“Kiu” Planı

özlərinin gələcək pensiya təminatı üçün kiçik firmalar və fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaradılan pensiya planı.
Kirayə Müqaviləsi
Klan
OBASTAN VİKİ
Barbarossa planı
Barbarossa əməliyyatı (alm. Unternehmen Barbarossa) — İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə (alm. Blitzkrieg) planı. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdür. Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı. Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu. == Barbarossa planı == Barbarossa planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hucum üçün Almaniya və onun müttəfiqlərinin 190 diviziyası(o cümlədən 19 tank və 14 mühərrikli diviziya)cəmləşdirilmişdi. Onları dörd hava donanması, eləcə də Rumıniya və Finlandiya aviasiyası dəstəkləyirdi.
Daues planı
Daues planı — Alman məsələsində konstruktiv dialoqa dönüş Rur böhranının sona çatması və ABŞ iqtisadçısı general Çarls Dauesin rəhbərliyi ilə beynəlxalq komissiyanın yaradılması oldu. Komissiya təzminat məsələsində 2 ekspert komitəsi yaratmaq haqqında qərar qəbul etdi: Birinci komitə alman markasının sabitləşdirilməsi və büdcənin sağlamlaşdırılması ilə məşğul olmalı idi. İkinci komitə Almaniyadan xaricə çıxarılan kapitalı geri qaytarmaq üçün mümkün olan vasitələri araşdırmalı idi. Ekspertlər komitəsinin iclasları 1924-cü ilin yanvarın 14-dən aprelin 9-a qədər London şəhərində keçirildi. Birinci ekspertlər komitəsinin sədri Daues seçildi. Komitənin başlıca vəzifəsi təzminatla bağlı məsələyə dair tövsiyələr vermək idi. Müzakirələr nəticəsində belə bir qənaətə gəldilər ki, Almaniyanın təzminat ödəmək qabiliyyətinin bərpası üçün işğal edilmiş ərazilər iqtisadi və maliyyə cəhətdən yenidən ölkəyə birləşdirilməli və Almaniyaya beynəlxalq istiqrazlar verilməlidir. Burada təqdim olunan ekspertlərin məruzəsi "Daues planı" adlandırıldı. Bu plan 3 hissədən ibarət idi: 1. Ekspertlərin nəticələri və komitənin mövqeləri.
Gertruda planı
Gertruda, Gertrude və ya Gertrud, Nasist Almaniyasının Türkiyəni işğal etmək planlarında istifadə olunan kod adıdır və fikir 1942-ci ilin yayının əvvəllərində formalaşmağa başlamışdı. Bu kod adı sonradan dəyişdirildi. Qırmızı Ordunun Qafqazdakı hücum hərəkətləri və müttəfiqlərin Siciliyadakı əməliyyatları səbəbindən bu fikirdən imtina edildi. Şərq regionları nazirliyindən tapılan sənədlərə görə Nasist liderləri, gec-tez türkçülük və Azərbaycanın Türkiyə ilə birləşməsinin Almaniyaya təhlükə yaradacağını bilirdilər. “Böyük Turan” adı ilə Azərbaycan və Türkiyənin birləşməsi 1942 və 1943-cü illərdə nasist liderləri tərəfindən müəyyənləşdirildi. Birləşmiş Ermənistan ideyası türklərin Qafqazdakı istəklərinə qarşı tarazlaşdırıcı bir fikir ola bilərdi. Müstəqil Qafqaz Hərəkatı ermənilərin müstəqillik tələblərini qeyd etmişdi. Bəzi iddialara görə, bu Adolf Hitler tərəfindən bu ideya təklif edilmiş və təsdiq edilmişdir.
Madaqaskar planı
Madaqaskar planı — Üçüncü Reyx tərəfindən təklif edilən köçürmə planı. Plana əsasən Avropada yaşayan yəhudi toplumu Madaqaskar adasına yerləşdirilməli idi. == Arxa plan == Avropalı yəhudilərin Madaqaskar adasına köçürülməsi ilə bağlı fikirlər daha əvvəlcədən də mövcud olmuşdur. Fikir ilk dəfə 1885-ci ildə antisemitist düşüncələri ilə bilinən Paul de Laqarde tərəfindən təklif edilmişdir. 1920-ci ildə dönəmin aktiv siyasi və ictiami xadimlərindən olan Henri Hamilton, Arnold Le və digərləri Madaqaskar planı planını yenidən gündəmə gətirmişdir. Madaqaskar planından öncə XX əsrin əvvəllərində Avropada yaşayan yəhudi toplumuna Uqanda planı adlı layihə təklif edilir. Plana əsasən yəhudi əhalisi indiki Keniya ərazilərində yerləşən Mau platasına köçürülməli idi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Madaqaskar dünya yəhudilərinin toplana biləcəyi və monoetnik dövlət quracağı ən potensiallı yer sayılırdı. Müharibə ərəfəsində bu ideyanı yenidən gündəmə gətirən nasist liderlər Adolf Hitlerin də razılığını ala bilmişdi.
Marşal planı
Marşal planı — Qərbi Avropaya xarici yardım göstərmək üçün 1948-ci ildə qəbul edilmiş Amerika təşəbbüsü. ABŞ İkinci Dünya müharibəsinin bitməsindən sonra Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramları çərçivəsində 13,3 milyard dollar (2023-cü ildə 173 milyard dollara bərabər) yardım edib. Morgentau planını əvəz edərək 3 aprel 1948-ci ildən başlayaraq dörd il fəaliyyət göstərdi. Lakin 1951-ci ildə Qarşılıqlı Təhlükəsizlik Aktı ilə əvəz olundu. ABŞ-nin məqsədləri müharibə zamanı dağılmış bölgələri bərpa etmək, ticarət maneələrini aradan qaldırmaq, sənayeni modernləşdirmək, Avropanın rifahını yaxşılaşdırmaq və kommunizmin yayılmasının qarşısını almaq idi. Marşal planı dövlətlərarası maneələrin azaldılmasını və Avropa qitəsinin iqtisadi inteqrasiyasını təklif edir, eyni zamanda məhsuldarlığın artırılmasını və müasir biznes prosedurlarının qəbulunu təşviq edirdi.
Mauntbetten planı
Mauntbetten planı — Böyük Britaniyanın mütəmləkəsi olan Hindistanın iki dominiona (Hindistan İttifaqı və Pakistan) bölünməsi planı. == Tarixi zərurət == Hindistanda müstəmləkə zülmünə qarşı mübarizə İkinci Dünya müharibəsindən sonra daha geniş vüsət aldı. Böyük Britaniya İkinci dünya müharibəsindən sonra nəinki böyük dövlət statusuna iddia edə bilirdi, hətta beynəlxalq siyasətdə ciddi rolu görünmürdü, nəhəng imperiya statusundan imtina edərək kiçik tərəfdaş rolunu oynayırdı. Hərbi-iqtisadi baxımdan Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətə düşən İngiltərə Hindistan da daxil olmaqla dünyanın müxtəlif bölgələrində öz iqtisadi maraqlarından Vaşinqtonun xeyrinə imtina etdi. İngiltərədə 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində qalib gələn leyboristlər konservatorlardan fərqli olaraq "Hindistandan getməyin vacibliyi, qaçılmazlığı", "qalmaq üçün getmək" siaysətinin zəruriliyini daha aydın əkildə dərk edirdilər. Liberal tendensiya Hindistanın bütövlüyünü saxlamaq, ideya baxımdan leyboristlərə yaxın olan HMK-ya önəmli hakimiyyət funksiyaları ötürməyə üstünlük verirdi. İngilislərin əlində zəiflədilmiş mərkəzi hakimiyyətin qalması onları Hindistanın bütövlüyünün qarantına çevirirdi, eyni zamanda siyasi elitanın diqqətini, enerjisini yerli problemlərin həllinə yönəldirdi. Hindistanın regional, konfessional, adminstrativ-siyasi əsaslara görə parçalanması müstəmləkəçilərin əsas siyasi xətti idi. Leyborist hökumətinin lord Petik-Lourens missiyası Hindistanın vahidliyini təmin etmək, İngiltərə ilə sıx əlaqələrini təmin etməyə çalışırdı. Londonda 1946-cı il may ayının 16-da açıqlanan "bütövlük planı" Konstitusiya Assambleyasının fəaliyyətini nəzərdə tutur, məhz liberaların baxışlarını əks etdirirdi.
Uqanda planı
Uqanda planı — Şərqi Afrika Britaniyası torpaqlarının bir qismini yəhudilərə verilməsini özündə birləşdirən plan. Plana əsasən yəhudilərə öz dövlətlərini yaratmaqları üçün geniş ərazilər verilməli idi. Təklif ilk dəfə 1903-cü ildə Böyük Britaniyanın müstəmləkələrlə bağlı məsələləri ilə məşğul olan Yozef Çemberlin tərəfindən sioinst lider Teodor Hertsla edildi. Plan indiki Keniya ərazisində yerləşən Mau platasında 13.000 km² ərazinin yəhudilərə verilməsini təklif edirdi. Uqanda planı Rusiya imperiyası ərazisində yaşanmış yəhudi qətliamlarına cavab olaraq hazırlanmışdı və yəhudilərin planı qəbul edəcəyi gözlənilirdi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Bir qrup təklifin qəbul ediləcəyi halda Fələstin ərazilərində yeni bir yəhudi dövlətinin yaradılmasının mümkün olmayacağını müdafiə edirdi. Yekunda 299 nəfərdən 177 nəfəri plana müsbət cavab verdilər. Növbəti il üç nəfərdən təşkil olunmuş qrup ərazinin öyrənilməsi üçün Keniyaya yola salındı. Ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, ərazinin digər Afrika bölgələrinə nəzarən daha çox məhsuldar olması kimi səbəblər qrupda müsbət fikir yaratmışdı.
Yunq planı
Yunq planı — Birinci dünya müharibəsində məğlub olmuş Almaniya üçün təzminat planı.1929-cu ilin avqustunda yazılmış və rəsmi olaraq 1930-cu ildə qəbul edilmişdir. O, amerikalı sənayeçi Owen Yunqin rəhbərlik etdiyi komitə (1929-30) tərəfindən təqdim edilmişdir. Yunq, Amerika Radio Korporasiyasının (RCA) qurucusu və keçmiş sədri, o zaman Rokfeller Fondunun qəyyumlar şurasının üzvü idi. Müttəfiqlərarası Təzminatlar Komissiyası Almaniyanın təzminat məbləğini nəzəri olaraq cəmi 132 milyard, lakin praktiki olaraq cəmi 50 milyard təşkil etdi. 1924-cü ildə Dawes Planı istifadəyə verildikdən sonra məlum oldu ki, Almaniya qeyri-müəyyən müddət ərzində illik ödənişləri istəməyərək ödəməyəcək.Plan növbəti ödənişləri təxminən 20 faiz azaldıb.Baxmayaraq ki, nəzəri cəmi 112 milyard Qızıl Mark, ABŞ-yə bərabərdir. 1929-cu ildə 27 milyard dollar (2022-ci ildə 121 milyard ABŞ dolları) 58 il müddətində və 1988-ci ildə başa çatacaq, çox az adam planın on ildən çox davam edəcəyini gözləyirdi.Bundan əlavə, Gənc Plan iki milyard Qızıl Mark, 473 milyon ABŞ dolları məbləğində müəyyən edilmiş illik ödənişi iki komponentə böldü: şərtsiz bir hissə, məbləğin üçdə birinə bərabər və təxirə salına bilən hissə, qalan üçdə ikiyə bərabərdir. faiz cəlb edəcək və JP Morgan & Co tərəfindən koordinasiya edilən Amerika investisiya banklarının konsorsiumu tərəfindən maliyyələşdiriləcək. Müttəfiqlərin Reparasiya Komitəsi tərəfindən təyin edilmiş komitə 1929-cu ilin birinci yarısında toplandı və həmin il iyunun 7-də ilk hesabatını təqdim etdi. Yanqdan başqa, ABŞ-ni görkəmli bankir J. P. Morgan Jr və onun tərəfdaşı Tomas V. Lamont təmsil edirdi. Hesabat Böyük Britaniyanın böyük etirazları ilə qarşılaşdı, lakin Haaqada keçirilən birinci Konfransdan sonra plan avqustun 31-də yekunlaşdırıldı.
Şliffen planı
Şliffen planı — Almaniya imperiyası tərəfinən hazırlanmışdır. 1905-ci ildə "ildırımsürətli" müharibə planı hazırlandı.Bu Alfred fon Şliffen rəhbərliyi ilə Fransa və Rusiya ilə müharibəni nəzərdə tutan plan idi.Plana görə müharibə iki cəbhədə aparılmalı idi.
Maliyyə planı
Maliyyə planı — xarici şəraitdən və gələcək maliyyə axınlarının koordinasiyasından asılı olaraq mövcud maliyyə resursları ilə onların əldə edilməsinin reallığına uyğun olaraq məqsədlərin seçilməsi gəlir və xərclərin formalaşması planlarının hazırlanmasında və icrasına nəzarətdə ifadə edilir, pul ifadəsində ifadə olunan cari maliyyə vəziyyətini, onlara nail olmaq üçün məqsədləri və vasitələri nəzərə almaq. == Tərifi == Müəyyən dövr üçün icmal maliyyə planı büdcə adlanır. Təxminlər və ya biznes planları müəyyən layihələri həyata keçirmək üçün istifadə edilə bilər. Bazar iqtisadiyyatı şəraitində öz fəaliyyətinin maliyyə planlaşdırılması ayrı-ayrı şəxs, ailə, təşkilat, bütöv bir dövlət və ya onların birliyi tərəfindən həyata keçirilə bilər, müəssisələrdə isə maliyyə idarəçiliyinin tərkib hissəsidir. Mühasibat balansı, mənfəət və zərər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat maliyyə planlaşdırmasının formaları deyil, çünki onlar müəssisənin artıq həyata keçirilən fəaliyyəti haqqında ilkin sənədlərdən məlumatları əks etdirir. Strateji maliyyə planlaşdırmasının vəzifəsi uzun müddət üçün maliyyə fəaliyyətinin proqnozlaşdırıldığı məqsədlər, maliyyə imkanları və xarici şərtlər arasında balans yaratmaq və qorumaqdır. Planlı iqtisadiyyatda iri təsərrüfat subyektlərinin fəaliyyətinin maliyyə-təsərrüfat planlaşdırılması dövlət tərəfindən həyata keçirilir, maliyyə resursları dövlətin uzunmüddətli məqsəd və vəzifələrinə uyğun olaraq sahələr və sektorlar arasında bölüşdürülür. == Maliyyə planlaşdırma üsulları == Normativ. Əsas odur ki, əvvəlcədən müəyyən edilmiş normalardan istifadə edərək, şirkətə nə qədər resurs lazım olduğunu, eləcə də onların mənbələrini müəyyən etməkdir. Balanslı.
Morgentau planı
"Morgentau planı" (ing. Morgenthau Plan), "Almaniya tərəfindən 3-cü dünya müharibəsinin başlamasının qarşısını almaq üçün proqram" — ABŞ-ın Maliyyə Naziri Henri Morgentau tərəfindən təklif olunan Almaniyanın müharibədən sonrakı düzəni proqramı. Morgentau planı Almaniyanın parçalanmasını, mühüm sənaye sahələrinin beynəlxalq nəzarətə verilməsini, ağır sənayenin ləğvini, silahsızlaşdırılmanı və Almaniyanın aqrar ölkəyə çevrilməsini nəzərdə tuturdu. 1944-cü ilin sentyabrında Uinston Çörçill və Franklin Delano Ruzveltin daxil olduğu 2-ci Kvebek Konfransında təklif edildi. Konfransda Almaniyanın əsasən aqrar ölkəyə çevrilməli olduğu memorandum imzalanıb. Təfərrüatlar mətbuata məlum oldu və plan ABŞ və İngiltərədə ciddi şəkildə tənqid olundu. Göbbelsin təbliğat nazirliyi bundan istifadə edərək “yəhudi Morgentau”nun Almaniyanı nəhəng bir kartof sahəsinə çevirmək istədiyini bəyan etdi. “Völkischer Beobachter” qəzeti “Ruzvelt və Çörçil yəhudilərin qatil planı ilə razılaşdılar” başlığını dərc etdi. Müşahidəçilər qeyd edirdilər ki, bu tədbirlər nəticəsində alman əhalisinin həyat səviyyəsi kəskin şəkildə aşağı düşmüş və müharibədən sonrakı aclıq geniş vüsət almışdır. Sənayesizləşmə şəhərlərdə cəmləşmiş sənaye işçilərinin, zəncir boyu isə sənayeyə xidmət edən bank və idarəetmə işçilərinin işindən məhrum olmasına gətirib çıxardı, şəhər xidmətləri, tibb, təhsil və mədəniyyət sahələrini səmərəli tələbatdan məhrum etdi; yüksək məhsuldar kənd təsərrüfatı istehsalı isə bir tərəfdən sərbəst buraxılan əmək ehtiyatlarını tuta bilmirdi, digər tərəfdən isə istehsal olunan məhsulların ödəmə qabiliyyəti bazarını da itirirdi.
"Yol xəritəsi" planı
"Yol xəritəsi" planı — İsrail-Fələstin konfliktini həll etmək üçün bir plan. == Haqqında == Kvartet (ABŞ, Avropa İttifaqı, Rusiya və Birləşmiş Millətlər Təşkilatı) tərəfindən Yaxın Şərq regionundakı sabitliyi bərpa etmək üçün təklif olunmuşdur. Planın prinsiplərini ABŞ Diplomatik Xidmət Məmuru Donald Blom hazırlasa da, rəsmi olaraq ilk dəfə ABŞ Prezidenti Corc V. Buş 24 iyun 2002-ci ildə öz nitqində qeyd etmişdir. Onun bu nitqi sülh şəraitində İsrail ilə yan-yana yaşayan müstəqil Fələstin dövlətinə çağırış idi: "Yol xəritəsi planı təhlükəsiz İsrail dövləti və öz varlığını müstəqil saxlaya bilən, dinc, demokratik Fələstin dövlətinin maraqlarını təmin edən başlanğıcdır. Bu Yaxın Şərqin uzunmüddətli sülh və təhlükəsizliyi proqresi üçün strukturdur…" "Yol xəritəsi" planı 2005-ci ildən də tez konfliktin sonlandırılmasını nəzərdə tutan üç məqsədyönlü mərhələdən ibarətdir. Buna baxmayaraq, bu proqres, əsaslı plan kimi tərəflərin təmiz niyyətli səylərini, planın öhdəçi kvartetin hər birinə uyğun şəkildə həyata keçirilməsini tələb edərək və bunlardan asılı olaraq aşağidakı mərhələlərdən təşkil olunmuşdur: I mərhələ (ən tez 2003-cü ilə kimi): Fələstinə qarşı zorakılığa son qoyulması; Fələstin siyasi islahatı; israillilərin Fələstin şəhərlərindən çıxarılması və İsrailin ərazi ekspansiyasını dondurması; Fələstin seçkiləri. II mərhələ (ən tez iyun-dekabr 2003-cü il) : Fələstin iqtisadiyyatın bərpasını dəstəkləmək üçün Beynəlxalq Konfransın və müvəqqəti sərhədlərlə müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan prosesin başlanması; regional su ehtiyatları, ətraf mühit və iqtisadi inkişaf, qaçqınlar və silahlanmaya nəzarət daxil olmaqla problemlərdə çoxtərəfli öhdəliyin dirçəlməsi; Ərəb dövlətlərinin İsrail ilə (ticarət ofisləri və s.) pre-intifada əlaqələrini bərpa etməsi. III mərhələ (ən tez 2004–2005-ci illər) : ikinci Beynəlxalq Konfrans; konfliktin daimi status razılaşması və sonu; son sərhədlər üzərində razılıq; Yerusəlimin, qaçqınların və ərazilərin taleyində çox mübahisəli məsələlərin aydınlaşdırılması; Ərəb dövlətinin İsrail ilə sülh danışıqlarına razılaşması. "İsrail Xalqı və Torpaqları Qoruma Birliyinin" təşkil etdiyi konfransda, Yəhudi camaatının qabaqda gələn xaxamları bir yerə gəldi. İsraildəki radikal dincdarların fikrini əks etdirməsiylə bilinən birliyin şərhində, ABŞ-nin "Yol Xəritəsi" sərt bir dillə tənqid olundu.
BMT paylaşma planı
BMT Paylaşma Planı və ya Birləşmiş Millətlər Baş Məclisi 181 nolu Qərarı 29 noyabr 1947-ci il tarixli qərarına uyğunlaşdırılmış bir plan. == Biblioqrafiya == Bregman, Ahron (2002). Israel's Wars: A History Since 1947. London: Routledge. ISBN Arieh L. Avneri (1984). The Claim of Dispossession: Jewish Land Settlement and the Arabs, 1878–1948. Transaction Publishers. ISBN Fischbach, Michael R. (2003). Records of Dispossession: Palestinian Refugee Property and the Arab-Israeli Conflict. Columbia University Press.
Manhettenin baş planı
Manhettenin baş planı (ing. Commissioners' Plan) — 1811-ci ildə qəbul edilmiş Manhettenin hərtərəfli inkişaf planı. Planın təşəbbüskarı kimi Nyu-York ştatının legislaturası çıxış etdi. Onun əsas məqsədi 14-cü küçə ilə Vaşinqton Hayts arasındakı sahələrin tikilmə və qaydaya salma işlərini təmin etmək idi. Plan Nyu-Yorkun ən qədim borosunun müasir görünüşünü təyin edən Hippodam sisteminə əsaslanırdı. Əvvəlcə digər qədim şəhərlərin tikinti sxemi ilə müqayisədə bircürəlik və ciddiyyəti ilə tənqid olunurdu. Ancaq indi şəhərsalma üçün yaxşı bir nümunə sayılır. Ümumi konsepsiyaya riayət olunmasına baxmayaraq, adanın faktiki inkişaf planından bəzi sapmalara malikdir. Ən böyük fərq, orijinal plana daxil edilməyən Mərkəzi parkdır. 1853-cü ildə salınmış o, 5-dən 8-ci prospektə və 59 ilə 110-cu küçələrə qədər uzanır.
Yeni hesablar planı
Steyli–Teylor planı
Steyli–Teylor planı (ing. Staley–Taylor Plan) — Vyetnam müharibəsi zamanı ABŞ-nin "Xüsusi müharibə" strategiyasını icra etmək planının adı. Plan 1961-ci ilin may ayında nəşr olunmuş və ona iki layihə müəllifinin adı verilmişdir. Bunlar Stenford Tədqiqat İnstitutunun iqtisadçısı Yucin Steyli və Vyetnamda yerləşdirilmiş ABŞ ordusunun komandanı general Maksvell Teylordur. Plana görə, proses 1961–1965-ci illərdə həyata keçirilməli idi. Onun məqsədi 18 ay ərzində "Cənubi Vyetnamı sakitləşdirmək" və bununla da Vyetnam Respublikası Ordusunun cənubda döyüş meydanında fəal mövqe tutmasını təmin etmək idi. Bununla belə, Apbak döyüşü və 1963-cü il Cənubi Vyetnam çevrilişi hadisələri ilə planın qarşısı alınmış, "strateji kəndlər" əvvəlcə planlaşdırıldığı kimi həyata keçirilə bilməmişdi. 1965-ci ilin martında ABŞ dəniz piyadaları Cənubi Vyetnamda birbaşa döyüşə girmək üçün Dananq şəhərinə enməsi ilə plan sona çatmışdır.
Ağdamın baş planı (2021)
Mühasibat uçotunun hesablar planı
Qazaxıstan telefon nömrələmə planı
Qazaxıstan telefon nömrələmə planı — Qazaxıstandakı ümumi telefon şəbəkəsinin müxtəlif istifadəçilərinə ayrılmış telefon nömrələri, xüsusi nömrələr və telefon danışıqları üçün digər yığım xüsusiyyətləri. Verilən bir telefon şəbəkəsinin istifadəçilərinin bütün beynəlxalq nömrələri ortaq bir başlanğıc +7 - prefiks və ya ölkə yığma kodu adlanır. Qazaxıstanda beynəlxalq kod +7 ilə dörd səviyyəli açıq nömrələmə planı Rusiya ilə birlikdə istifadə olunur. +7 6XX və +7 7XX (X = 0-dan 9-a) aralıkları Qazaxıstana verilir. Abunəçilərin mobil nömrələri (yəni +7 prefiksi olmadan) mobil operator kodu (3 rəqəm) və abunəçi nömrəsini (7 rəqəm) əhatə edən 10 rəqəmdən ibarətdir. Müvafiq olaraq üç, dörd və beş sahə kodu olan beş, altı və yeddi rəqəmli şəhərlərarası telefon nömrələri mövcuddur. Qazaxıstan qapalı nömrələmə planından istifadə edir, yəni +7 və ya 8 prefiksini və çağrılan abunənin tam nömrəsini yığmalısınız və 8 kodu yalnız ölkə daxilində istifadə edilə bilər. 101 yanğınsöndürmə xidməti 102 polis 103 təcili yardım 104 təcili qaz xidməti 105 dəmir yolunun istinad və məlumat portalı Suyun, elektrik enerjisinin və s. Kəsilmələri üçün 109 dispetçer xidməti (Almatı) 112 xilasetmə xidməti 118 pulsuz məlumat xidməti 123 Ödənişli sorğu xidməti 150 Uşaq və gənclər üçün milli yardım xətti (Bütün operatorlardan pulsuz) 160 istehlakçı dəstək mərkəzi Kazakhtelecom 165 mərkəzləşdirilmiş təmir bürosu Kazaktelekom 169 Pulsuz məlumat xidməti 188 Pullu sorğu xidməti 191 Əlaqə Mərkəzi Transtelecom 195 Kazaktelekomun şəxsi hesabının qalığı barədə məlumat almaq (Karaqanda şəhəri istisna olmaqla) 196 Kazaktelekomun şəxsi hesabının qalığına dair məlumatların alınması (Karaqanda şəhəri üçün) Qeyd: müxtəlif xidmətlər üçün qısa nömrələr 3, 4 və ya 5 rəqəm ola bilər və həmişə bir rəqəmlə başlayır. Sahə kodu üç rəqəmdən ibarətdir.
Qaçış planı (film, 2013)
Qaçış planı (ing. Escape plan) — 2013-cü ildə çəkilmiş ABŞ filmidir. Rey Breslin təhlükəsizlik sistemi üzrə dünyanın ən qabaqcıl mütəxəssisidir. Onu heç kimin qaça bilmədiyi həbsxanaya salırlar. Oradan qaçmaq qeyri mümkündür, çünki məhz Breslin vaxtiylə yerli təhlükəsizlik sistemini layihələşdirmişdir. O, həbsxanadan çıxmaq üçün biliklərini istifadə edib onu azadlıqdan məhrum edən adamı tapmalıdır.
Almaniyada Əməliyyat Fəaliyyət Planı
Operationsplan Deutschland və ya OPLAN DEU (azərb. Almaniyada Əməliyyat Fəaliyyət Planı‎) — Almaniya Federativ Respublikasının müdafiə qabiliyyətini qorumaq üçün lazım olan infrastrukturunun müdafiəsi üçün əməliyyat planıdır. == Tarix və arxa plan == Almaniyada COVID-19 pandemiyasından əldə edilən təcrübələr, 2021-ci ilin iyulunda daşqın fəlakəti və Rusiyanın 2022-ci ilin fevralından Ukraynaya hücumu dövründə Almaniya Silahlı Qüvvələri Ərazi Komandanlığı yaradılıb. 2022-ci ilin sentyabrında təsis edildiyi gündən Territoriale Führungskommando der Bundeswehr (qısaca:TerrFüKdoBw) Almaniyada ərazi müdafiəsi və fəlakətlərə nəzarətin operativ idarə edilməsinə cavabdehdir. Oplan Deu haqqında məlumat məxfi olaraq təsnif edilir. Öz bəyanatlarına görə, "böhran və müdafiə vəziyyətində vətəndaş cəmiyyətindən və vətəndaş-kommersiya yardımından asılıdır". Oplan Deu-nun bir neçə yüz səhifədən ibarət ilk versiyası 2024-cü ilin mart ayının sonuna qədər hazır olmalı idi. Bu plan Rusiyanın 2029-cu ilə qədər NATO-ya hücumu ehtimalına qarşı hazırlanıb.
Strasburq kafedralına hücum planı
Strasburq kafedralına hücum planı — 2000-ci ilin dekabrında, Yeni il ərəfəsində "Əl-Qaidə" ilə əlaqəli Strasburq kafedralının ətəyində yerləşən Kriştkindelsmeriki bombalamaq planı. Almaniyanın Frankfurt şəhərində yerləşən "Frankfurt qrupu" terror şəbəkəsinin üstü açıldıqdan sonra Fransa və Almaniya polisi planın qarşısını almışdır. Planın bir hissəsi olaraq cəmi on dörd nəfər məhkum edilmişdir. Onlardan dördü Almaniyada və onu Fransada yaxalanmışdır. == Həbslər == Britaniya kəşfiyyatı tərəfindən xəbərdar edildikdən sonra Almaniya polisi 26 dekabr 2000-ci ildə Frankfurtda bir mənzilə basqın zamanı bomba hazırlayan avadanlıq aşkar etdi. Dörd nəfər həbs edilmişdir. "Frankfurt qrupu"nun üzvlərinin Əfqanıstandakı "Əl-Qaidə" düşərgələrində təlim keçdikləri, İspaniya, İtaliya, Belçika və Böyük Britaniyadakı islamçı şəbəkələrlə və Əlcəzairin "Sələfi Təbliğ və Mübarizə Qrupu" (GSPC) terror qruplaşması ilə əlaqəsi olduğu müəyyən edilmişdir. Frankfurtda sui-qəsdin aşkarlanması Birləşmiş Krallıqda növbəti həbslərə səbəb olmuşdur. Burada Avropa Parlamentinin üzvlərini öldürmək üçün daha bir sui-qəsd aşkar edilmişdir. Britaniya polisi Frankfurt əməliyyatı nəticəsində 2001-ci ilin fevralında on iki nəfəri həbs etmişdir.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (ing. Individual Partnership Action Plans; IPAP) — NATO ilə müxtəlif ölkələr arasında hazırlanmış, hər iki tərəf arasında dialoq və əməkdaşlıq üçün kommunikasiyanın məqsədlərini və çərçivəsini müəyyən edən planlar. NATO FTüƏP təşəbbüsünü 2002-ci ildə Praqa Sammitində irəli sürmüşdür. == İştirak == Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı aşağıdakı ölkələrdə tətbiq olunur: Gürcüstan (29 oktyabr 2004) Azərbaycan (27 may 2005) Ermənistan (16 dekabr 2005) Qazaxıstan (31 yanvar 2006) Moldova (19 may 2006) Bosniya və Herseqovina (10 sentyabr 2008) Serbiya (15 yanvar 2015) Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan və Serbiya hazırda NATO-ya üzv olmaq niyyətində olmadıqlarını bildirsələr də, onların hamısı NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edirlər. Gürcüstan və Ukrayna hazırda NATO-ya üzvlük üçün intensivləşdirilmiş dialoqdan keçir, Bosniya və Herseqovinanın isə Üzvlük Fəaliyyət Planı var və NATO-ya daxil olmaq üçün fəal çalışır.
Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası planı
Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası planı — Dağlıq Qarabağda yaşayan etnik ermənilərin reinteqrasiyası üçün Azərbaycan Respublikası hökuməti tərəfindən hazırlanmış plan. Reinteqrasiya planı ilk dəfə 21 sentyabrda hərbi əməliyyatlar başa çatdıqdan sonra və Yevlaxda aparılan danışıqlar zamanı təqdim edilmişdir. Plan 2 oktyabrda ictimaiyyətə açıqlanmışdır. Plana əsasən, Qarabağ sakinlərinə öz mədəniyyətlərini qorumaq və inkişaf etdirmək hüququ, dini etiqad azadlığı, mədəniyyət və dini abidələrin qorunması təmin edilir, erməni dilindən istifadə etmək imkanı yaradılır. Plana görə, Dağlıq Qarabağda idarəetməni Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri həyata keçirməlidir. Onların fəaliyyətinə etnik ermənilər də cəlb oluna bilər. "Human Rights Watch" təşkilatının fikrinə görə, Azərbaycanın regiona və onun əhalisinə reinteqrasiya planı qısa və uzunmüddətli perspektivdə insan hüquqlarına, xüsusən də etnik azlıqların hüquqlarına necə riayət ediləcəyini müəyyən etməlidir. Həmçinin, təşkilatın qeyd etdiyi kimi, Azərbaycan bu öhdəliklərin yerinə yetirilməsinin davamlı beynəlxalq monitorinqi üçün müstəqil missiyanı qəbul etməlidir. == Zəmin == Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan və əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan Dağlıq Qarabağ regionu üzrə münaqişənin kökləri dərindir. 1980-ci illərin sonunda regionda baş verən etnik zorakılıq Dağlıq Qarabağ Respublikasının (DQR) özünü müstəqil dövlət elan etməsinə səbəb olmuş və SSRİ-nin dağılmasından sonra genişmiqyaslı müharibəyə çevrilmişdir.
2007-ci il Bakı terror planı
2007-ci il Bakı terror planı, Bakıda bir neçə hədəfə yönəlmiş və Azərbaycan tərəfindən qarşısı alınmış terror planı idi. Bu hadisə təhlükəsizlik tədbirləri səbəbi ilə Amerika və Britaniya səfirliklərinin müvəqqəti bağlanmasına səbəb oldu. Norveçin Statoil və Amerikanın McDermott neft şirkətləri kimi bəzi qurumlar fəaliyyətini məhdudlaşdırdı. 2007-ci il oktyabrın 29-da Azərbaycanın hüquq-mühafizə orqanları ABŞ və Böyük Britaniya səfirlikləri yaxınlığında hücuma hazırlaşan qumbaraatanlarla silahlanmış bir qrup sələfinin saxlanılması barədə ictimaiyyətə məlumat yaydı. Milli Təhlükəsizlik Nazirliyi sözçünün açıqlamasına görə, qruplaşmada dörd Kalaşnikov avtomatı, bir Kalaşnikov qumbaraatan, 20 qumbara, döyüş sursatı və avtomat silah hissələri olduğu aşkarlandı. Qrupun bir sıra dövlət binalarına və özəl şirkətlərin nümayəndələrinə hücum etməyi planlaşdırdığı da bildirildi. == Tarixçə == 2007-ci il oktyabrın 25-də Azərbaycan Müdafiə Nazirliyi ordu zabitlərindən birinin hərbi bazadan dörd Kalaşnikov avtomatı və bir pulemyot götürərək öz alayını tərk etməsi barədə məlumat yayıb. Milli Təhlükəsizlik Nazirliyi həmin zabitin sələfi qruplaşmalarla əlaqəli şəxs olduğunu və oğurlanan silahların terror hücumlarında istifadə olunması üçün nəzərdə tutulduğunu iddia edib. Leytenant Kamran Əsədovun rəhbərlik etdiyi hərbi hissədən dörd pulemyot, bir minaatan və 20 qumbara götürərək yaraqlıların hücumu üçün şəhərdə gizlətdiyi iddia edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin noyabrın 6-da verdiyi məlumata görə, milliyyətcə ərəb, "Əl-Qaidə" və "Əl-Cihad" qruplaşmasına bağlı Əbu Cəfər və digərləri Azərbaycana gələrək əvvəllər qanunsuz fəaliyyətdə iştirak etmiş şəxslərdən silahlı dəstə yaradıblar.

Digər lüğətlərdə