konsonata
konsorsiya
OBASTAN VİKİ
Konsorsium
Konsorsium (lat. consortium — ortaqlıq, cəmiyyət) — kommersiya iştirakçılarının təşkilati-hüquqi formalarından biridir. Müxtəlif müstəqil şirkətlər tərəfindən hər hansı iri layihənin icrası məqsədilə müvəqqəti olaraq yaradılır. Konsorsium son zamanlar inhisarın daha geniş yayılmış bir formasıdır. Bu forma bir qayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O, maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların qüvvəsini birləşdirməyi tələb edir. Konsersium iştirakçıları həm şəxsi, həm də dövlət təşkilatları və dövlətlər ola bilər. Konsersium iştirakçıları tam müstəqillik saxlayır. Birgə seçilmiş rəhbərliyə tabe olurlar. Hazırda Azərbaycanda neft müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır.

Digər lüğətlərdə

гетеро́зис госбюдже́тный косу́шечка малосне́жье паке́тик поцелу́й речитати́вно та́к ли как мышь на крупу надулся посеме́йно спа́ржевый аркебузир бара шихоботь box set encounter hotel Ree stark town planning westbound банковый безотлагательный вскрываться напористость