kinoaktyor

is. acteur m de cinéma

kinoaktrisa
kinoaparat
OBASTAN VİKİ
Kinoaktyor
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
ABŞ Kinoaktyorlar Gildiyası
ABŞ Kinoaktyorlar Gildiyası 100.000-dən artıq film,televiziya aktyorları və arxa plan ifaçılarını təmsil eləyən işçi birliyi idi. 2008-ci ildə Gildiya üzvləri səs çoxluğu ilə Amerika Tv. və Radio Sənətçiləri Federasiyası ilə birləşmək qərarına gəldi və AKG-ATRSF-nı yaradıldı. == Yaranma Səbəbləri == 1930-cu illər , aktyorların çətin iş şəraitləri-falisəsiz işləməyə məcbur edilmələri,iş saatının uzunluğu,şəxsi və siyasi qərarlarına belə qarışılması,uzunmüddətli müqavilələr imzaladıqları üçün etiraz edə bilməmələri və prodüserlərin hansı rolla çıxış etmələrinə qərar verməsi bu birliyin yaradılması üçün başlıca səbəblər oldu. === Yaranması === 1933-cü ildə birliyin əsası qoyuldu.Kinostudiyalarla ABŞ Kinoaktyorlar Gildiyası arasında ilk müqavilə 1937-ci ildə imzalandı,bununla da aktyorlar bir neçə hüquqa yiyələndilər. Ancaq yenə də aktyorlar kinostudiyaların "mülkü" sayılırdılar. Bu məqamda kömək artıq studiyaların mütləq güc olmasını qəbul etməyən Bett Deyvis və Oliviya de Hevillenddən gəldi. Warner Bros.un onu oynamağa məcbur etdiyi uyğunsuz rollardan bezən Bett Deyvis etiraz etdi və maaşı belə verilmədən işindən uzaqlaşdırıldı. Warner Bros. onun başqa studiyalarda işləməkdən məhrum edilməsi üçün məhkəməyə müraciət etdi ,o da öz növbəsində Warner Bros.u məhkəməyə versə də uduzdu.

Digər lüğətlərdə

боти́нок вымета́ться неви́данно парши́вец унаво́зить хвои́ться алты́нный барра́ж внеатмосфе́рный вту́лка выпада́ние искра́шиваться повели́тельное наклонение похристо́соваться размельчи́ть холестери́новый чёртушка совет backwoods muck in practile иерихонский кряхтенье обмозговать прельститься