komsomol toyu (beş-üç nəfərlə toy etmək)

a Scotch marriage шотландский брак (брак без соблюдения формальностей, путём объявления себя мужем и женой в присутствии свидетелей) / комсомольская свадьба
kompliment istəmək
kondisiyaya çatdırmaq
OBASTAN VİKİ
Komsomol
Komsomol (qısaca Коммунистический союз молодежи), tam adı — Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜİLKGİ) — SSRİ-də yeganə siyasi gənclər təşkilatı. İlk kommunist gənclər təşkilatı "Rusiya Kommunist Gənclər Təşkilatı" ( Российский коммунистический союз молодёжи) , (РКСМ) 29 oktyabr 1918-ci ildə yaranıb, 1924-cü ildə ona V.İ.Leninin adı verilib — Российский Ленинский коммунистический союз молодёжи (РЛКСМ). 1922-ci ildə SSRİ-nin yaranması ilə əlaqədar komsomol 1926-cı ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜİKGİ) adını alır.
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Fiqaronun toyu
Fiqaro evlənir (KV 527, it. Le nozze di Figaro ossia la folle giornata) — Mosartın fr. Pierre Augustin Caron de Beaumarchaisin pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu dörd pərdəli opera. Operanın ilk premyerası 1 may 1786-cı ildə Vyanada Burqteatrın səhnəsində oynanılır. == Yazılma tarixi == Mosart operanı 1785-ci ilin dekabrında Vyanadakı Domqasse mənzilində bəstələməyə başlamış, 5 ay ərzində bitirmişdir. Operanın süjeti Bomarşın pyesindən götürülmüşdür. Həmin dövrdə aristokratiynı lağa qoyan, Fransa inqilabı ilə əlaqəli bu əsər Vyanada qadağan edilmişdir. Mosartdan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları da bu mövzuda opera yazmışdılar. Bu mövzuya Mosartdan 30 il sonra demək olar ki, sonuncu və daha uğurlu Coakkino Rossini müraciət edərək "Sevilya bərbəri" operasını yazmışdır. == Orkestrin tərkibi == Partitura: 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot 2 valdhorn, 2 trompet Timpani (davul) Simli alətlər: Basso kontinuo: klavesin və violonçel == Personajlar == == I Pərdə == Qraf qəsrin bir dairəsi.
Türk toyu
Türk toyu, toygun və ya keneş — İslamdan əvvəlki, türk boylarının qanunvericilik, idarəetmə və məhkəmə səlahiyyətlərini istifadə edən tayfalar arası qurum. 13-cü əsrin ortalarından etibarən türk mənbələrində yazılmağa başlayan qurultay kəlməsi toy yerinə istifadə olunmağa başlanmış və toy sözü sadəcə yemək məclisləri üçün istifadə edilən kəlməyə çevrilmişdir. Kültiginin ölümündən sonra Çindən gətirilən şüşə bəzəmə ustaları, toy təmsilçisi İltəbərin gətirdiyi 732-ci ildə qoyulmuş Kültgin yazılı mənbələrində izah edilən toy təmsilçilərinə verilən Toygun adının artıq məclis üçündə istifadə edildiyi nəzərə çarpır. Toy kəlməsi bəzən monqol tayfalarının məclisi olan qurultay kəlməsi ilə qarışıq salınsa da, qədim türklər öz məclislərini hər zaman “toy” olaraq adlandırmışlar. Bununla yanaşı, qurultay kəlməsinin kökü olan “Qur” altay dilindən bəri monqolca və türkcədə ortaq istifadə olunan sözlərdəndir. Toy, bəzən də "tay" olaraq istifadə edilən bu kəlmə isə qədim türkcədə “şəhər” mənasında işlənir. Bu kəlmə zaman keçdikcə əyləncəli məclis və s. mənalarda da işlədilmişdir. Toy kəlməsi sadəcə türklərin işlətdiyi söz deyildir, eyni zamanda qurultay sözü kimi monqol dili ilə ortaq işlədilən sözlərdəndir. Necə ki, monqolların gizli tarixində də "toy" kəlməsinə rast gəlmək mümkündür.
Yoxsulların toyu
"Yoxsulların toyu" — azərbaycanlı rəssam Əzim Əzimzadənin 1931-ci ildə çəkdiyi rəsm əsəri 2007-ci ilin iyun ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Əzim Əzimzadəyə həsr olunmuş 2 poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 10000 ədəd olan həmin markalardan biri "Yoxsulların toyu" adlı rəsm əsərinə həsr olunmuşdur.
Zərdüşti toyu
Zərdüştçü toyu — zərdüştçülükdə iki şəxsin, bir kişi və bir qadının ailə qurduğu dini mərasim. Zərdüştçülükdə icma daxilində evlilik təşviq edilir və dini mətnlərdə böyük üstünlük verilir. Zərdüştçü toyunun mərasim prosedurları və ənənəvi prosesləri ətraflıdır. "Avesta"da kişilik və qadınlıq 15 yaşında, evlənməyə hazır olduqda qazanılır. Bununla belə, Hindistanda evlilik həddi kişilər üçün 21, qadınlar üçün isə 18 yaş həddini bildirən 1936-cı il tarixli Parsi Evlilik və Boşanma Aktı ilə müəyyən edilir. Əgər nikaha girən tərəflərdən hər hansı biri aktda göstərilən yaşdan aşağıdırsa, yetkinlik yaşına çatmayan nikaha daxil olan tərəfin valideynləri razılıqlarını bildirmək üçün nikah şəhadətnaməsinə imza atmalıdırlar.
Zərdüştçü toyu
Zərdüştçü toyu — zərdüştçülükdə iki şəxsin, bir kişi və bir qadının ailə qurduğu dini mərasim. Zərdüştçülükdə icma daxilində evlilik təşviq edilir və dini mətnlərdə böyük üstünlük verilir. Zərdüştçü toyunun mərasim prosedurları və ənənəvi prosesləri ətraflıdır. "Avesta"da kişilik və qadınlıq 15 yaşında, evlənməyə hazır olduqda qazanılır. Bununla belə, Hindistanda evlilik həddi kişilər üçün 21, qadınlar üçün isə 18 yaş həddini bildirən 1936-cı il tarixli Parsi Evlilik və Boşanma Aktı ilə müəyyən edilir. Əgər nikaha girən tərəflərdən hər hansı biri aktda göstərilən yaşdan aşağıdırsa, yetkinlik yaşına çatmayan nikaha daxil olan tərəfin valideynləri razılıqlarını bildirmək üçün nikah şəhadətnaməsinə imza atmalıdırlar.
Komsomol (Baymak)
Komsomol (başq. Комсомол, rus. Комсомол) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Zilair kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 56 km, kənd sovetliyindən (Urqaza): 11 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km.
Komsomol (dəqiqləşdirmə)
Komsomol — SSRİ-də yeganə siyasi gənclər təşkilatı. Komsomol metrostansiyası — Moskvada metrostansiyası. == Toponim == Komsomol — Ərəbqardaşbəyli kəndinin dəyişdirilmiş adı. Komsomol gölü — Vrangel adasında yerləşən göl. Komsomol (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Komsomol — 29 aprel 1992-ci ildə adı dəyişdirilərək Yuxarı Aran adlandırılmış qəsəbə.
Komsomol gölü
Komsomol — Vrangel adasında yerləşir. İnzibati cəhəntən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisində daxildir. Göl Vrangel qoruğu ərazisinə daxil edilmişdir. Göl adanın şimal qərb sahilinə yaxın yerləşir. Şərqi Sibir dənizindən qumsal bərzəxlə ayrılır. Gölü cənubdan Bezimyannıy dağı ilə ədatələnmişdir. Şimal-şərqdən gölə bulaqlar və kiçik göllər axır. Yaxınlıqdan keçən iri çayı Nanukdur. Göl kənarında balıqçılıq üçün məkan yaradılmışdır. Ov əsasən Baydar qayığı vastəsilə həyata keçirilirdi.
Komsomol metrostansiyası
Komsomol metrostansiyası — 30 yanvar 1952-ci ildə istifadəyə verilmiş Moskva metropoliteninin stansiyası. == Memarlığı == Moskvanın "Komsomol" metro stansiyası arxitekturasına görə klassisizm elementlərini özündə birləşdirən möhtəşəmliyi, təmtəraqlılığı ilə seçilən Stalin ampirinin apofeozudur. Stansiyanın şimal sonluğunda kiçik günbəzli avanzala doğru aparan pilləkən yerləşir. Uzun və geniş dəhliz avanzaldan eskalator tunelinə doğru davam edir. Eskalator tuneli öz növbəsində hər iki stansiya qovşağı üçün ümumi yerüstü vestibülə aparır. Böyük Vətən müharibəsində sovet xalqının zəfəri stansiya interyerlərinin arxitekturasında aparıcı mövzudur.
Komsomol poeması
Komsomol poeması — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun müəllifi olduğu nəzm romanı. Müəllifin ilk epik əsəri.Poemanın süjet xəttini Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda insanların mübarizəsi və bu mübarizədə komsomol gənclərinin rolu təşkil edirdi. == Süjet == Yeddi komsomolçu yeni sovet hakimiyyətinə tabe olmaqdan boyun qaçıran və şiddətli müqavimət göstərən bəy-torpaq sahibi Geray bəyin ucqar kəndinə göndərilir. Şiddətli mübarizə gedir, atışmalar olur. Bu mübarizə fonunda poemada komsomol şairi Cəlalın Gəray bəyin qızı Humaya olan faciəli məhəbbəti təsvir olunur. Humay Cəlala qarşılıq verir, lakin dədə-baba adətlərinə sadiq qalaraq atasının iradəsinə qarşı çıxa bilmir. Ehtirasdan dəli olan Cəlal Gəray bəydən qızını ona verməsi üçün yalvarmaq ümidi ilə düşmən düşərgəsinə getməyə qərar verir. Geray bəy ilə üz-üzə gələn və onların barışmaz düşmənçiliklərini davam etdirdiklərini ondan gizlətməyən Cəlal qızının xoşbəxtliyini əziz tutan ata hisslərinə müraciət edir. Lakin Geray bəy Cəlaldan şübhələnirdi ki, onun yanına gəlişi düşmənin ağıllı hiyləsidir. Gəray bəy Cəlalı öz əlləri ilə öldürür.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Üç
Üç — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. İkidən sonra, dörddən əvvəl gəlir.
Dağlarda toy
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur. Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır.
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
Toy (rəqs)
Toy rəqsi — Azərbaycanın milli rəqsi. Naxçıvanda oynanılan qədim, ənənəvi rəqsdir. Bəy və gəlinin cavan qohumları bu rəqsi gəlini aparan faytonun qabağında oynayardılar. Rəqs "yallı" tiplidir, yan-yana addımlı cəld rəqsdir. Oynayanlardan çoxunun əlində yanar məşəl olardı. "YouTube"da Toy rəqsi.
Toy adətlərimiz
Azərbaycan toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır. Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir. XX əsrə qədər Azərbaycanda iki gəncin tanışlığı həddindən artıq qəliz ssenari idi. Ciddi ənələlərə əsasən toydan qabaq qızlara oğlanlar ilə ünsiyyətdə olmağa qadağan edirdilər. Lakin bütün hallarda olduğu kimi cavanlar necəsə bir birlərini görməyə nail olurdu.
Toy marşı
Toy marşı — alman bəstəkarı Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəri. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur. Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnmişdir. Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınmışdır. Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londondakı Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bi marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunmuşdur. Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verilmişdi. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa etmişdi. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.
Toy rəqsi
Toy rəqsi — Azərbaycanın milli rəqsi. Naxçıvanda oynanılan qədim, ənənəvi rəqsdir. Bəy və gəlinin cavan qohumları bu rəqsi gəlini aparan faytonun qabağında oynayardılar. Rəqs "yallı" tiplidir, yan-yana addımlı cəld rəqsdir. Oynayanlardan çoxunun əlində yanar məşəl olardı. "YouTube"da Toy rəqsi.
Toy Şaftalısı
Wedding Peach (yap. 愛天使伝説ウェディングピーチ, azərb. Sevgi Mələyinin Əfsanəsi: Toy Şaftalısı‎) — Kunihiko Yuyama tərəfindən yaradılmış yapon anime serialı. Wedding Peach — Internet Movie Database saytında.
Toy əti
On beş
On beş — say sistemində ədədlərdən biridir. On dörddən sonra, on altıdan əvvəl gəlir. On beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz beş
Otuz beş — say sistemində ədədlərdən biridir. Otuz dörddən sonra, otuz altıdan əvvəl gəlir. Otuz beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.