kessonçu 2021
keş-blok
OBASTAN VİKİ
Conni Keş
Conni Keş (R. J. R. Keş; 26 fevral 1932[…] – 12 sentyabr 2003[…], Neşvill) — amerikalı müğənni, gitaraçı, aktyor və yazıçıdır. O ümumilikdə 90 milyondan artıq disk satmaqla bütün zamanların ən çox satan musiqi ifaçılarından biri olmuşdur. ilk olaraq xatirələrə kantri ikonu kimi gəlsə də, onun Rok-n-roll, rockabilly, blüz, Blüz xalq və incil janrlarında musiqiləri var.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Keş yaddaş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
"SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı
"SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı — SSRİ Ali Sovetinin 13 iyul 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
60 il keşikdə (film, 1977)
60 il keşikdə qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1977-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Azərbaycanda 1920-ci ildə inqilabi qayda-qanunun qorunması üçün yaradılmış milisin keçdiyi tarixi yoldan bəhs edir. == Məzmun == Kinolent Azərbaycanda 1920-ci ildə inqilabi qayda-qanunun qorunması üçün yaradılmış milisin keçdiyi tarixi yoldan bəhs edir.
60 il keşikdə (film, 1981)
60 il keşikdə qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1981-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan milisinin 60 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə respublikamızda sovet milisinin yaranma tarixindən və ictimai qayda-qanunun keşiyində duranların bugünkü işlərindən danışılır. == Məzmun == Film Azərbaycan milisinin 60 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə respublikamızda sovet milisinin yaranma tarixindən və ictimai qayda-qanunun keşiyində duranların bugünkü işlərindən danışılır.
Alim Keşokov
Alim Keşokov (22 iyul (4 avqust) 1914, Terek vilayəti – 29 yanvar 2001, Moskva) — Sovet, kabardin əsilli şair, nasir. Kabardin-Balkar MSSR xalq şairi (1964). Sosialist Əməyi Qəhrəmanı (1990). 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Bioqrafiya == 9 iyul 1914-cü ildə Şaluşka kəndində (indiki Kabarda-Balkariya Respublikasının Çeqem rayonu) anadan olmuşdur. Atası Pşemaho Mirzabekoviç Keşokov (1876–1937) inqilabdan sonra kənd inqilab komitəsinin sədri, kolxoz təşkilatçısı, əvvəllər isə kənd müəllimi işləyib. Anası Kuoz Tliqurovna Keşokova olmuşdur (1897–1973). 1923-cü ildə atasının açdığı ikiillik kənd məktəbini (1924–1926) bitirmişdir. 1926–1928-ci illərdə kabardin ədəbiyyatının banisi Əli Şoqentsukovun dərs dediyi Baksan dairə kənd təsərrüfatı məktəbində (indiki Baksan "Aqro" peşə liseyi) oxumuşdur. Vladiqafqazda İkinci Şimali Qafqaz Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirdikdən sonra (1931–1935) kənd məktəblərində müəllimlər hazırlamaq üçün regional müəllimlər kurslarında kabardin dili və ədəbiyyatı müəllimi işləmişdir.
Cəfadarlar monastırı (Keşikçidağ)
Əzabkeşlər monastırı (gürc. წამებულის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Abidə, Azərbaycan ərazisindəki Udabno monastırından qərbdə, yüksək dağlıq yerdə inşa edilmişdir. Kilsənin şərq divarı dağılmışdır. Kilsənin girişindəki kərpic darvaza XVII əsrdə İmereti çarı II Arçil (1664-1675) tərəfindən inşa etdirilmişdir. Kilsənin tavanını bəzəyən freskalar üslub xüsusiyyətlərinə görə XI əsrə aid edilirlər. == Ədəbiyyat == ზ.
Cənub sərhədlərinin keşiyində (film, 1941)
Fəxri Keşikdə (1938)
Fəxri keşikdə (film, 1938)
Heydər Əliyev. Azərbaycan elminin keşiyində (kitab)
"Heydər Əliyev. Azərbaycan elminin keşiyində" — Heydər Əliyev irsinin arxiv materialları əsasında tərtib olunmuş ilk akademik nəşri. Topluya Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada elmin maddi-texniki bazasının və kadr potensialının inkişaf etdirilməsi, strukturu və təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətcə yaxşılaşdırılması, elmi tədqiqat mövzularının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar və proqramlar daxil edilmişdir. Topluda, həmçinin, Heydər Əliyevin həmin dövrdə Azərbaycanda elmin vəziyyəti və perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və başqa məsələlər barədə müxtəlif toplantılarda, forumlarda etdiyi çıxışlara da geniş yer verilmişdir. == Ümumi məlumat == Doğma Vətəninə iki dəfə: bir kommunist rejiminin hökmranlığı dövründə, 1969-1982-ci illərdə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində; bir də müstəqil Azərbaycan Respublikasının Prezidenti (1993-2003) kimi rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev tarixçi Yaqub Mahmudov tərəfindən bütün zamanların və bütün məkanların Böyük Azərbaycanlısı kimi qiymətləndirilmişdir. Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev Yeni Azərbaycanın Qurucusudur. O, bu quruculuğa hələ XX yüzilliyin 50-ci illərindən başlamışdır. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nəşri olan "Heydər Əliyev. Azərbaycan elminin keşiyində" sənədlər və materiallar toplusunun II cildinə Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ikinci dövründə (1993-2003) həyata keçirdiyi elm siyasəti ilə bağlı sənədlər və materiallar daxil edilmişdir.
Heydər Əliyev. Vətənin keşiyində (film, 2007)
Heydər Əliyev. Vətənin keşiyində — Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dövlət başçısı olduğu dövrdə öz ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində Azərbaycan naminə gördüyü işlərdən bəhs edən qısametrajlı sənədli film. == Məzmun == Portret filmində Azərbaycanın öz ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində ictimai-siyasi xadim Heydər Əliyevin gördüyü işlərdən söhbət açılır. Qeyd olunur ki, məhz onun səyi nəticəsində hələ 1971-ci ildə Azərbaycanda ilk hərbi lisey yaradıldı və bu liseydə azərbaycanlı uşaqlar təhsil alaraq, sonradan ölkənin ali hərbi məktəblərinə daxil olmaq, zabit peşəsinə yiyələnmək imkanı əldə etdilər. Bu gün Azərbaycan Ordusunun sıralarında vaxtı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmiş yüzlərlə zabit və general xidmət edir. Onların çoxu Qarabağ döyüşlərində böyük bacarıq və şücaət göstərmişlər. == Film haqqında == Filmdə Azərbaycan Respublikası Dövlət Kino-foto sənədlər arxivinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin arxiv materiallarından istifadə edilmişdir. Filmin titrlərində film heyətinin vəzifələri göstərilməyib.
Keşiş dağ məbədi
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Keşiş dağı
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Keşiş qızı
Keşiş qızı — ingilis yazıçı Corc Oruellin 1935-ci ildə yazdığı romandır. Bu, keşişin titulu qızı Dorothy Hare'nin hekayəsindən bəhs edir, onun amneziya tutması ilə həyatı alt-üst olur. Bu, Oruellin ən rəsmi eksperimental romanıdır, tamamilə dramatik formada yazılmış bir fəsildən ibarətdir, lakin o, heç vaxt bununla kifayətlənməyib və ölümündən sonra onun yenidən çap edilməməsi barədə göstərişlər verib. Bu göstərişlərə baxmayaraq, Orwell ölümündən sonra "varislərimə bir neçə funt qazandıra biləcək hər hansı kitabın" ucuz nəşrlərinin çapına razılıq verdi. == Fon == Oruell 1929-cu ilin dekabrında Parisdən qayıtdıqdan sonra növbəti beş il ərzində Southwolddakı valideynlərinin evindən istifadə etdi. Southwold şərq Suffolk sahilində kiçik bir əyalət şəhəridir. Ailə yerli icmada yaxşı qurulmuşdu və bir çox yerli insanlarla tanış oldu. Onun bacısı Avril şəhərdə çayxana işlədirdi. Sent Feliks Məktəbində idman zalı müəllimi və bir din xadiminin qızı olan Brenda Salkeld onun evlilik təklifini rədd etsə də, uzun illər onun işi ilə bağlı dost və daimi müxbir olaraq qalmalı idi. Rana Balaj Oruelldən repetitorluq edirdi, Orwell isə Southwold-da yazılar yazırdı və Londonda və onun ətrafında bir serseri kimi gizli ekspedisiyalarını davam etdirirdi.
Keşişkənd
Keşişkənd (Pəmbək) — Keşişkənd (şəhər) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd. Rayon mərkəzi. Keşişkənd rayonu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında rayon. Keşişkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqats) rayonunda kənd. Keşişkənd — Xocalı rayonu Qızıloba kəndinin keçmiş adı. Keşişkənd — Xocalı rayonu Təzəbinə kəndinin keçmiş adı. Keşişkənd — Gədəbəy rayonu Qoşabulaq kəndinin indiki ərazisində keçmiş kənd. Keşişkənd — Kəlbəcər rayonunda çay. Tərtər çayının sol qoludur.
Keşişkənd (Pəmbək)
Keşişkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Keşişköy kimi qeyd olunmuşdur 1935-ci ildə kənd ermənicə Qeharot adlandırılmışdır. XVIII əsrin əvvəllərində Nadirşah bu kəndi Eçmiadzin kilsəsinə bağışlamışdır. 1727-ci ilə aid mənbədə Dağlıq Qarabağda qeyd olunan Keşişkənd adı ilə mə’naca eynidir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
Keşişkənd (şəhər)
Yeğeqnadzor — Ermənistan Respublikasında, Başkənd çayı yaxınlığında şəhər, 1995-cil ildən Vayoc dzor mərzinin inzibati mərkəzi. Rəsmi olaraq 3 yanvar 1935-ci ilədək "Keşişkənd", 1935–1957-ci illərdə "Mikoyan", 1957-ci ildən (Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr, 1957-ci il tarixli fərmanı ilə) isə "Yeğeqnadzor" (erm. Եղեգնաձոր; erməni dilində mənası: "Qamışlı dərə") adlanır. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən "Yeğeqnadzor bələdiyyəsi"ni təşkil edir. Bələdiyyənin ərazisi 2.642 hektar və ya 0.2642 km²-dir. == Etimologiya == Dərələyəz mahalında heç kim bu qəsəbə adına Keşişkənd demirdi, hamı buna "Keşkənd" və ya "Keşkəndi" deyirdi. Toponim qədim türk dilində "keçid, bərə, körpü" mənasında işlənən keçiş (sözün birinci hecasındakı "ç" səsi, "ş" səsi ilə əvəzlənərək söz keşiş formasını alıb. Azərbaycan dilində ç→ş səs əvəzlənməsi qanunauyğun haldır) sözü ilə, türk dilində "şəhər", "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Tarixi == "Keşişkənd" adı 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində toponim kimi qeyd edilmişdir.
Keşişkənd rayonu
Keşişkənd rayonu, Mikoyan rayonu, Yeğeqnadzor rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. Mərkəzi Keşişkənd şəhəridir. == Tarixi == 1931-ci il oktyabrın 15-də yaradılıb. 1935-ci il yanvarın 3-nə kimi Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın 6-na kimi Mikoyan rayonu, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılıb. Ərazisi 1134 kv km-dir. Rayon mərkəzi Keşişkənddir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir. Keşişkənd rayonunu Göyçə mahalından Səlim kəndi ayırır. Rayon ərazisindən Arpa və Herher çayları axır. Bir tərəfdən Basarkeçər yaylağı, digər tərəfdən isə Dərələyəz dağ silsiləsi ilə əhatələnmişdir.
Keşişqışlağı (Xudafərin)
Keşişqışlağı (fars. کشیش قشلاقی‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 12 nəfər yaşayır (5 ailə).
Keşiştəpə
Keşiştəpə — Laçın rayonu ərazisinin şimalında dağ. Şəlvə kəndindən Şərqdə yerləşir. Hündürlüyü 2292 m. Oronim keşiş (xristian ruhanisi) və təpə komponentlərindən düzəlib, ərazidəki keşiş komponentli yaşayış məntəqələrinin adı ilə bağlı yaranmışdır.
Keşişverən
Keşişverən — İrəvan xanlığının Vedibasar mahalında, İrəvan quberniyasının İrəvan qəzasında, Sonra Vedi (Ararat) rayonunda indiki Ararat mərzində kənd. == Tarixi == Rayon mərkəzindən 34 km məsafədə, dərədə, Çanaxçı çayının sağ axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim türk dilində "yaşayış məntəqəsi, qəsəbə" mənasında işlənən keş sözü ilə qədim türk dilində "xarablıq, uçulmuş divar" mənasında işlənən örən sözünün sinonimi olan viran sözünün birləşməsindən əmələ gəlmişdir. "Veran", "viran" sözünün dialekt variantıdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.1728-ci ilə aid arxiv mənbəyində "Keşiş vİranı" kimidir. Əsli Keşiş viranəsi. (170, 15). Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilərək Urtsalanc qoyulmuşdur.
Keşkavıc (Salmas)
Keşkavıc (fars. كشكاويج‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər. yaşayır (57 ailə).
Keşkek
Keşkek — Qərbi Anadolu, Trakya, Şərqi Anadolu və Orta Anadoluda gündəlik və toy mərasimlərində bişirilən yeməkdir. == Tərkibi == Əsasən keşkek yarma, buğda və ətdən hazırlanır. == UNESCO == 2011-ci ildə İndoneziyanın Balı bölgəsində keçirilən 6-cı UNESCO-nun iclasında keşkek Türkiyənin Maddi və mənəvi irsinə daxil edilmişdir. Bundan başqa Merzifon bələdiyyəsi Türk patent və makrası olaraq ona coğrafi məkan adınında əlavə edilməsini irəli sürdü. Beləliklə, 2015-ci ildə artıq keşkek deyil "Merzifon keşkek" i kimi ədəbiyyata daxil edildi. == Yayıldığı ərazilər == Keşkek yeməyi xüsusilə Amasya, Sivas, Manisa, Çanaqqala, Ədirnə, Keşan, Balıkəsir, Kandıra, Sinop, Tokat, Muş, Samsun, Ordu, Çankırı, Dənizli, İzmir, Uşak, Aydın, Muğla, Afyonqarahisar, Çorum, Yozğad, Karabük, Ağrı ve Antalya kimi şəhərlərdə bişirilir və yeyilir. Anadoluda xüsusən toylarda yemək bişirilir. == Bişirilmə qaydası == Toydan bir gün əvvəl buğda isladılır, toy günü qazanda qayandılaraq bişirilir. Qaynadılan buğda və ətlər qazanın içində əzilir ki, tamamilə həll olsun və bir-birinə qarışaraq bişsin. Aşbazlar onun tam həll olunaraq bişməsinə xüsusi nəzarət edirlər.
Keşkü
Köşkü — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Keşkü Göygöl r-nunun Aşıqlı i.ə.v.-də kənd. Sarıyal dağının ətəyindədir. Əslinin Köşkü olması ehtimal edilir. Yaşayış məntəqəsi keçmişdə yaylaq köçlərinin dayanacaq yerində salınmışdır. Oykonim köçkü sözündən olub, "köç yeri, müvəqqəti dayanacaq" mənasındadır == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır.
Keşlə
Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur.

Digər lüğətlərdə