kros-kompilyator

kros-kompilyator
kros-faktor
kros-listinq
OBASTAN VİKİ
Kompilyator
Kompilyator — kompüter proqramı olub, proqramlaşdırma dilində yazılmış kodu başqa bir kompüter dilinə çevirir. Proqramlaşdırma dilində yazılmış kodu çevirməkdə əsas məqsəd çağrıla bilən proqram almaqdır. Kompilyatorlar əsasən, yüksək səviyyəli proqramlaşdırma dilində yazılmış kodları aşağı səviyyəli proqramlaşdırma dilinə çevirir. Birdən çox əməliyyat sistemlərində çalışan kompilyatorlara kross-kompilyator deyilir. Kompilyatorun proqramlaşdırma dilində yazılan koda yalnız 1 dəfə ehtiyacı var. Kompilyator həmin kodu bir dəfə oxuyur və hər dəfə kodu işə salanda yenidən oxumasına ehtiyac qalmır. C#, C, C++, Pascal, Delphi, Java və s. proqramlaşdırma dilləri kompilyatorlu dillərdir.
Kros qaçışı
Kros qaçışı — Dərə-təpəli yerdə maneələri aşmaqla idman qaçışı. komandaların və fərdlərin torpaq və ya ot kimi təbii ərazi üzərində açıq hava şəraitində yarış keçirdikləri idman növüdür. Adətən 4-12 kilometr (2,5-7,5 mil) uzunluğunda olan yol ot və torpaq səthlərini əhatə edə bilər, meşəliklərdən keçə bilər və təpələri, düz yerləri və bəzən çınqıllı yolu əhatə edə bilər. == Haqqında == Kros qaçışına ingilis dilində hərfi mənada "qaçış marşrutu" mənasını verən "cığır qaçışı" da deyilir. Təbii ərazi insan bədəni üçün asfaltdan və ya idman yolundan daha təbii hesab olunur. Lakin bu, belə bir yükün onun üçün daha asan olacağı anlamına gəlmir. Qaçış idmançıdan konsentrasiyanı və diqqəti maksimum dərəcədə artırmasını tələb edir. Daim dəyişən yol bədənin yükə alışmasına imkan vermir, buna görə əzələlər daim yaxşı vəziyyətdə qalır. Bu idman idmançıdan inkişaf etmiş bir tarazlıq hissi, bədənini, hər əzələ və oynağı hiss etmək qabiliyyətinə sahib olmağı tələb edir. Həm dözümlülük, həm də yolda qərar vermək qabiliyyəti lazımlı olacaq.
Artımlı kompilyator
Artımlı kompilyator (en. incremental compiler ~ ru. пошаговый компилятор ~ tr.artımlı derleyici)– proqramın yalnız dəyişdirilmiş bölümünü kompilyasiya edə bilən kompilyator. Adi kompilyatorlar modulları, yaxud proqramları bütövlükdə kompilyasiya edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Dr. Dobb's Journal about making an incremental C++ compiler R. Smith, A. Sloman and J. Gibson, POPLOG's two-level virtual machine support for interactive languages, in Research Directions in Cognitive Science Volume 5: Artificial Intelligence, Eds.