Koll

1) Yalnız bir mövqe üzrə əməliyyat aparmaqla məhdudlaşdırılan birja sessiyasının bir qısamüddətli dövrü. 2) Marjanın ödənilməsi ilə bağlı tələbnamə.
Kod
Kollegiallıq
OBASTAN VİKİ
Dartmut Kolleci
Dartmut Kolleci (ing. Dartmouth College) — ABŞ-nin Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşən özəl ali təhsil müəssisəsi; ştatın ən aparıcı ali təhsil ocaqlarından biridir. Dartmut Kolleci yerli amerikalılardan missioner hazırlamaq istəyən puritan (XVI-XVII əsrlərdə İngiltərədə puritanlar sektasının üzvü), gözəl natiq və pedaqoq, Konnektikut ştatından olan konqreqasiya (kilsə icmaları birləşməsi; Roma papasının müəyyən məsələlərə baxan inzibati idarəsi) naziri Eleazar Uilok tərəfindən yaradılıb. Bu kollecdən öncə E.Uilokun Konnektikut ştatının Livan şəhərində yerli amerikalılar (hindular) üçün Mur Məktəbi mövcud idi. Mur Məktəbini genişləndirmək məqsədilə Eleazar Uilok Hannoverdə Dartmut Kollecini yaratmaq qərarına gəlir. Nyu-Hempşir ştatının qubernatoru Con Ventvort kollecin yaradılması üçün ərazi ayırır və 1769-cu il dekabrın 13-də Böyük Britaniya kralı III Georq burada kollec yaradılması haqqında nizamnamə imzalayır. Nizamnamədə kollecin məqsədi belə açıqlanır: "Bu torpaqda yaşayan hindu tayfaları gənclərinin, eləcə də ingilis və digər xalqlardan olan gənclərin tədris və tərbiyəsi üçün". Mur Məktəbinin yaradılmasında Böyük Britaniyanın müstəmləkələr üzrə dövlət xadimi İkinci qraf Dartmut Uilyam Leqqin böyük rolu olur. Eleazar Uilok yenidən İkinci qraf Dartmut Uilyam Leqqdən yardım almaq məqsədilə Nyu-Hempşir ştatında yaratdığı məktəbi onun adı ilə adlandırır, lakin qraf Dartmut kollecə yardım etməkdən imtina edir. Uilokun ilk şagirdlərindən olan Samson Okkom kollecin yaradılması üçün vəsait ayırır.
Djoya del Kolle
Djoya del Kolle — İtaliyanın Bari şəhərində yerləşən bir qəsəbədir. Əhalisi 28.100-dən artıqdır. Qəsəbə dəniz səviyyəsindən 365 metr yüksəklikdədir. Qəsəbədə Ana Kilsəsi kimi möhtəşəm abidə də vardır.
Dublin Triniti Kolleci
Dublin Triniti Kolleci (irl. Coláiste na Tríonóide) — İrlandiyanda, Dublin şəhərində yerləşən və Böyük Britaniyadan kənarda yerləşən ingilisdilli ölkələrin yeddi ən qədim ali təhsil müəssisəsindən biri. 1592-ci ildə Dublin şəhərinin bir qrup əhalisi kraliça Yelizavetadan məktub aldıqdan sonra şəhər divarlarından cənub-şərqdə yerləşən baxımsız qalmış Bütün Müqəddəslər kilsəsində kollec yaradır. Ali məktəbin ilk rektoru Dublin şəhərinin arxiyepiskopu Adam Loftus olur. Ona iki köməkçi (Ceyms Hamilton və Ceyms Fullerton) təyin edilir. İki ildən sonra burada müəllim və tələbələrin sayı artmağa başlayır. 50 il müddətində kollecə yardımlar edilir, torpaq sahələri bağışlanır, təqaüdlər təşkil olunur, tədris proqramları, nizamnamələr qəbul edilir, kitabxanalar yaradılır və s. XIX əsr Dublin Triniti Kollecində bir çox hadisələrlə yadda qalır. 1711-ci ildən kollecdə tibb elminin öyrədilməsinə baxmayaraq, burada bu sahəni geniş əhatə edən məktəb 1800-cü ildən fəaliyyətə başlayır. 1842-ci ildə kollecdə Britaniya adalarında ilk olan Mühəndislik Məktəbi, əsrin ortasında isə hüquq fakültəsi yaradılır.
Dublin Universitet Kolleci
Dublin Universitet Kolleci (irl. An Coláiste Ollscoile, Baile Átha Cliath) — İrlandiyanda, Dublin şəhərində yerləşən və ölkənin ikinci ən böyük ali təhsil müəssisəsi. Dublin Universitet Kollecinin tarixi 1854-cü ildə yaradılmış İrlandiya Katolik Universiteti ilə bağlıdır. Həmin dövrdə irlandiyalı katoliklərə katolik azadlığından sonra daha yüksək dərəcəli təhsil vermək üçün kardinal Pol Kallenin rəhbərliyi altında universitet yaratmaq ideyası irəli sürülür. XIX əsrdə İrlandiyada konfessional (dini) təhsil məsələsi mübahisəli idi. Katolik məktəblər iyerarxiyası Qoluey, Belfast, Kork şəhərlərində yerləşən "Allahsız kolleclər"ə təsir göstərmək, Dublin Triniti Kollecini katolik alternativi ilə təmin etmək niyyətində idilər. Dublin Triniti Kolleci anqlikan (İngiltərədə protestant dininin bir qolu) yönümlü ali məktəb olsa da, 1780-ci ildən burada katoliklər də təhsil almağa başlayır, lakin universitetin dini sənədində katoliklərin kollecin rəhbər orqanlarında vəzifə tutmasının istisnası haqqında göstəriş öz əksini tapır. 1850-ci ildə İrlandiyanın Törls şəhərində Katolik Universitet yaratmaq haqqında qərar qəbul olunur. Nəticədə, 1854-cü ildə İrlandiyada yeni Katolik Universiteti yaradılır və müqəddəs Con Henri Nyumen universitetin birinci rektoru təyin olunur. Daha sonra universitetin 3 binası fəaliyyətə başlayır: Maykl Flannerinin nəzarəti altında Sent-Patrik və ya Universitet binası, Ceyms Kuinnin rəhbərliyi altında Sent-Lourens və Nyumenin şəxsi nəzarəti altında Sent-Meri binaları.
Duna Kolleci
Duna Kolleci (ing. Duna College, tam adı Duna International College) xarici tələbələrin Macarıstanın və Slovakiyanın ali məktəblərinə daxil olması üçün özəl hazırlıq kursudur və Budapeşt şəhərində yerləşir. Bu təhsil müəssisəsi yalnız qeyri-dərəcə hazırlıq (foundation) proqramları təklif edir.
Dunauyvaroş Kolleci
Dunauyvaroş Universiteti (ing. University of Dunaújváros, mac. Dunaújvárosi Egyetem) — Budapeşt yaxınlığında Dunauyvaroş şəhərində yerləşən ali məktəbdir. Son 15 ildə tələbələrin sayı artıb və hal-hazırda burada 3500 yaxın tələbə təhsil alır. 2006-cı ildən bəri universitet əcnəbi tələbələr üçün beynəlxalq proqramlar təklif edir. 1 yanvar 2017-ci ilə kimi Dunauyvaroş Kolleci (macarca "Dunaújvárosi Főiskola", ingiliscə "College of Dunaújváros") adlanırdı. Dunauyvaroşda 1953-cü ildə Metallurgiya və Mexaniki Mühəndislik Texnikumun əsası qoyulmuşdu. Məqsəd, Dunay Dəmir sənayə fabrikini (Dunaferr Rt) lazımi mütəxəssislərlə təmin etmək idi. 1969-cu ildən bəri bir çox gənc mütəxəssislər institutda aldığı təhsil əsasında metallurgiya və mexaniki mühəndislik sahələrində ixisaslaşdılar və sənayə təcrübəsi qazandılar. Daha sonra Dunaferr Rt-in əhatəsi genişləndi, artıq texniki müəllimlik, mühəndis müəllimliyi kursları və informasiya texnologiyası kursları keçən kadrlar, 1990-cı ili əvvəllərindən isə iqtisadiyyat, texniki menecment, material mühənidisliyi və 2003-cü ildən kommunikasiya və mədəniyyət menecmentliyi üzrə də təhsil alanların da cəlb edilməsi başlanıldı.
Dövlət antik kolleksiyası
Dövlət antik kolleksiyası (alm. Staatliche Antikensammlungen‎) (köhnə adı — Kiçik formalı antik incəsənət kolleksiyası) Qədim Yunanıstan, Roma və etruriya mədəniyyətinə aid Almaniyada ən böyük kolleksiyalardan biri. Dövlət antik kolleksiyası muzeyinin binası Bavariya əyalətinin paytaxtı Münhen şəhərində, Köniqpalas meydanında Qliptotek muzeyi ilə üzbəüz yerləşir. Bina 1838–1848-ci illərdə bavar kralı I Lüdviqin göstərişi ilə memar Georq Fridirix Çibland tərəfindən Korinf orderi stilində inşa edilmişdir. 1869–1872-ci illərdə binada kral antikbariumu yerləşmişdir. 1898-ci ildən 1912-ci ilə kimi binada Münhen Sesessionu — Münhen Rəssamlar Birliyi , 1919-cu ildən Yeni dövlət qalereyası yerləşmişdir. İkinci dünya müharibəsi zamanı dağılmış bina 1967-ci ildə bərpa edilərək Dövlət antik kolleksiyası muzeyinin ixtiyarına verilmişdir. Kolleksiya əsasən Vittelsbaxların yığmış olduqları, xüsusən I Lüdviqə məxsus antik eksponatlar daxildirlər. 1831-ci ildə kral müşaviri Martin fon Vaqner Etruriya mədəniyyətinə aid Vulçi şəhərində aparılan arxeoloji qazıntılar zamanı tapılmış keramik əşyaları əldə etmişdir. Fridrix fon Tirş hərracda Lüsyen Bonaparta məxsus mirasdan antik incəsənət nümunələrini almışdır.
Dənizaşırı kollektivlik
Dənizaşırı kollektivlik (fr. collectivités d'outre-mer) - Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan Fransa inzibati ərazi vahidlərindən biri. Dənizaşırı kollektivlər, dənizaşırı departamentlərdən daha kiçik statuslu hesab olunsada, bir sıra məsələlərdə daxili qərar vermə mexanizmləri mövcuddur.
Emil Byurle fondunun kolleksiyası
Emile Byurle fondunun kolleksiyası ( alm. Stiftung Sammlung E. G. Bührle‎ ) - Sürixdə yerləşən şəxsi incəsənət muzeyidir. Sürixli sənayeçi Emil Georq Byurlenin (1890-1956) geniş sənət əsərləri kolleksiyası, 1960-cı ildə fonda çevrilmişdi. Həmin andan bəri kolleksiya, Byurlenin Sürixdə, Tsollikerştrasse (alm. Zollikerstrasse‎) küçəsindəki köhnə evinin yanında yerləşən villada sərgilənir. Sərgi çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri saat 14.00-17.00 arasında ziyarətçilər üçün açıqdır. Ekspozisiyaya aşağıdakılar daxildir: antik eksponatlar; orta əsrə aid heykəllər; qədim sənətkarların rəsmləri: Tintoretto, El Qreko, Rubens, Van Deyk, Rembrandt, Frans Hals, Tyepolo, Kanaletto, Qoyya, Enqr, Koro; impressionistlərin rəsmləri: Mane, Deqa, Renuar, Mone, Pissarro, Sisley, Tuluz-Lotrek, Syora, Sezan, Van Qoq, Qogen; modernistlərin rəsmləri: Bonnar, Vyuyar, Vlamink, Raul Dyufi, Modilyani, Utrillo, Şaqal, Korint, Matiss, Qris, Brak, Pikasso . 1941-ci ildən bu yana Byurle kolleksiyasında olan Klod Monenin "Vetey yaxınlığında xaşxaş tarlası" tablosunun yayımlanmasından sonra onun əldə edilməsinin şəffaflığı ilə bağlı şübhələr ortaya çıxmışdı: 1940-1941-ci illərdə bu tablo, Emil Byurle ilə Cənubi Amerikaya mühacirət edən yəhudi tacir Maks Emden arasında şübhəli ticarətlə əlaqəli ola bilərdi. 10 Fevral 2008-ci il tarixində silahlı bir soyğun nəticəsində, ümumi dəyəri 180 milyon İsveçrə frankı olan dörd rəsm əsəri oğurlandı. Kurator Lukas Qloorun sözlərinə əsasən, söhbət Pol Sezanın "Qırmızı jiletli oğlan", Klod Monenin "Vetey yaxınlığında xaşxaş tarlası", Vinsent Van Qoqun "Çiçəklənən şabalıd budaqları" və Edqar Deqanın "Qraf Lepikin qızları ilə portreti" əsərlərindən gedirdi.
Fil Kollins
Filip Devid Çarlz „Fil“ Kollins (ing. Philip David Charles „Phil“ Collins; 30 yanvar 1951[…]) — müğənni, bəstəkar, təbilçi, pianoçu və aktyor. Möhtəşəm solo karyerası ilə yanaşı Genesis rok qrupunda təbilçi və vokalçısı kimi də çıxış etmişdir. 1978-1994-cü illərdə Genesis rok-qrupunun tərkibində və solo şəklində bir neçə hit mahnı ifa etmişdir. Çox zaman itirilmiş sevgi təsvir edilən yaradıcılığı ağır-baraban ifası olan "In the Air Tonight", pop musiqi "Sussudio", əsasən pianino çalğısı olan "Against All Odds", siyasi məzmunlu "Another Day in Paradise" kimi məşhur sinqllərdən ibarətdir. "Atlantic Records"un məlumatlarına görə, 2000-ci ilədək Kollins solo müğənni kimi satış sayı 150 milyon olmuşdur. Kraliça Viktoriya Ordeninə layiq görülmüşdür. Layiq görüldüyü mükafatlar içərisində 7 "Qremmi", 2 "Qızıl Qlobus" və "Tarzan" multfilminin mahnısına görə "Oskar" mükafatları var.
Fil Kollinz
Filip Devid Çarlz „Fil“ Kollins (ing. Philip David Charles „Phil“ Collins; 30 yanvar 1951[…]) — müğənni, bəstəkar, təbilçi, pianoçu və aktyor. Möhtəşəm solo karyerası ilə yanaşı Genesis rok qrupunda təbilçi və vokalçısı kimi də çıxış etmişdir. 1978-1994-cü illərdə Genesis rok-qrupunun tərkibində və solo şəklində bir neçə hit mahnı ifa etmişdir. Çox zaman itirilmiş sevgi təsvir edilən yaradıcılığı ağır-baraban ifası olan "In the Air Tonight", pop musiqi "Sussudio", əsasən pianino çalğısı olan "Against All Odds", siyasi məzmunlu "Another Day in Paradise" kimi məşhur sinqllərdən ibarətdir. "Atlantic Records"un məlumatlarına görə, 2000-ci ilədək Kollins solo müğənni kimi satış sayı 150 milyon olmuşdur. Kraliça Viktoriya Ordeninə layiq görülmüşdür. Layiq görüldüyü mükafatlar içərisində 7 "Qremmi", 2 "Qızıl Qlobus" və "Tarzan" multfilminin mahnısına görə "Oskar" mükafatları var.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun bazasında yaradılmışdır.
Günəş kollektorları
Günəş enerjisindən passiv və aktiv qurğuların vasitəsi ilə istifadə etmək mümkündür. Passiv sistemlərdə Günəş enerjisi şüalanmanın, istilikkeçirmənin və təbii ventilyasiyanın köməyi ilə ötürülür. Bu sistemlər sadə olmaqla, istismar zamanı etibarlı və iqtisadi cəhətdən səmərəli işləyirlər. Aktiv sistemlərdə isə, Günəş şüaları ilə qızan səthin istiliyi istilik daşıyıcısının vasitəsilə digər qurğuya nəql edilir. Tətbiq edildikləri sahələrə görə termik Günəş qurğularından aşağıdakılara rast gəlmək olar: -üzgüçülük hovuzları üçün; -isti su təchizatı üçün; -duzlu suların şirinləşdirilməsi üçün; -otaqların isidilməsi üçün; -müxtəlif texnoloji proseslər üçün; -elektrik cərəyanı istehsal etmək üçün. Bu zaman istiliyi qəbul etmək üçün Günəş kollektorlarından istifadə edilir ki, onlar da konsentratorsuz (hamar səthli), konsentratorlu, açıq və bağlı tipli növlərə ayrılırlar. Açıq tipli kollektorlar adətən üzgüçülük hovuzlarında (absorber), qapalı tipli kollektorlar isə isti su təchizatında, isitmədə və s. istifadə edilir. Hamar kollektorlar aşağı temperaturlu 40÷60, orta temperaturlu 60÷100 və yüksək temperaturlu (100 -dən yuxarı) olur. Hamar kollektorsuz Günəş kollektorları hazırda ən çox istifadə edilən avadanlıqlardandır.
Gəncə Dövlət Regional Kolleci
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
Gəncə Dövlət Universiteti nəzdində Regional Kollec
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
Gəncə Humanitar Kolleci
Gəncə Humanitar Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Peşə təlimi; Musiqi müəllimliyi; Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Dizayn; Maliyyə işi; Bədən tərbiyəsi və idman. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Humanitar Kolleci Gəncə Texniki Kolleci ilə birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.
Gəncə Musiqi Kolleci
Gəncə Musiqi Kolleci (əvvəlki adı: Gəncə Musiqi Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Gəncə Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanırdı: Musiqi müəllimliyi; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Gəncə Texniki Kolleci
Gəncə Texniki Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Mühasibat uçotu; Elektrik təchizatı; Nəqliyyatda daşımaların təşkili; Yol hərəkətinin təşkili; Rabitə qovşaqları və kommunikasiya sistemləri; Baytarlıq; Nəqliyyat vasitələrinin təmiri və servisi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci Gəncə Humanitar Kolleci ilə birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.
Gəncə Tibb Kolleci
Gəncə Tibb Kolleci (əvvəlki adı: Gəncə Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Gəncə Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Əczaçılıq; Tibb bacısı işi; Ortopedik stomatologiya.
Gəncə İslam Kolleci
Harvard Kolleci
Harvard Kolleci — Harvard Kolleci Massaçusets ştatının Kembric şəhərində yerləşən Sarmaşıq Liqası tədqiqat universiteti olan Harvard Universitetinin bakalavr kollecidir. 1636-cı ildə qurulan Harvard Kolleci ABŞ-nin ən qədim ali təhsil müəssisəsi olan və dünyanın ən prestijli təhsil müəssisəsi olan Harvard Universitetinin orijinal məktəbidir. Harvard Kolleci Harvard Universitetinin AB və SB dərəcələri təklif edən ənənəvi bakalavr proqramıdır. Son illərdə bu seçiciliklə ərizəçilərin beş faizindən az hissəsinin təklifi qəbul olunur. Harvard Kolleci tələbələri 450-dən çox məktəbdənkənar təşkilatda iştirak edir və demək olar ki, hamısı kampusda yaşayırlar — birinci kurs tələbələri Harvard Yardında və ya yaxınlığında, yuxarı sinif tələbələri isə icma yönümlü "evlərdə" yaşayırlar. Məktəb 1636-cı ildə Massaçusets Körfəzi Koloniyasının Böyük və Ümumi Məhkəməsinin səsverməsi ilə — heç bir resurs — bir bina, təlimatçı və ya tələbə olmadan yaranmışdır. 1638-ci ildə kollec Con London gəmisinin daşıdığı Şimali Amerikanın ilk məlum çap maşınının evi oldu. Üç il sonra, kollec bütün kitabxanasını və pul əmlakının yarısını məktəbə vəsiyyət edən vəfat etmiş Çarlstaun naziri Con Harvardın (1607–1638) şərəfinə " Harvard " adlandırıldı. Harvardın ilk direktoru Nathaniel Eaton (1610–1674) olmuşdur . 1639-cu ildə o, həm də həddindən artıq intizam üçün işdən çıxarılan ilk təlimatçı oldu.
Heydər İslam Kolleci
Hitler koalisiyasının kollaborsionisti
Hitler koalisiyasının kollaborsionisti, İkinci Dünya Müharibəsində Berlin-Roma-Tokio oxu qüvvələri tərəfindən işğal edilən ölkələrdə millətçilik, etnik nifrət, antikommunizm, antisemitizm və opportunizm kimi məqsədlər üçün bir araya gələrək işğalçı qüvvələrlə əməkdaşlıq edən təşkilatlardır. Bu qrupların bir çoxu müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və ya Holokost altında qırğınlar etmişdi. Sovet İttifaqı daxilində Hiwi, Trawniki, Schutzmannschaft və Şərq legionları kimi kollaborsionist legionlar yaradılmışdı. Bu kollaborsionist Sovet vətəndaşları bir çox insanın ölümünə, o cümlədən nasistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlərə görə məsuliyyət daşıyırdılar. Kollaborsionizm məğlub bir dövlətin əhalisi ilə qələbə çalmış bir qüvvənin nümayəndələri arasındakı əməkdaşlıq deməkdir. Stanley Hoffmann əməkdaşlığı könüllü və könüllü (zərurətdən faydalanmaq) kimi fərqləndirmişdir. Hoffmanna görə, əməkdaşlığı “pislik” və “ideoloji” olaraq bölmək olar; köhnə düşmənə qəsdən xidmət etmək, ikincisi, arzu olunan daxili dəyişikliklərin qalibi hesab olunan xarici qüvvə ilə işbirliyinin qəsdən müdafiəsidir. Bunun əksinə olaraq Bertram Gordon, qeyri-ideoloji və ideoloji kollaborsionizmə istinad edərək kollaborsionizm terminindən istifadə edir. Kollaborsionizm İkinci Dünya Müharibəsi dövründə Berlin-Roma-Tokio oxu qüvvələri tərəfindən işğal edilmiş ölkələrdə ideoloji, maddi və ya hərbi baxımdan Nasist Almaniyasına, İtaliya Krallığına (və İtaliya Sosial Respublikasına) və ya Yaponiya İmperiyasına dəstək olmaq deməkdir. Müharibədən sonra əməkdaşlıq etdikləri müəyyənləşdirilmiş şəxslərə böyük cəzalar verildi və onlara satqın damğası vuruldu.
Karlo Kollodi
Karlo Kollodi (it. Carlo Collodi, əsl adı Carlo Lorenzini; 24 noyabr 1826[…], Florensiya, Böyük Toskana hersoqluğu[…] – 26 oktyabr 1890[…], Florensiya, İtaliya krallığı[…]) — italyan yazıçısı və jurnalisti, əsasən, Karlo Kollodi adı ilə tanınır. Uşaq ədəbiyyatının görkəmli yazıçılarından biridir. Yazıçıya ən çox məşhurluğu Pinokyo gətirmişdir. Karlo Kollodi Florensiyada dünyaya gəlmişdir. Atası aşpaz Domeniko Lorenzini, anası xidmətçi Angela Orzali idi. Yazıçı on övladın birincisi idi. O, uşaqlığını Kollodidə, dağ ətəyində keçirib. İlk təhsilini burada aldıqdan sonra ruhanilik oxumaq üçün Val Delsa seminariyasına göndərilir. Buranı bitirdikdən sonra kitab satıcısı işləyib.