katarakt

katarakt
katar
kataraktlı
OBASTAN VİKİ
Katarakta
Katarakta və ya Mirvari suyu — göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyidir. Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta – "şəlalə" deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki "çirkli pəncərə" arxasından baxır. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, xalq arasında kataraktaya "Mirvari suyu" da deyilir. Katarakta yaşla bağlı yaranan xəstəlik olub, əsasən orta yaşdan yuxarı şəxslərdə rast gəlinsə də- yenidoğulmuşlarda, şəkərli diabet xəstələrində, göz nahiyyəsindən travma alan şəxslərdə, uzun müddət kortizolla müalicə alan xəstələrdə də yarana bilər. Əlamətləri: Görmənin tədricən zəifləməsi İşığa həssaslığın artması (gözlərin qamaşması) İkili görmə Oxumanın çətinləşməsi Gecə görmənin zəifləməsi Rəngləri solğun və ya sarımtıl görmə Göz önündə ləkələrin görünməsi Eynək nömrələrinin sürətlə dəyişməsi Bulanıqlığın büllurun hansı hissəsindən başlanmasından asılı olaraq klinikada bəzi dəyişikliklər ola bilər. Belə ki, bulanıqlıq büllurun mərkəzində yerləşdikdə (nüvə kataraktası) uzağı görmə zəifləyir, əşyalar dumanlı görünür. Belə xəstələr axşamlar gündüzə nisbətən daha yaxşı görür.

Digər lüğətlərdə