Kasıblığı və sevgini gizlətmək çətindir.

= Love and poverty are hard to hide. = Любовь и бедность скрыть не удается.
Kasıblar seçmək imkanına malik olmur.
Kasıblıq eyib deyil, fəlakətdir.
OBASTAN VİKİ
Mən sənin sevgini istəyirəm (film, 2012)
Mən sənin sevgini istəyirəm (ing. I Want Your Love) — rejissor Trevis Metyuzun dram filmi. 2012-ci ildə «NakedSword» gey pornoindustriyasının və Trevis Metyuzun birgə istehsalı ilə ekranizasiya edilmişdi. Jesse adında gənc gey doğma Ohayoda yeni həyata başlamaq məqsədi ilə Kaliforniyanı tərk etməyə hazırlaşır. Yola düşməzdən əvvəl gənc oğlan dostlarının, qonşularının və keçmiş sevgililərinin ətrafında vaxtını keçirir. 10 ildən çox yaşadığı şəhərlə ayrılığın acı hissləri, onun yaradıcılığı və ambissiyaları yaşamaq üçün pul qazanmağın qəddar real üzü ilə heç bir adiyyatı yoxdur. Jesse Metzger, Baş qəhrəman.O öz doğma şəhərinə qayımaq məcburiyyətindədir. Brontez Purnell, Jesse'in dostu, geyim dükanında işləyir Ben Jasper, Jesse'in ex-boyfriendi, reklam sənəti ilə məşğuldur Keith McDonald, Jesse'in dostu və mənzil yoldaşı Wayne Bumb, Jesse'in ən yaxın dostu və mənzil yoldaşı Ferrin Solano, Wayne'in boyfriendi Jorge Rodolfo, Wayne'in yaxın dostu, o əvvəlcə Wayne'i Ferrinə çox qısqanırdı, lakin sonra üçlükdə sekslə məşğul olmağa razı olur. "Mən sənin sevgini istəyirəm" filmi San Fransiskoda yaşayan dostların homoseksual əlaqələrindən bəhz edir. Filmin qısametrajlı versiyası hələ 2010-cu ildə ekranlaşdırılmışdı, o zaman da filmin rejissoru Trevis Mettyuz idi.
Debet və kredit
Debet və kredit — standartlaşdırılmış mühasibat metodik üsulları. İqtisadi və digər proseslərin imkanlarını və istiqamətlərini ortaya qoyurlar və bu imkanlar üçün sərhədləri aşkar edirlər. İki növ hesab mövcuddur: aktiv və passiv. Passiv borc götürülmüş vəsait deməkdir; aktiv — bir şirkətin, müəssisənin və ya bankın ayrılmış vəsaiti. Aktiv hesablar üçün: debet — qəbz, kredit — xərc. Passiv üçün: kredit — gəlir, debet — xərc. Debet — hesabın sol tərəfi. Aktiv və aktiv-passiv hesablar üçün: debetdəki artım, təşkilatın mülkiyyət və ya mülkiyyət dəyərində artım deməkdir. Passiv hesablar üçün: debetdə artım təşkilatın öz fondlarında (mənbələrində) azalma deməkdir, lat. debet — yəni "etməlidir" deməkdir.
Düzd və qazı
Düzd və qazı (“Oğru və qazı”) — XVIII əsr Azərbaycan bədii nəsr nümunəsi. Yazılış tərzi, ruhu və məzmununa görə xalq lətifələrini xatırladan bu kiçik həcmli əsər ilk Azərbaycan hekayəsi sayılır. Hekayə şəriət sahəsində ad çıxarmış bir qazı ilə onu soymaq istəyən oğrunun mübahisəsi üzərində qurulmuşdur. Hekayədə həm qazı, həm də dini ayə və hədislərdən öz şəxsi mənafeyi üçün istifadə edən oğru tənqid olunur. Gecə öz bağına gedən qazı burada oğruyla rastlaşır. Gündüzlər qəddar və amansız olan qazı indi öz kölgəsindən belə qorxur, acizləşir. Oğru öz biliyi, ağlı və fərasəti ilə qazıya üstün gəlir, onu soyur. Əsərin sonunda qazı öz xoşu ilə qızını ona verir. Hekayənin dili, təsvir vasitələri, mükalimələri, bədii-psixoloji dialoqları canlı və təbii olub, xalq danışıq üslubuna yaxındır. Əvvəllər tərcümə əsəri olunan bu hekayənin müəllifliyi Əbdülqəni Xaşmaziyə və Vəli Ərəşiyə istinad edilmişdir.
Düşün və Varlan
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Dəqiqlik və tanıma
Dəqiqlik və tanıma (ing. Precision and recall) — informasiyanın alınması (en:informational retrieval) və obyektlərin tanınmasında, precision alınan informasiyanın nə qədərinin uyğun (relevant) olmasını, recall isə uyğun nümunələrin nə qədərinin alındığını göstərən nisbətdir. Misal üçün, fərz edək ki, proqram göstərilən şəkildən 7 it şəklini tanıyır. Şəkildə isə 9 it və bir neçə pişik şəkli var. Proqramın 4 şəkli doğru tanıyıb, 3 şəkil isə pişikdir. Onda proqramın precisionı 4/7, recall isə 4/9 olur.
Ekstraversiya və İntroversiya
Ekstraversiya və introversiya əsas şəxsiyyət göstəricilərindəndir və cəmiyyətlə, daxil olduğu qrup üzvləri ilə nə qədər yaxın münasibət qura biləcəyini müəyyən edir. Bu terminlər günümüzdə Karl Yunq tərəfindən məşhurlaşdırılmış və insan psixologiyasının anlaşılmasında böyük rol oynamışdır. Ekstraversiya və introversiya, Böyük Beş şəxsiyyət göstəricisindən biridir. Ümumiyyətlə insanlar, cəmiyyətə münasibətləri nöqteyi nəzərindən iki yerə bölünürlər: ekstravertlər və introvertlər. Ekstravertlər başqaları ilə ünsiyyətə həvəsli, diqqət mərkəzində olmağı, ictimai tədbirlərdə iştirakı, qrup daxilində fəaliyyəti xoşlayan şəxslərdir. Bu tipə məxsus olan insanlar, əsasən, əyləncə adamları kimi tanınırlar. Onlar rahatlıqla insanlarla ünsiyyətdə ola bilir, tez dostluq qurmağı bacarır, enerjilərini xarici mühitlərdə sərf etməyi sevirlər. Ekstravertlər ictimai fəaliyyətlərdə çox aktiv tipin nümayəndələridir. Əsasən biznes və sosial təşkilatlar, iclaslar, siyasi qruplar kimi böyük ictimaiyyəti əhatə edən tədbirlərdə öz maraqlarını nümayiş etdirməyi çox sevirlər. Bundan əlavə, onlar qruplarla iş görməyi tək başına iş görməkdən üstün tuturlar və yalnız zaman keçirməyi sevmirlər.
Elm və Din
Elm və Din münasibətləri — "Elm" termini "bilik" mənasına gəlir. Din isə burada ümumi olaraq səmavi dinləri nəzərdə tutur. Bu mövzu "Din fəlsəfəsi" sahəsinin əsas mövzularındandır. Bəşəriyyət dünəndən bu günə varlıq, insan, Uca Yaradan Allah və bunların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında həmişə düşünmüş, aralarındakı sirli əlaqələri anlamağa çalışmışdır. Varlıq (Kainat) Cənabi-Allahın qüdrət və iradəsi ilə yazdığı bir kitabdır. Bu kitab Allahın müəyyən plan, proqram, ölçü və tarazlığa görə tənzimlədiyi əşya və hadisələr kitabıdır. Bununla yanaşı, Allahın bir də Kəlam sifətindən gələn Quran kitabı vardır. Allah bu Kitabı ilə insanlara kainatı izah edir, kainatdakı əşya və hadisələrə işıq tutur. Allah-Təala Quranda Kainatı nizam-intizamla yaratdığını bəyan edir.. Quran, kainat və insan Allahın isim və sifətlərinin müxtəlif şəkillərdə təcəlli etdiyi bir kitabdır.
Elm və texnologiya
Elm və texnologiya — ölkələrə kənd təsərrüfatı, nəqliyyat və tibbdən ekologiyayadək həyatın bütün sahələrində davamlı inkişafın yeni səviyyəsinə keçməyə imkan verir. XX əsr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir və tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olmuşdur. İnsanlıq tarixinin əksəriyyəti üçün texnoloji inkişaflar şans, sınaq, səhv və ya ilhamla əldə edilmişdir.
Endr və Luara
Endr və Luara (fr. Indre-et-Loire) — Fransada yerləşən, Mərkəz - Luara vadisi regionun departametlərindən biri. Sıra nömrəsi — 37. İnzibati mərkəzi — Tur . Əhalisi — 605 819 nəfər (2010). Sahəsi — 6127 km². Departamentə 3 rayon, 37 kanton və 277 kommun daxildir. Departamentin adı 2 çaydan adlandırılır Luara və Endr. Endr və Luara — 1790-ci ilin martında Böyük Fransa İnqilabı zamanı yaradılan 83 departamentlərindən biri. Keçmiş Turen vilayətinin ərazisində yerləşir.
Er və Luar
Ör və Luar (fr. Eure-et-Loir) — Fransa şimalı mərkəzində yerləşən departament. Mərkəz - Luara vadisi regiounun departamentlərindən biri. Sıra nömrəsi — 28. İnzibati mərkəzi — Şartr. Əhalisi — 440 291 nəfər. (departamentlər arasında 55-ci yer, 2010-cu ilin məlumatları) Sahəsi — 5880 km². Departament Luara vadisində yerləşir. Departamentə 4 rayon, 29 kanton və 403 kommun daxildir. Şartr Şatodön Drö Nojan-le-Rotru Cədvəl Ör və Luar — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaranmış ilk departamentdən biri.
Fines və Ferb
Fines və Ferb (ing. Phineas and Ferb) — Den Povenmayr və Ceff Marş tərəfindən yaradılmış ABŞ istehsalı musiqili komediya cizgi-serialı. Disney Channel və Disney XD kanallarında nümayiş olunan serial, Disney Television Animation studiyası tərəfindən hazırlanıb. Cizgi-serial ilk olaraq 17 avqust 2007-ci ildə yayımlanıb, 12 iyun 2015-ci ildə isə tamaşaçıları ilə vidalaşıb. Serialda yay tətili ərzində səkkiz və on yaş arasında olan Fines Flinn (ing. Phineas Flynn) və ögey qardaşı Ferb Fletçerin (ing. Ferb Fletcher) sərgüzəştlərindən bəhs olunur. Oğlanlar hər gün mümkün olmayacaq böyük elmi layihələrə imza atırlar. Etdikləri bu işlər onların bacısı Kendesi (ing. Candace) qıcıqlandırır, o anası Linda Flinn-Fletçer və atası Lourens Fletçerə (ing.
Fizioterapiya və reabilitasiya
Fizioterapiya (yun.phisis- təbiət , therapia- müalicə) — təbii amillərlə müalicə deməkdir. Fizioterapiya elə fiziki amilləri öyrənir ki, onlardan xəstəliklərin müalicə və reabilitasiyasında istifadə olunsun.
Flora və Zefir
"Flora və Zefir" (fr. Flore et Zephyre) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1875-ci ildə işlənmiş rəsm əsəri. Əsərdə yunan mifologiyasından Flora və Zefir təsvir edilmişdir.
Fotoqrafiya və hüquq
Fotoqrafların intellektual mülkiyyət hüququ müxtəlif yurisdiksiyalardakı müəlliflik hüquqları vasitəsilə qorunur. Bəzi hallarda fotoqrafiya mülki hüquq və yaxud cinayət qanunları ilə çərçivələnə bilər. Müəyyən şəkilləri dərc etmək məxfilik siyasəti və digər qanunlarla məhdudlaşdırıla bilər. Fotoqrafiyanın ümumilikdə ictimai maraqlar və uşaqların qorunması çərçivəsində limitlənməsi mümkündür. Fotoqrafiyaya olan reaksiyalar cəmiyyətdən cəmiyyətə dəyişir və hətta rəsmi qadağalar olmayan yerlərdə belə insanları və məkanları çəkməyə qarşı narazılıqlar yarana bilir. Qanuni olan fotoqrafiyaya reaksiyalar müxtəlif olur, belə ki, şikayətdən zorakılığa qədər hüdudlanır. Birləşmiş Krallıqda ictimai yerlərdə şəxsi mülkiyyətin fotolarını çəkməyi qadağan edən qanunlar yoxdur. O cümlədən, mülkədarın icazəsi olduğu təqdirdə şəxsi əmlakda çəkilən şəkillərə qadağa qoyulmur. Lakin, əmlak sahibləri əmlaklarına daxil olunduğu halda istədikləri şərtləri (fotoşəkili qadağa etmək və ya limitləmək daxil olmaqla) tətbiq etməkdə sərbəstdirlər. Birləşmiş Krallıqdakı iki ictimai yer, Trafalqar Meydanı və Parlament Meydanının kommersiya məqsədilə Mayorun, Meydan İdarəetmə Komandasının icazəsi olmadan və xidmət haqqı ödənilmədən çəkilən şəkillərə qarşı xüsusi təminatı vardır.
Fəhlə və kolxozçu
"Fəhlə və kolxozçu" (rus. «Рабо́чий и колхо́зница») — Sovet heykəltaraşlığı tarixində əbədiyyət qazanan əsərlərdən biri. Bu əsər keçmiş SSRİ-nin sadəcə sənət deyil, həm də siyasi simvollarından biri olmuşdur. Əsərin müəllifi SSRİ xalq rəssamı, 5 dəfə Stalin mükafatı laureatı Vera Muxinadır. Abidənin hündürlüyü 24,5 metr (pavilyon-postamentin hündürlüyü 34,5 metr), ümumi ağırlığı isə 185 tondur. İşıqlı gələcək rəmzi olan əsərin mənası fəhlə və kəndli ittifaqını oraq və çəkicin timsalında əbədiləşdirməkdir. "Fəhlə və kolxozçu" kompozisiyası 1937-ci ildə Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış və Parisə aparılır. Parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırlar. Fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Romen Rollan rəy kitabında belə yazmışdı: "Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik". Məşhur qrafik Frans Mazerel heyrətini belə ifadə edib: "Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü.
Fəlsəfə və texnologiya
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə məşğul olan bir fəlsəfə sahəsi. Qədim Yunanıstanda yaranan texnologiyanın fəlsəfəsi və ən qədim fənlərdən biridir. İnsanın alətlər düzəltməsini və onların nəticələrinin sorğulayır. Aristotel texnologiyanı ilk dəfə insan cəmiyyətinə təsirini ətraflı araşdırmışdır. Orta əsrlərdən sonra Frensis Bekon əsərləri onun varislərinə işıq tutur. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni şərhlər gətirmişdir. Ümumiyyətlə texnologiya tənqid olunmuşdur. Heraclitus və Demokritus texnologiyanı təbiətin təqlidi kimi təsvir edir.Platon texnologiyanı tanrı sənətinin təqlidi olaraq görür. Aristotel təbiətin təqlidini qəbul edərkən: Texnologiya təbiətin tamamlaya bilmədiyi işləri tamamlamışdır deyib. Haydeqqer, texnologiyanın insan inkişafı mərkəzi olduğunu və ən böyük təhlükə meydana gətirdiyini söyləyir.
Fəlsəfə və ədəbiyyat
Fəlsəfə və ədəbiyyat filosofların və fəlsəfi mövzuların ədəbiyyatla əlaqəsi (fəlsəfə ədəbiyyatı) və ədəbiyyatın qaldırdığı məsələlərə fəlsəfə ilə əlaqələr daxildir. Fəlsəfə ilə ədəbiyyat arasındakı əlaqə povestdən başlayır. Hər ikisi povest qurmaq üçün ortaq dildən istifadə edir və həm fəlsəfə, həm də ədəbi mətnlər dil əsərləridir. Fəlsəfə bir dünyagörüşü , düşüncələr, duyğular və həyat haqqında fikirlər söyləyə bilir: lakin ümumi inancın əksinə, qavranması çətin, sirli ve ziddiyyətli deyildir; şübhəsiz, ziyalıların və "camaatın" inhisarında deyil. Ədəbiyyat, əksinə, çox kobud bir təsvir ilə duyğuların, düşüncələrin və həyatla bağlı fikirlərin estetik və bədii ifadəsidir. Hər ikisi ümumi mənbələrdən, həyatdan, insanlardan, ünsiyyətdən, fərdin və ya cəmiyyətin təcrübələrindən, şüurdan, tarixdən, mədəniyyətdən və əks olunmadan yaranan mücərrəd mövzularla qidalansalar da, ortaq bir dildə sistematik şəkildə istifadə etsələr də bir metod olaraq fərqlənirlər. Fəlsəfə ümumi və inklüziv olanı daha çox maraqlandırsa da, ədəbiyyat xüsusi və fərqli olanı axtarır. Fəlsəfə illüziyaları aradan qaldırmağa çalışarkən, ədəbiyyat illüziya yaratmağa çalışır. Fəlsəfə mücərrəd və konkret anlayışları aydınlaşdırmağa çalışsa da, ədəbiyyatda belə problem yoxdur. Jak Derrida'nın dediyi kimi, ədəbiyyatı "insana hər şeyi hər cür söyləməyə imkan verən uydurma bir qurum" olaraq düşündüyümüz zaman fəlsəfənin imperativlərinin ədəbiyyata aid olmadığı qənaətinə gələ bilərik.
Fərhad və Şirin
Fərhad və Şirin (Nəvai) — Əlişir Nəvainin 1484-cü ildə yazılmış əsəri. Fərhad və Şirin (Vəhşi) — fars şairi Vəhşi Bafqinin (1531-1583) əsəri. Şirin və Fərhad (Kövsəri) — Əqil Kövsəri Ərdəbili tərəfindən 1605-ci ildə yazılmış əsər. Fərhad və Şirin (Tubıli) — tatar şairi Əxmətcan Tubıli tərəfindən 1879-ci ildə yazılmış əsər. Fərhad və Şirin (Nakam) — İsmayıl bəy Nakam (1829-1906) tərəfindən 1898-ci ildə yazılmış əsər. Fərhad və Şirin (S.Vurğun) — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəri. Fərhad ilə Şirin (N.Hikmət) — Nazim Hikmətin 1948-ci ildə yazdığı pyes. 1961-ci ildə bu pyes əsasında Arif Məlikov "Məhəbbət əfsanəsi" baletini yazmışdır. Fərhad və Şirin (opera) — 1910-cu ildə Aleksandr Oqenezaşvili və Mirzə Cəlal Yusifzadə tərəfindən yazılmış və 6 mart 1911-ci ildə Bakıda səhnələşdirilmiş Azərbaycandilli opera.
Görünüş və hiss
Görünüş və hiss (en. look and feel) – proqramların orijinallıq dərəcəsinin qiymətləndirilməsi prinsiplərindən biri. Qrafik istifadəçi interfeysinə (GUI) aid işlədilir və rəng, forma, maket, şrift (“görünüş”) kimi elementlər də daxil olmaqla onun dizaynına, eləcə də düymələr, sahələr, menyular (“hiss”) kimi dinamik elementlərin hərəkətinə baxışı əks etdirir. Görünüş və hiss başqa məhsullara da aiddir. Məsələn, sənədlərdə o, qrafik düzənə (LAYOUT) (sənədin ölçülərinə, rənginə, şriftinə və s.) və yazı üslubuna aiddir. Əməliyyat sisteminin istifadəçi interfeysində görünüş və hiss iki başlıca məqsədə xidmət edir. Birincisi, o, brendinqi təmin edir, yəni bir şirkətin məhsullarını müəyyən etməyə kömək edir. İkincisi, istifadənin asanlığını təmin edir, çünki bir məhsulun iş prinsipi (görünüşü, oxunuşu və s.) ilə tanış olan istifadəçilər öz təcrübələrini eyni görünüş və hissə malik başqa məhsullarda da istifadə edə bilərlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hansel və Qretel
Hansel və Qretel (alm. Hänsel und Gretel‎ ) - ən məşhur alman xalq nağıllarından biri. İlk dəfə Qrimm qardaşları tərəfindən yazıya köçürülmüş və 1812-ci ildə çap edilmişdi. Nağılda bacı və qardaş hannibal bir cadugər tərəfindən oğurlanaraq meşənin dərinliklərində, yalnızca şirniyyat və konfetlərdən tikilmiş evə aparılırlar. İki uşaq şirniyyatdan, konfetlərdən doyunca yesələr də sonda cadugəri aldadaraq qaçmağı bacarırllar. Nağıl bir çox səhnə işlərinə, hekayələrə, musiqilərə uyğunlaşdırılmış və alman populyar mədəni həyatında böyük yer tutmuşdur. Nağıldakı çörək qırıntılarını izləyərək sona getmək detalı kompüter proqramlarında aktiv istifadə edilən çörək qırıntıları termininin yaranmasına səbəb olmuşdur.
Harut və Marut
Harut və Marut (ərəb. هاروت وماروتعدل‎) — Quranda adları çəkilən mələklər. Rəvayətə görə Harut və Marut sehrlə məşğul olur və insanlara sehrin sirrlərini öyrədirdilər. Harut və Marut adları Ərəbcə olmadığı irəli sürülür. Bu adların hansı dildən gəlməsi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzilərinə görə bu adlar Süryanicə, Ermənicə, Hindcə, Əcəmcə və Musəvicə olduğunu deyilsə, də əsas görüş bu adların Sami dilindən gəlməsidir. Bir sıra tədqiqatçılar bu adların ilk dəfə Zərdüştün kitabı olan Avestada HaurVatat və Ameratat şəkildə keçdiyini qeyd edirlər. Ümumiyyətlə İslam dinində bəhs olunan Harut və Marut adları İslamdan əvvəlki din və mədəniyyətlərdə də rastlanılır. Bunlara Şumer, Akkat, Zərdüştlük və Hinduizmi göstərə bilərik. Qurani-Kərimin Bəqərə surəsində bəhs olunan Harut və Marut adları keçmişdən günümüzə qədər mübahisəli bir mövzu olmuşdur.
Hava və iqlim
Səth örtüyü ilə qarşılıqlı təsir şəraitində, onda baş verən fiziki proseslərlə müəyyən olunan, bu və ya digər ərazi üzərində, həmin vaxtda atmosferin vəziyyətinə hava deyilir. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. İnsanın həyatı və təsərrüfat fəaliyyəti üçün ən əhəmiyyətli meteoroloji kəmiyyətlər aşağıdakılardır: torpağın temperaturu və rütubəti, havanın təzyiqi, havanın temperaturu və rütubəti, buludluluq, yağıntı, küləyin sürəti və istiqaməti. Çox zaman bu parametrlər hava kəmiyyətləri (parametrləri) də adlandırılır. Bu kəmiyyətlər qarşılıqlı əlaqədə olub bir birindən asılı olurlar. Hava üzərində aparılmış çoxillik müşahidələr, həmin ərazinin iqlimini müəyyən etməyə imkan verir. Həmin ərazidə günəş radiasiyası, atmosfer dövranı və səth örtüyündə baş verən fiziki hadisələrin qarşılıqlı təsiri nəticəsində yaranan və həmin ərazi üçün xarakterik olan hava rejimini yaradan atmosfer proseslərinin qanunauyğun ardıcıllığına iqlim deyilir. Günəş radiasiyası ən əhəmiyyətli iqlim əmələgətirən amildir. Belə ki, bu enerji hesabına atmosferdə olduqca müxtəlif fiziki proseslər baş verir.
Horas və Tina
Hugin və Munin
Huqin və Munin (q.skan. düşüncə və ağıl) — German-skandinav mifologiyasında Odinin bir cüt quzğunlarının adlarıdır. Hugin "düşünən" Munin isə "yadda saxlayan" deməkdir. Bu quzğunlar Midqard dünyasını uçub gəzərək baş verənlərdən Odini agah edirlər.