Korrespondensiya
Korrespondensiya – [lat. correspondentia, correspondo – cavab verirəm, bildirirəm]
Təhlili və ümumiləşməsi ilə müşayiət olunan faktların bildirişi;
Publisistik janr. Həyatın konkret sahəsində baş verən hadisələri faktlar əsasında təsvir etməyin ədəbi formalarından biri. İki əsas növü var: məlumat və analitik;
Məktublar, poçt-teleqraf göstərişləri;
Ayrı-ayrı şəxslər və ya idarələr arasında yazışmalar
R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.