı və pəncərə tağlarının hörgüsündə bişmiş kərpic və əhəng məhlulu istifadə edilmişdir. Karvansarayın bütün otaqlarının divarları 2.8–3 metr hündürlüyə kimi daşdan, daha sonra isə çiy kərpicdən inşa edilmişdir. Divarlar gil və saman qarışığından alınmış məhlulla suvanmışdır. Daha sonra gil suvaq əhəng məhlulu ilə ağardılmışdır. Divarların qalınlığı müxtəlif yerlərdə 60 sm – 2 metr arasında dəyişir. Kiran karvansarası planda kvadrat formada olan daxili həyətə malikdir. Karvansarayın yaşayış və məişət otaqlarının divarları, o cümlədən vestibül və dəhlizlər gipsdən hazırlanmış həndəsi naxışlı memarlıq elementləri ilə bəzədilmişdi.
Kiran karvansarayı

Kiçik karvansaray
Xan karvansarası və ya Kiçik karvansara — İçərişəhər ərazisində yerləşir, bir fasadı Həqiqət Rzayeva, digər fasadı isə Asəf Zeynallı küçəsinə baxır. Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. Xan karvansarası Azərbaycan ərazisində dövrümüzə çatmış karvansaraların ümumi xüsusiyyətlərini özündə cəmləşdirir. Karvansara planda kvadrat formaya malikdir. Karvansaranın iki qapısından biri dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılır. Buna görə də karvansaranın daxili həyəti bir növ, şəhərdən dənizəə keçid yolunu oynayırdı. == Tarixi == Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. S. Q. Qmelin Bakıya səfərindən bəhs edərkən Xan karvansarasını da xatırlayaraq yazır: "Karvansara həqiqətən də, haqqında bəhs edilməyə layiqdir; o, düz dənizin kənarında yerləşir və buna görə də gəmilərdən malların onun vasitəsiylə şəhərə keçirilməsi rahatdır." Bakı qala divarlarının dənizə baxan hissəsinin mərkəzində yerləşən Ticarət kompleksi dənizdən baxarkən çox yaxşı görünürdü.
Multani karvansarası
Multanı karvansarası — İçəri Şəhərdə XIV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. Karvansara "Multanı" adını Pakistanın Multan şəhərinin adından almışdır. Multanı karvansarası dəfələrlə tədqiq olunmuş, ölçülmüş, 1973–1974-cü illərdə isə abidədə bərpa işləri aparılmışdır. Multanı karvansarası Azərbaycanda olan yüzlərlə karvansaradan biridir. Öz xarakterinə görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu qonağı eyni zamanda yerləşdirməyə kömək edirdi. Buna görə də təhlükəsizlik naminə, bir-birlərini yaxşı başa düşmələri üçün eyni regiondan gələnlər birlikdə yerləşməyə çalışır, bəzən də getdikləri yerlərdə öz hesablarına karvansaralar inşa etdirirdilər. İçərişəhərdə yerləşən Buxara və Multanı karvansaraları da belə meydana gəlmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm raitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur. Tədqiqatçıların XIV əsrə aid etdikləri Multanı karvansarası XX əsrə dağılmış vəziyyətdə gəlib çatsa da, abidə 1973–1974-cü illərdə bərpa edilmişdir. Abidədən yalnız ticarət küçəsinə və Buxara karvansarasına tərəf çıxan baş qərb fasad, cənub-qərb tindəki otaqlar və giriş portalı salamat qalmışdır.
Multanı karvansarası

Значение слова в других словарях