Kiməklər
Kiməklər və ya Yeməklər, (Çincə: 基马克 veya 基馬克, jīmǎkè) — İrtış çayı sahilləri və Altay dağları arasında VIII əsrdə müxtəlif boylarla birlikdə ittifaq dövləti içində yaşamış türk boyu. VIII əsrdə müstəqil olmuş, X əsrdə kitanların hücumundan sonra Ural dağlarının cənubuna köç etmişlər. XI əsrdə Asiyanın şərqindən qərbinə davamlı köç etdiklərinə görə boy birliyinə əsaslanan quruluşları dağılmışdır. Birlikləri dağılandan sonra qıpçaqlara tabe olmuşlar.
Bu zamana qədər, Kiməklərin monqol əsilli olduğu əsas götürülürdü. Aparılan araşdırmalar sonucu Kiməklərin də Türk kökenli olduğu sonucuna gəlindi. Qıpçaqların Kiməklərin davamı olduğu bilinir.
Kiməklər işk, lanikaz, əclad, eymur, bayandur, tatar, qıpçaq tayfalarına ayrılırdılar..
Orta çağa bağlı Çin coğrafyacılardan Yemək (Kimək), ayrıca Chumuhun və Üeban (Yūēban) kimi etnik grupların kim olduqları bilinmirdi, Ərəb və Fars coğrafyacıları; bütün bu adların Yemək (Kimək) boyu olduğunu yazmışdılar.. Uyğur dönəmində, Çu boylarının içində əsas boyu olan Yeməkləri (Kimək) Ərəb və Fars qaynaqlarından tanınmışdılar.