konspiralogiya
konspirativ
OBASTAN VİKİ
Konspirasiya nəzəriyyəsi
Konspirasiya nəzəriyyəsi ( və ya daha öncə konspirologiya - ing. conspiracy theory və q.yun. λόγος, loqos) ictimaiyyət tərəfindən müəyyən bir şəkildə qəbul edilmiş hər hansı bir hadisə haqqında inkişaf etdirilmiş, ictimaiyyətdən gizli saxlandığı iddia edilən məlumatlarla və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlərə verilən addır. Bəziləri konspirasiya nəzəriyyələri çıxaran kəsləri paranoik, diqqəti cəlb etməyə çalışan ya da səhv istiqamətləndirmələrlə cəmiyyəti yanıldaraq bundan siyasi, iqtisadi (ya da mediatik) çıxar təmin etməyə çalışan kəslər olaraq görür və iddiaları gülünc və əhəmiyyətsiz qəbul edirlər. Kənar yandan bu tip iddialar məşhur mədəniyyət sahəsində hər vaxt özünə yer tapa və diqqəti cəlb etməyi bacara bilmişdir. Konspirasiya nəzəriyyəsinin daha əvvəlki dövrlərdə konspirologiya (ing. conspirology) adlandırılması da təsadüfi deyil. Belə ki, konspirologiyaya həqiqətən də ciddi bir elm kimi baxan dönəmlər olub. Mişel Fuko iddia edirdi ki, hələ XVI əsrdə bir şeyin və ya səbəbin üst-üstə düşməsi və işarəsi dünyanın harmoniya və ardıcıllığının sübutu hesab edilirdi. Lakin 19-cu əsrdən başlayaraq işarələr arasında əlaqə axtarmağı pis və xoşagəlməz hala gətirdilər.
Yəhudi müharibəsi konspirasiya nəzəriyyəsi
Yəhudi müharibəsi konspirasiya nəzəriyyəsi — nasist təbliğatında irəli sürülən antisemit konspirasiya nəzəriyyəsi. Bu konspirasiya nəzəriyyəsində yəhudilərin Nasist Almaniyasına qarşı müharibə apardığı, onların vahid tarixi aktor kimi çıxış edərək İkinci Dünya müharibəsini başlatdığını və Almaniyanın məhv edilməsinə istiqamətində səy göstərdikləri iddia edilirdi. Müharibənin 1939-cu ildə Ümumdünya Sionist Təşkilatının prezidenti Xaim Veytsman tərəfindən elan edildiyini iddia edən nasistlər Almaniyanın nəzarəti altında yaşayan yəhudilərin təqibinə haqq qazandırmaq məqsədilə bu anlayışdan istifadə edərək Holokostun özünümüdafiə olduğunu əsas gətirmişdilər. İkinci Dünya müharibəsinin sonundan bəri bu konspirasiya nəzəriyyəsi neonasistlər və Holokostu inkar edənlər arasında populyardır.
Yeni dünya nizamı (konspirasiya nəzəriyyəsi)
Yeni Dünya Nizamı ( ing. New World Order ) sui-qəsd nəzəriyyələrində elitaların və gizli cəmiyyətlərin avtoritar dünya hökuməti qurmaq məqsədi kimi qeyd olunur. Belə nəzəriyyələr ilk əvvəl 1990-cı illərin əvvəllərində ABŞ- da populyarlaşdı. Bunlar əsasən xristian fundamentalist, sağçı və ezoterik müəlliflər tərəfindən yayılırdı. Antiqlobalist solda isə bu terminin istifadəsinin sui-qəsd nəzəriyyəsi kimi təsnif edilib-edilməməsi mübahisəlidir. == Nəzəriyyənin mənşəyi == === Soyuq Müharibənin sonu === Sosial elitaların gizli şəkildə Yeni Dünya Nizamı üzərində işləməsi barədə geniş yayılmış fikir 1990-cı illərin əvvəllərində ABŞ-da siyasi müstəvidə geniş müzakirələrə səbəb oldu. Soyuq Müharibə başa çatdıqdan və Sovet İttifaqının dağılmasından sonra yeni bir dövrün başlanğıcı olduğu fikri geniş yayılmışdı. 1989-cu ildə amerikalı politoloq Frensis Fukuyama tarixin sonu gəldiyi tezisini irəli sürdü: demokratiya, bazar iqtisadiyyati, liberalizm nəhayət qələbə çaldı; tarixi daha da inkişaf etdirə biləcək qlobal ziddiyyətlər artıq yox idi. ABŞ prezidenti Corc Buş Körfəz Müharibəsi zamanı da oxşar fikirləri dilə gətirib. 1991-ci il yanvarın 29-da o, Konqresin hər iki palatasına Birləşmək haqqında ikinci müraciətində bu barədə demişdi.

Digər lüğətlərdə