Koqorta
Koqorta — (lat. cohors) — Qədim Roma ordusunun taktiki altvahidi. Sayı müxtəlif vaxtlarda 300–600 adam idi. Koqortanı ilk dəfə ordunun milis-yığma sistemindən muzdlu, könüllü-peşəkar sistemə keçidi vaxtı, e.ə 107-ci ildə Qay Mari yaratmışdı. Koqorta üç manipuldan ibarət idi. 10 koqorta legion təşkil edirdi. Koqorta manipul sırasına düzülürdü və 8–10 cərgədən ibarət idi. Manipullar arasındakı intervallar, onların cəbhələrinin eninə bərabər idi. Koqortaya hərbi tribun başçılıq edirdi. Manipulaların koqortada birləşdirilməsi, onların müxtəlif döyüş şəraitlərinə uyğunlaşdırmaq imkanlarını artırdı və onların idarə olunmasını asanlaşdırdı.