KEŞİŞ

сущ. кешиш (христиан динда руьгьанидин чин ва а чин авай руьгьани).
KEŞİKXANA
KEŞİŞLİK
OBASTAN VİKİ
Keşiş
Keşiş — Xristianlıqda evlənməmiş, monastrda yaşayan rahib və ya rahibə. == Haqqında == Rahib sözünün kökü ərəb və fars dillərinə əsaslanır. Rahiblər aralarında xristianlığın ən sıx formasını yaşamağa çalışan, bunun üçün ayrılığa gedib günlərlə ilahi düşüncə ilə məşğul olan, monastırda yaşayan və həyatlarını xristianlığa uyğun şəkildə nizamlayan insanlardırlar. Köhnə dildə monastırlara "keşişxana" deyilirdi. Bunlar Franciskan, Dominikan, cizvit rahibləri kimi təriqətlərə görə bölünürdülər. Rahiblik özünü tərki-dünya etmək deməkdir. Rahiblər düşüncə ilə dünyadan uzaq bir həyat sürdükləri monastırda yaşayırlar. İçki içmirlər, oruc tuturlar və cinsi həyatdan uzaq dururlar. Fərdi rahibliklə qrup şəklində edilən rahiblik fərqlidir. Məsələn, İslamda hamı ramazan ayında oruc tutur.
Keşiş Yulian
Keşiş Yulian (lat. Iulianus Hungarus OP, mac. Julianus barát) — 1230-cu illərdə Macarların ana vətəni olan Böyük Macarıstanın (Magna Hungaria) axtarışı üçün şərqə iki dəfə səfər edən macar Dominikan keşişi. Yuliandan əvvəl, güman ki, 1231-1232-ci illərdə "hələ də inamsızlığın aldadıcı təsiri altında qalan" şərqi Macarları axtarmaq üçün dörd macar dominikanı göndərilmişdir. Yulian axtarış məqsədilə 1235-ci ildə ölkəni tərk etmişdi. Uzaq məsafə qət etdikdən sonra Keşiş Yulian İdil bulqarlarının paytaxtına çatmışdı. Burada ona deyilmişdi ki,macarlar sadəcə iki günlük səfər boyunca burada yaşamışdılar. Yulian onları tapdı və işğala məruz qalmış və Pannoniyada məskunlaşmış macarlarla Başqırdıstanda tapılan macarlar arasında bölünmədən bu yana ən az 300-400 il keçməsinə baxmayaraq, dilləri qarşılıqlı olaraq başa düşülən olduğundan onlarla ünsiyyət qura bildi. Yulian qədim ölkəni Böyük Macarıstan adlandırdı. O, burada şərqi macarlar və bulqarların düşməni olan tatarlar haqqında məsələlərdən xəbərdar oldu.
Keşiş dağı
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Keşiş qızı
Keşiş qızı — ingilis yazıçı Corc Oruellin 1935-ci ildə yazdığı romandır. Bu, keşişin titulu qızı Dorothy Hare'nin hekayəsindən bəhs edir, onun amneziya tutması ilə həyatı alt-üst olur. Bu, Oruellin ən rəsmi eksperimental romanıdır, tamamilə dramatik formada yazılmış bir fəsildən ibarətdir, lakin o, heç vaxt bununla kifayətlənməyib və ölümündən sonra onun yenidən çap edilməməsi barədə göstərişlər verib. Bu göstərişlərə baxmayaraq, Orwell ölümündən sonra "varislərimə bir neçə funt qazandıra biləcək hər hansı kitabın" ucuz nəşrlərinin çapına razılıq verdi. == Fon == Oruell 1929-cu ilin dekabrında Parisdən qayıtdıqdan sonra növbəti beş il ərzində Southwolddakı valideynlərinin evindən istifadə etdi. Southwold şərq Suffolk sahilində kiçik bir əyalət şəhəridir. Ailə yerli icmada yaxşı qurulmuşdu və bir çox yerli insanlarla tanış oldu. Onun bacısı Avril şəhərdə çayxana işlədirdi. Sent Feliks Məktəbində idman zalı müəllimi və bir din xadiminin qızı olan Brenda Salkeld onun evlilik təklifini rədd etsə də, uzun illər onun işi ilə bağlı dost və daimi müxbir olaraq qalmalı idi. Rana Balaj Oruelldən repetitorluq edirdi, Orwell isə Southwold-da yazılar yazırdı və Londonda və onun ətrafında bir serseri kimi gizli ekspedisiyalarını davam etdirirdi.
Qara keşiş
Qara keşiş — keşişin qədim zamanlardan Şəkidə yaşayan qıpçaqlarınalbanların keşişi olduğu bildirilir. Şəki rayonunun Kiş kəndi ərazisində "Kiş kilsəsi" yerləşir. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Aftokefal apostol kilsəsi olub (Автокефальная апостольская церковь). Qara keşiş haqqında ilk dəfə Kərim Ağa Fatehin "Şəki xanlarının müxtəsər tarixi" kitabında rast gəlinir. Orada deyilir: Noxuda bir keşiş varmış, amma nə tarixdə olduğu məlum deyildir, adına Qara keşiş deyərlərmiş. Noxuda böyük imiş. Və bir keşiş də Kiş kəndində böyük imiş. Qara keşiş Kişdəki keşişin qızını oğluna istər ki ala. Kişdəki keşiş deyər ki, mənim qızım ağ su ilə pərvəriş tapıbdır, qara su olan yerə qızımı vermərəm.
Keşiş dağ məbədi
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Qara Keşiş nəsli
Qara keşiş nəsli — 19-cu əsrdə tərtib olunmuş Şəki xanlarının nəsil şəcərələrində Şəki xanlarının soy kökü ənənəvi olaraq Qıpçaq olan Qara keşişə aparılıb çıxarılmış və Qara Keşişin oğlu Candarın 1444-cü ildə islam dinini qəbul edərək Şəki xanı olması göstərilmişdir. Lakin bu şəcərələrdə adları çəkilən ilk 4 nəfərin (Qara keşiş, Əlican xan, Qutul xan və Zəki xanın) adlarına digər tarixi ədəbiyyatda təsadüf edilmir. Əvəzində Həsən bəy Rumlu, Əli inaq və Əbdülqafar adlı Şəki hakimlərinin, bir ermənicə mənbə isə Şah Hüseyn adlı Şəki hakiminin adını çəkir. İsgəndər bəy Münşi isə Həsən sultanın Şirvanşahlar xanədanından olduğunu vurğulayır.
Qriqori Petrov (keşiş)
Qriqori Petrov (rus. Григорий Спиридонович Петров; 26 yanvar (7 fevral) 1866 – 18 iyun 1925, Münxen və ya Paris) — rus rahib, yazıçı və jurnalist. XX əsrin əvvəllərində Rusiya imperiyasında ən tanınmış din xadimlərindən və yazıçılardan biri kimi məşhurlaşmışdır. Fərqli fikirlərinə görə kilsədən qovulmuş, rahiblik həyatı başa çatdıqdan sonra bütün fəaliyyətini ədəbiyyata həsr etmişdir. Petrov eyni zamanda kütlələr qarşısındakı etdiyi çıxışları ilə də tanınmışdır. Oktyabr inqilabının baş verməsindən sonra ölkədən qaçmaq məcburiyyətində qalmışdır. Yuqoslaviya Krallığında keçirdiyi həyatının son illərində bir çox əsər qələmə almışdır. Əsərlərində olan fikirlər səbəbindən bir çox kitabı SSRİ-də qadağan edilməsinə baxmayaraq, həmin dövrlərdə yeni-yeni təşəkkül tapan Bolqarıstan və Türkiyə kimi dövlətlərdə böyük maraqla qarşılanmışdır. Ağ Zanbaqlar Ölkəsində əsəri yazıçının ən məşhur əsərlərindən biridir. Əsərdə yazıçının Finlandiyada yaşadığı illərdə ki, təcrübələri qələmə alınmışdır.
Moisey Xorenatsi anonim keşiş müəllifdir (kitab)
Keşişkənd
Keşişkənd (Pəmbək) — Keşişkənd (şəhər) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd. Rayon mərkəzi. Keşişkənd rayonu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında rayon. Keşişkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqats) rayonunda kənd. Keşişkənd — Xocalı rayonu Qızıloba kəndinin keçmiş adı. Keşişkənd — Xocalı rayonu Təzəbinə kəndinin keçmiş adı. Keşişkənd — Gədəbəy rayonu Qoşabulaq kəndinin indiki ərazisində keçmiş kənd. Keşişkənd — Kəlbəcər rayonunda çay. Tərtər çayının sol qoludur.
Keşişkənd (Pəmbək)
Keşişkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Keşişköy kimi qeyd olunmuşdur 1935-ci ildə kənd ermənicə Qeharot adlandırılmışdır. XVIII əsrin əvvəllərində Nadirşah bu kəndi Eçmiadzin kilsəsinə bağışlamışdır. 1727-ci ilə aid mənbədə Dağlıq Qarabağda qeyd olunan Keşişkənd adı ilə mə’naca eynidir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
Keşişkənd (şəhər)
Yeğeqnadzor — Ermənistan Respublikasında, Başkənd çayı yaxınlığında şəhər, 1995-cil ildən Vayoc dzor mərzinin inzibati mərkəzi. Rəsmi olaraq 3 yanvar 1935-ci ilədək "Keşişkənd", 1935–1957-ci illərdə "Mikoyan", 1957-ci ildən (Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr, 1957-ci il tarixli fərmanı ilə) isə "Yeğeqnadzor" (erm. Եղեգնաձոր; erməni dilində mənası: "Qamışlı dərə") adlanır. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən "Yeğeqnadzor bələdiyyəsi"ni təşkil edir. Bələdiyyənin ərazisi 2.642 hektar və ya 0.2642 km²-dir. == Etimologiya == Dərələyəz mahalında heç kim bu qəsəbə adına Keşişkənd demirdi, hamı buna "Keşkənd" və ya "Keşkəndi" deyirdi. Toponim qədim türk dilində "keçid, bərə, körpü" mənasında işlənən keçiş (sözün birinci hecasındakı "ç" səsi, "ş" səsi ilə əvəzlənərək söz keşiş formasını alıb. Azərbaycan dilində ç→ş səs əvəzlənməsi qanunauyğun haldır) sözü ilə, türk dilində "şəhər", "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Tarixi == "Keşişkənd" adı 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində toponim kimi qeyd edilmişdir.
Keşişkənd rayonu
Keşişkənd rayonu, Mikoyan rayonu, Yeğeqnadzor rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. Mərkəzi Keşişkənd şəhəridir. == Tarixi == 1931-ci il oktyabrın 15-də yaradılıb. 1935-ci il yanvarın 3-nə kimi Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın 6-na kimi Mikoyan rayonu, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılıb. Ərazisi 1134 kv km-dir. Rayon mərkəzi Keşişkənddir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir. Keşişkənd rayonunu Göyçə mahalından Səlim kəndi ayırır. Rayon ərazisindən Arpa və Herher çayları axır. Bir tərəfdən Basarkeçər yaylağı, digər tərəfdən isə Dərələyəz dağ silsiləsi ilə əhatələnmişdir.
Keşişqışlağı (Xudafərin)
Keşişqışlağı (fars. کشیش قشلاقی‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 12 nəfər yaşayır (5 ailə).
Keşiştəpə
Keşiştəpə — Laçın rayonu ərazisinin şimalında dağ. Şəlvə kəndindən Şərqdə yerləşir. Hündürlüyü 2292 m. Oronim keşiş (xristian ruhanisi) və təpə komponentlərindən düzəlib, ərazidəki keşiş komponentli yaşayış məntəqələrinin adı ilə bağlı yaranmışdır.
Keşişverən
Keşişverən — İrəvan xanlığının Vedibasar mahalında, İrəvan quberniyasının İrəvan qəzasında, Sonra Vedi (Ararat) rayonunda indiki Ararat mərzində kənd. == Tarixi == Rayon mərkəzindən 34 km məsafədə, dərədə, Çanaxçı çayının sağ axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim türk dilində "yaşayış məntəqəsi, qəsəbə" mənasında işlənən keş sözü ilə qədim türk dilində "xarablıq, uçulmuş divar" mənasında işlənən örən sözünün sinonimi olan viran sözünün birləşməsindən əmələ gəlmişdir. "Veran", "viran" sözünün dialekt variantıdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.1728-ci ilə aid arxiv mənbəyində "Keşiş vİranı" kimidir. Əsli Keşiş viranəsi. (170, 15). Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilərək Urtsalanc qoyulmuşdur.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)
Ortakənd (Keşişkənd)
Ortakənd — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 2 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Başkəndçayın sahilində yerləşir. Toponim Azərbaycan dilində "iki obyektin arası" mənasında işlənən orta sözü ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qladzor (Qaladərəsi) qoyulmuşdur. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828–1830-cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 17 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır.
Qabaxlı (Keşişkənd)
Qabaxlı, Canı-Qabaxlı, Aşağı Canı — keçmiş Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Toponim türk Qabaq tayfasının adına, mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "qabaq tayfasına mənsub yer, kənd" mənasını bildirir. F.Kırzıoğlu göstərir ki, yayı hazırkı Ermənistanda, qışı Qarabağda keçirən türk tayfalarından biri qabaq adlanırdı. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1988-ci ilədək azərbaycanlılar yaşamış, azərbaycanlı əhalinin deportasiyasından sonra bura Qarabağdan köçmüş ermənilər yeləşdirilmişdir. 1990-cı illərdə kəndin adı Qoğtanik olaraq dəyişdirilmişdir. Hazırda Qoğtanik kəndi keçmiş Keşişkənd və Soylan rayonlarının ərazisi hesabına təşkil edilmiş Vayoc dzor mərzində (erm.

Digər lüğətlərdə