Kinqstaun
kinli
OBASTAN VİKİ
Kinqston
Kinqston (boro) Kinqston (Yamayka) — Yamaykanın paytaxtı. Kinqston (Norfolk adası) — Norfolk adasının paytaxtı. == Həmçinin bax == Kinqston-apon-Hall — Böyük Britaniyada şəhər.
Kinqston (Ontario)
Kinqston (ing. Kingston) — Kanadanın cənubunda yerləşən Ontario əyalətində şəhər. Əhalisi 123.000 nəfər (2011), şəhərətrafı ərazilərlə — 160.000. Ontario gölünün şimal-şərq sahilində, Müqəddəs Lavrentiya çayının başında liman. Yaxınlıqda Min Adalar arxipelaqı yerləşir. Bəzən Kinqston bu yerli materialdan tikilmiş çoxsaylı binalara görə Əhəngdaşı Şəhəri (“Limestone City”) adlanır. Şəhərin mərkəzi hissəsi şərqdə Katarakvi (Cataraqui) və qərbdə Kiçik Katarakvi (Little Cataraqui Creek) çayları arasında yerləşir. Frontenakın (Frontenac) inzibati mərkəzi. == Tarixi == XVII əsrdə müasir Kinqstonun yerində hind qəsəbəsi var idi; 1673-cü ildə Fort-Frontenak La Salem tərəfindən təsis edilmişdir. Yeddi illik müharibə zamanı ingilislər tərəfindən əsir götürüldü.
Kinqston (Yamayka)
Kinqston (Kingston) — Yamaykanın paytaxtı və əsas portu. Karib dənizində yerləşir, əhalisi 580 min nəfərdir. Kinqston Karib regionunda ən böyük ingilisdilli şəhərdir. 1693-ci ildə Böyük Britaniya tərəfindən salınıb, 1872-ci ildən Yamaykanın inzibati mərkəzi idi.
Kinqston-apon-Hall
Kinqston-apon-Hall — Böyük Britaniyada, İngiltərədə şəhər.
Kinqston (Norfolk adası)
Kinqston (ing. Kingston) — Avstraliyanın xarici ərazisi olan Norfolk adasının paytaxtı. Yaşayış məntəqəsi həbsxana kimi 6 mart 1788-ci ildə leytenant Filip Gidley və 22 ingilis məskunu ( onlardan 15-i dustaq idi: 9 kişi və 6 qadın) tərəfindən salınıb.

Digər lüğətlərdə

бесцензу́рный борьба́ в обни́мку за́говор заче́м изнури́тельно образу́мливаться персо́на нон гра́та пунцо́во толчки́ аммиа́чный зло́тый кише́ть раскра́ситься распелена́ть ружьё смори́ть чёсаный apportionment carbon star decinormal hajji iconograph перебор реформист