kritisizm
kritlilər
OBASTAN VİKİ
Kritli Mark Antoni
Kritli Mark Antoni (lat. Marcus Antonius Creticus ö. e.ə. 71, Krit, Roma imperiyası) — E.ə. II və I əsrlərdə yaşamış olan, Antoni ailəsinə mənsub Roma siyasətçisi. O, Mark Antoni Oratorun Yuliya Antoniya ilə qurduğu evlilikdən doğulan oğlu və triumvir Mark Antoni, Qay Antoni və Lyusi Antoninin atasıdır. == Tarixi == E.ə 74-cü ildə pretor seçilmişdir və ertəsi il eynilə atasının otuz il öncə aldığı kimi Pont kralı VI Mitridata qarşı mübarizə aparmaq baxımından çox böyük səlahiyyətlər əldə etmişdir. Mark Antoni vəzifədə uğursuz olmaqla yanaşı eyni zamanda oğurluqlardan qoruyacağı əyalətləri də yağmaladı. Dəniz quldurları ilə ittifaq yaradaraq kritlilərə hücum etdi ancaq məğlub oldu və gəmilərindən çoxu batırıldı. Siciliyalı Diodor bu böyük biabırçılıqdan ancaq özünü xilas edə bildi.