Fritillaria kotschyana
Koçı zanbaqcası (lat. Fritillaria kotschyana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir — EN A2c; D. Nadir növdür.
== Arealı ==
İranın mərkəzində və şimal hissələrində yayılmışdır.
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir. Soğanaq çox da iri deyil, oval, xaricdən sarımtıl, qəhvəyi rənglidir. Gövdə 20-35 sm hündürlüyündədir. Yarpaqlar yaşıl-göyümtül, yarımgövdəni qucaqlayan, uzun, ellipsvari və ya uzun, xətvari-neştərşəkillidir, 0,5-1 (1,5) sm enində, böyük hissəsi yuxarı tərəfin orta hissəsində yerləşir. Çiçəklər tək, zəngvari, iylidir. Çiçəkyanlığı 2,5-3 sm uzunluqdadır.