Kombinatorika
Kombinatorika — diskret obyektləri, çoxluqları (uyğunluq, yerdəyişdirmə, yerləşmə) və onlar arasındakı münasibətləri öyrənən riyaziyyatın bölməsi. Kombinatorika həm riyaziyyatın başqa sahələri ilə (cəbr, həndəsə, ehtimal nəzəriyyəsi), həm də başqa elm sahələri (məsələn, genetika, informatika, statistik fizika) ilə əlaqəlidir.
"Kombinatorika" termini riyazi elmə ilk dəfə 1666-cı ildə Leybnits tərəfindən daxil edilmişdir.