keramit
keramzit-beton
OBASTAN VİKİ
Keramzit
Keramzit (yun. keramos — gil) — məsaməli, yüngül və dənəvərləşdirilmiş tikinti materialı. Asanəriyən gilli süxurları köpüb həcmini artırana qədər bişirdikdə (1100–1200°S) alınır. Çınqıl (dənələri 5–40 mm) və qum (dənələri 5 mm-dən kiçik) şəklində buraxılır. Yüngül beton doldurucusu, bəzən isə bina konstruksiyalarında səs və istilik izolyasiya materialı kimi işlədilir.

Digər lüğətlərdə