klar

adj.1. açıq, aşikar, bəlli; fəsih, aşkara, ələni; 2. (hell) işıqlı, şəffaf, açıq, dumduru, duru; 3. (Anwort) qəti; ~! əlbəttə!, bəli!; klaren Kopf behalten kefli olmamaq; hirslənməmək, diqqətli olmaq; j-m et. ~ machen bir kəsə bir şeyi anlatmaq; bir kəsi başa salmaq; sich über et. im Klaren sein bir şeyi bilmək, bir şeyi başa düşmək; ~e Verhältnisse schaffen aydın şərait (vəziyyət, durum) yaratmaq, bəlli etmək; noch ~er açıqraq; adv. gözgörəsi, göz görə görə, açık bir şəkildə, ələni; (Himmel) ~ werden durulmaq, açılmaq
Klapsmühle
klargehen
OBASTAN VİKİ
Karen Klar
Karen Klar (9 aprel 1972) — Kanadanı təmsil edən sinxron üzgüçü. Karen Klar Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Karen Klar Olimpiadanın gümüş medalına sahib olub.
Bret Klar
Bret Klar (27 oktyabr 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bret Klar Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Dezire Klari
Bernardin Ojeni Dezire Klari (fr. Désirée Clary; 8 noyabr 1777[…], Marsel – 17 dekabr 1860[…], Stokholm) — Napoleon Bonapartın bir zaman nişanlısı və keçmiş fransız generalı və Bernadotlar sülaləsinın qurucusu, XIV Karlın həyat yoldaşı kimi İsveç və Norveç Kraliçası olmuş fransız qadın idi. O, rəsmi olaraq orada adını Dezideriyaya çevirdi, hansı ki, bir Latın adı idi çevirdi amma özü bu addan istifadə etmədi.
Elleri Klark
Elleri Klark (d. 13 mart 1874; Boston, Birləşmiş Ştatlar - ö. 17 fevral 1949; Hingham, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında iki qızıl medal qazanıb. Elleri Klark 1874-cü ilin 13 mart günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1949-cu ilin 17 fevral tarixində isə həmin ştatım Hingham şəhərində ömrünün 74-cü yaşında vəfat edib. Elleri Klark 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Hündürlüyə tullanma yarışlarında mübarizə aparan Klark 1.81 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Afina Olimpiadasında Elleri Klark həmdə uzunluğa tullanma yarışlarında çıxış etdi. Bu yarışlarda 6.35 metr uzunluğa tullanan Klark I Yay Olimpiya Oyunlarında özünün ikinci qızıl medalını qazandı.
Franklin Klarens Mars
Franklin Klarens Mars (/ˈmɑːrz/; 24 sentyabr 1883, Henkok[d], Minnesota – 8 aprel 1934, Pulaski[d], Tennessi) — bəzən Frank K. Mars kimi tanınan Mars şirkətini quran amerikalı biznes maqnatı. Frank Mars 1882-ci ildə Minnesota ştatında anadan olub Mars və Etel G. Kissak (29 sentyabr 1882 – 11 aprel 1980), məktəb müəllimi, 1902-ci ildə evləndilər. Onların oğlu Forrest Mars, Sr., 1904-cü ildə Minnesota ştatının Wadena şəhərində anadan olmuşdur.
Helen Klark
Helen Klark (26 fevral 1950[…]) — Yeni Zelandiyanın baş naziri. 1950-ci ildə Hamilton şəhərində anadan olmuşdur. 1974 Okland Universitetində magistr dərəcəsini almış və bu Universitetdə əmək fəaliyyətinə başlamışdır. 1981 Parlamentə uzv seçilmişdir. Xanım Helen Klark Əmək Partiyasının (ƏP) butun vəzifə pillələrini keçmişdir. 1978 – 1988 ƏP-nin İdarə Heyətinin uzvu olmuşdur. 1986 Silahsızlasma və beynəlxalq sulhə dəlalət edən fəaliyyətinə görə Danimarka Sulh Fondu tərəfindən Sulh Mukafatına layiq görülmüşdür. 1989 ƏP-nin İdarə Heyətinə qayıtmışdır. Həmçinin, ƏP-nin Gənclər Şurasının prezidenti olmuşdur. Parlamentə üzv seçildikdən sonra Parlamentin Xarici İşlər və Müdafiə məsələləri ilə məsğul olan Komitə, Silahsızlasma və Silahlara Nəzarət Komitəsinə sədrlik etmişdir.
Jan Klark Vasala
Kelli Klarkson
Kelli Klarkson (d. 24 aprel 1982) ABŞ müğənnisi. 2002-ci ildə American Idol ilə şöhrət qazanmağa başlayıb. İlk albomu "Thankful"u 2003-cü ildə, ikinci albomu "Breakaway" 2004-cü ilin sonlarında, sonuncu albomu "My December" isə 2007-ci ildə çıxıb.
Kerolayn Klark
Kerolayn Klark (28 iyun 1990) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Kerolayn Klark, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Klara Espar
Klara Espar (d. 29 sentyabr 1994) — İspaniyanı təmsil edən su poloçusu. Klara Espar, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Klara Hitler
Klara Hitler (qızlıq soyadı Pölzl) (d. 12 avqust 1860 — ö. 21 dekabr 1907) — alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin anasıdır. Atası Johann Baptist Pölzl, anası isə Johanna Hiedler idi. Ailə həkiminin qeydlərində yazdıqlarına görə, çox səssiz, şirin və sevimli bir qız idi. 1876-cı ildə 16 yaşındakı Klara Alois Hitlerin evində qulluqçuluğa başladı. Gənc Klara Alois Hitlerin ögey əmisi Johann Nepomuk'un 16 yaşlı nəvəsi idi. Ancaq bundan narazı olan Alois Hitlerin xanımı Matzelsberger'in istəyilə Alois Hitler Klaraya başqa bir iş tapdı. Ancaq çox keçmədən Matzelsberger 23 yaşında ikən ağciyər xəstəliyinə tutuldu. Ağır xəstəlik günlərində balaca uşaqlara və xəstə Fanni'yə baxmaq üçün Klara Pölzl yenidən Aloisin evinə gəldi.
Klara Petaççi
Klaretta Petaççi kimi tanınan Klara Petaççi (28 fevral 1912, Roma – 28 aprel 1945) italyan diktator Benito Mussolininin məşuqəsi olmuş və onunla birlikdə edam edilmişdir. Petaççi Mussolininin Rakele Mussolini ilə ailəli olduğu dövrlərdən onunla uzun müddət münasibətləri olmuşdur. Benito Petaççidən 28 yaş böyük idi. Onların yazışdığı məktublar bu gün də Milli Arxiv idarəsi ilə məxfilik səbəbindən mübahisəlidir. 1945-ci il 27 aprel tarixində, Mussolini və Petaççi İtaliya Sosial Respublikası üzvləri ilə birlikdə konvoy ilə səyahət edərkən partizanlar tərəfindən tutulmuşdur. 28 aprel tarixində o və Mussolini Medzeqraya aparılaraq orada güllələnmişdir. Növbəti gün isə Mussolini və Petaççinin bədənləri Milanda yerləşən Loreto meydanına gətirilmiş və buradakı yanacaqdoldurma məntəqəsi ilə üzbəüz ayaqlarından asılmışlar. Asılanlar arasında Mussolininin yaxın adamlarından bir neçəsidə var idi. Bu mənzərə foto ilə çəkilmiş və izdiham öz qəzəblərini onların üzərinə yağdırmışdır. Klara Petaççinin atası Françesko Petaççi XI Piyin əsas həkimi idi.
Klara Rumyanova
Klara Mixaylovna Rumyanova (8 dekabr 1929, Leninqrad – 18 sentyabr 2004, Moskva) — Sovet və rus radio və kino aktrisası, RSFSR-in əməkdar artisti. Klara Mixaylovna Rumyanova 1929-cu ildə Leninqradda anadan olub.1940-cı ildə Leninqraddan Moskvaya yola düşür. Paytaxta yenicə gələn gənc qız burada ilk çətinliklərlə qarşılaşır: onun pulunu oğurlayırlar və gələcək aktrisa uzun müddət ac qalmalı olur. Hətta rejissor Sergey Gerasimovun rəhbərliyi ilə aparılan imtahan zamanı Klaranın auditoriya qarşısında acından ürəyi gedir. Məhz S. Gerasimovun göstərişi ilə K. Rumyanovaya yemək verilir və o, bu peşədə gələcək aktrisanın ilk müəllimi olur. K. Rumyanova kinoya ilk dəfə birinci kursda oxuyarkən çəkilir. O, ilk təcrübəsini isə S. Gerasimovun "Kənd həkimi" filmində keçir. Çəkiliş zamanı belə bir hadisə yaşanır: ssenariyə əsasən, filmdə körpə qışqıraraq ağlamalı idi, lakin bütün heyət nə qədər çalışsa da, "balaca aktrisa" rejissorun tələbini yerinə yetirmir. Bu zaman körpənin yerinə Klara Rumyanova "ağlayır" və bununla da məşhur səs kəşf edilir. Klara karyerasına epizodik rollarda çəkilməklə başlayır: Leonid Qaydayın "O dünyadan adaxlı" komediyasında, Mixail Şveytserin "Dirilmə" filmində kiçik rolda oynayır.
Klara Setkin
Klara Setkin (alm. Clara Zetkin‎; 5 iyul 1857[…] – 20 iyun 1933[…]) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasının müəlifidir. Klara Setkin 5 iyun 1857-ci ildə, Almaniyada anadan olmuşdur. 1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər. 1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür.
Klara Yusifzadə
Klara Yusifzadə və ya Zerkalo Klara (16 aprel 1934 – 26 fevral 2011, Bakı) — Azərbaycanın tanınmış qadın qanuni-oğru. 1934-cü ildə Şuşada Azerbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. Atası ona Klara adını məşhur alman siyasətçisi Klara Setkinin şərəfinə verib. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İddialara görə şəxsiyyət vəsiqəsində Klara Ağababa oğru Yusifzadə yazılmışdır. Zerkalo Klara 1950–1960-cı illərdə "Pəncəli Aslan" və "Paxan" ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi qruplaşmanın üzvü olub.Başçıları qadın olan bu qruplaşma dövrünün ən məşhur qruplaşmalarından olub. Hətta bu qruplaşma Cəmşid Əmirovun "Qara Volqa" əsərinin əsas mövzusu olmuşdur. İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini həbsxanada keçirmişdir.
Klara Zamenhof
Klara Aleksandrovna Zamenhof (qızlıq soyadı Zilbernik; 5 oktyabr 1863, Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası – 6 dekabr 1924, Varşava, Polşa) — esperantist, Lüdviq Zamenhofun həyat yoldaşı. Kovno (indiki Kaunas, Litva) şəhərində sabun fabrikinin sahibi Aleksandr (Sender Leyboviç) Zilbernikin ailəsində anadan olmuşdur. 1886-cı ildə Lüdviq Zamenhof ilə tanış oldu və 1887-ci ildə onlar evləndilər. Onların Adam (1888—1940), Zofiya (1889—1942) və Lidiya (1904—1942) adlı üç uşağı oldu. O, beynəlxalq dil esperantonu yaratmaq istəyində ər ilə həmfikir idi. O, 10 min rubl dəyərində olan cehizini bağışladı ki, Unua Libro adlı ilk esperanto dərsliyinin nəşr olunmasında əməyi olsun. Həyatı boyu ərinin köməkçisi, tez-tez şəxsi katib vəzifəsini icra edirdi. L. Zamenhofun vəfatından sonra esperantonun dünyaya yayılması işində aktiv olmağa davam etdi. 1921-ci ildə Konkordo adlı Varşava Esperantistlər Cəmiyyətinin yaradılması təşəbbüsünü irəli sürmüşdür. 1905-1924-cü illər arasında keçirilən bütün Ümumdünya Esperanto Konqreslərində iştirak etmişdir.
Klare (Yuxarı Provans Alpları)
Klare (fr. Claret, oks. Claret) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04058. 2008-ci ildə əhalinin sayı 218 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 154 nəfər (15-64 yaş) arasında 117 nəfər iqtisadi fəal, 37 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.0%, 1999-cu ildə 72.9%). Fəal olan 117 nəfərdən 101 nəfər (59 kişi və 42 qadın), 16 nəfər işsiz (3 kişi və 13 qadın) idi.
Klarens Kamminqs
Klarens Tomas
Klarens Tomas (23 iyun 1948) — Amerikalı vəkil, 1991-ci ildən bəri ABŞ Ali Məhkəməsinin hakimi. Ali Məhkəmədəki ikinci Afrikalı Amerikalıdır. ABŞ Ali Məhkəməsinin onilliklərdəki ən mühafizəkar hakim hesab edildi. Atası ailəsini erkən tərk etdiyi üçün anası və babası tərəfindən böyüdülmüşdür. Gəncliyində zənci tələbələrin irqi ayrı-seçkiliyə qarşı etirazlarına qatıldı. Vusterdə Müqəddəs Xaç Kollecini və Yel Universiteti Hüquq Fakültəsini bitirib. 1974–1977-ci illərdə Missuri Baş Prokurorluğunda, 1979–1981-ci illərdə senator Con Denfortun köməkçisi olmuşdur. 1981-ci ildə ABŞ-nin İnsan Haqları üzrə Təhsil Katibinin köməkçisi oldu və 1982-ci ildə Məşğulluq Bərabərliyi Komissiyasının prezidenti seçildi. 1990-cı ildə Prezident Corc Buş onu Kolumbiya Bölgəsi Apellyasiya Məhkəməsinin hakimi təyin etdi. Ağır cinayətlər törətmiş əqli cəhətdən geri qalan insanlar üçün edam cəzasının tətbiqini dəstəkləmək də daxil olmaqla bir sıra məsələlərdə sərt fikirləri ilə tanınır.
Klarens Zeedorf
Klarens Zeedorf ( nid. , IPA : [ˈklɛrənˈseːdɔrf], fərdi olaraq IPA : [ˈklɛrəns] [ˈzeːdɔrf], nid. Clarence Clyde Seedorf ; 1 aprel 1976, Paramaribo ) — Niderlandlı futbolçu və məşqçi . Hazırda üç fərqli komanda ilə Çempionlar Liqasını qazanmış yeganə oyunçu - "Ayaks" (1994/95), "Real Madrid" (1997/98) və "Milan" (2002/03, 2006/07). Futbolçu karyerasına "Ayaks" klubunda başlayıb. 1983-cu ildə "Ayaks"ın uşaq komandasına qoşulan Klarens, klubun əsas komandasında 1992-ci ildə debüt edib. "Ayaks"da 3 il forma geyinən futbolçu 65 oyunda 11 qol vurub. "Ayaks"dakı oyunu ilə Avropa klublarının diqqətini çəkən futbolçu, 1995-ci ildə İtaliyanın "Sampdoriya" klubuna transfer edilir. Burada keçirdiyi bir ildə 32 oyunda 3 dəfə fərqlənir. 1996-cı ildə "Real Madrid"ə transfer olunur.
Klarens adası
Klarens adası (ing. Clarence Island) — Cənubi Şetland adaları arxipelaqının ucqar şərində qərarlaşır. Ən yaxın ada Elefant adasıdır. Adanın uzunluğu 12 mil (təqribi 20 km), ən hündür nöqtəsi isə 1924 metr olan İrvinq dağıdır. Ada ilk dəfə 4 fevral 1820 ildə Britaniyalı dənizçi Edvard Bransfild tərəfindən kəşf edilmişdir. O, adanın Bulz burnuna çıxaraq adanın ilk gözəyarı xəritəsini tərtib etmişdir. Adanı o zaman şahzadə olan, hersoq Klarensin şərəfinə (IV Vilhelm) adlandırmışdır. Adanı növbəti ildə Birinci Rus Antarktika ekspedisiyası ziyarət etmiş və xəritəsi tərtib olunmuşdur. Ruslar adanı Şişkov adlandlrmışlar Ada Rusiya imperator donanmasını vitse-admiralı Aleksandr Semyonoviç Şişkovun şərəfinə adlandırılmışdır. Adanın ən hündür nöqtəsi olan İrvinq dağı 6 dekabr 1970-ci ildə fəth edilmişdir.
Klarens hersoqu
Klarens hersoqu (ing. Duke of Clarence) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, Corc Plantagenetin 1478-ci ildə edam edilməsi ilə ləğv edilmişdir. Ünvan ilk dəfə 1362-ci ildə İngiltərə kralı III Eduardın ikinci oğlu Antverpenli Lionel üçün təsis edilmiş, ancaq onun oğul övladı olmadığı üçün ünvan onun vəfatından sonra boş qalmışdır. Ünvan ikinci dəfə 1412-ci ildə İngiltərə kralı IV Henrinin ikinci oğlu Lankasterli Tomasın şərəfinə təsis edildi. Ancaq onun da qanuni övladı yox idi və gənc yaşında vəfat etmişdi. Ünvan sonuncu dəfə 1461-ci ildə İngiltərə kralı IV Eduardın qardaşı Corc Plantagenetin şərəfinə təsis edildi. Ancaq o, qardaşına qarşı üsyan etdi və 1478-ci ildə ələ keçirilərək şərab çəlləyində boğularaq edam edildi. Onun oğul övladı olsa da, vətənə xəyanətlə təqsirləndirildiyi üçün bütün ünvanları ailəsinin əlindən alındı. Ünvan daha sonra 1553-cü ildə İngiltərə taxtına əyləşən Ceyn Qreyin əri Gilford Dudli üçün verilmək istəndi.
Klari sahili
Klari sahili (ing. Clarie Coast) — Antarktidanın şərqində, 130°10' və 136°11' şərq uzunluğunda yerləşən ərazi. Sahikin uzunluğu 350 km təşkil edir. Materik kənarında yerləşən buzlaq bir silsilə şəklində sahil boyunca uzanır. Materiiin daxilinə doğru buzlaq qalınlaşır. 60 km məsafədə qalınlıq 1000 metr təşkil edir. Sahil ilk dəfə 1840-cı ildə Fransa antarktik ekspedisiyasının rəhbəri Dyuman Dürvil tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən «Zele» gəmisinin kapitanı Jakinonun şərəfinə adlandırılmışdır.
Klark Abel
Klark Abel (ing. Clarke Abel; 5 sentyabr 1780, Saffolk qraflığı[d] – 24 noyabr 1826, Kanpur, Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan) — Böyük Britaniya botaniki. Klark Abel toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Narrative of a Journey in the Interior of China and of a Voyage to and from that country, in 1816 and 1817 Londres (1818) (Caprifoliaceae) Abelia R.Br. Абель Кларкъ // Энциклопедический словарь, составленный русскими учёными и литераторами. СПб., 1861. Dr. Clarke Abel bio and dwarf trees.
Klark Kent
Klark Kent — komiks personajıdır. İlk dəfə 1933-cü ildə yazıçı Cerri Siel və rəssam Co Şuster tərəfindən hazırlanmışdır. "DC Comics" adlı komiks şirkəti tərəfindən istehsal edilir.
Klark Qeybl
Vilyam Klark Qeybl (ing. William Clark Gable; 1 fevral 1901 — 16 noyabr 1960) — ABŞ aktyoru, kino ulduzu və 1930-1940-cı illərin "Hollivud Kralı" adını daşıyan seks simvolu . "Oskar" mükafatı laureatı (1935).