KULON²
KULTİVASİYA
OBASTAN VİKİ
Kulon qanunu
Kulon qanunu – sükunətdə olan yüklü iki nöqtəvi cismin vakuumda qarşılıqlı təsir qüvvəsi onların yüklərinin modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Bu qanunu 1785-ci ildə fransız alimi Şarl Kulon kəşf etmişdir. Şarl Kulon ilk dəfə bu qanunu burulma tərəzisinin köməyi ilə tapmışdır. == Düstur == F = k C | q 1 | | q 2 | r 2 {\displaystyle F=k_{C}{\frac {|q_{1}||q_{2}|}{r^{2}}}} Burada: F {\displaystyle F\ } qüvvət, q 1 {\displaystyle q_{1}\ } birinci kütlənin yükü, q 2 {\displaystyle q_{2}\ } ikinci kütlənin yükü, r {\displaystyle r\ } aralarındaki məsafə, k {\displaystyle k\ } tərs mütənasiblik əmsalıdır.
Şarl Kulon
Şarl Kulon (fransızca: Charles de Coulomb; 14 iyun 1736 − 23 avqust 1806) – fransız hərbi mühəndisi, fizika alimi. O, yüklənmiş cisimlərin, həm də maqnitlərin qütblərinin qarşılıqlı təsirini öyrənmiş, sürtünmə qüvvələrini tədqiq etmişdir. Elektrik yükünün vahidi və elektrik yüklərinin qarşılıqlı cazibə qüvvəsi qanunu onun şərəfinə adlandırılmışdır. Şarl Kulon 14 iyun 1736-cı ildə Anqulem şəhərində, dövlət məmuru ailəsində anadan olmuşdur. Saray əyanları üçün nəzərəd tutulan, o dövrün ən tanınmış məktəbində "Dörd millət kolleji"ndə ("Mazarani" kolleci) təhsil almışdır. Bu məktəbi bitirdikdən sonra 1760-cı ilin fevralında imtahan verərək, XVIII əsrin ən yaxşı məktəblərindən olan Mezyeredəki hərbi-mühəndis məktəbinə daxil olur. Həmin məktəbi 1761-ci ildə bitirir və leytenant rütbəsini alır. Bundan sonra o Brest şəhərinə göndərilir. Orada o kartoqrafik işlərlə məşğul olur. Sonra bir neçə il Kulon Fransaya mənsub olan, Martinka adalarında yerləşən hərbi-mühəndis hissələrdə xidmət edir.
Kulon (ölçü vahidi)
Kulon (azərbaycanca işarəsi: Kl; beynəlxalq işarəsi: C ) — elektrik yükünün (elektrik miqdarı) ölçü vahidi, həmçinin Beynəlxalq vahidlər sistemində (BS) elektrik induksiyasının seli (elektrik yerdəyişmə seli ) vahidi və Beynəlxalq sistemdə xüsusi adı və təyinatı olan törəmə vahiddir. BS-in alimin şərəfinə adlandırılan törəmə vahidlərlə bağlı qanunlarına uyğun olaraq kulon vahidinin adı cümlənin əvvəlində olmadıqda adi hərflərlə, onun işarəsi isə həmişə baş hərflə yazılır. İşarənin belə yazılışı kulondan istifadə edərək yaradılan digər törəmə vahidlərin işarələnməsində saxlanılır. Məsələn, elektrik yerdəyişmə vahidinin işarəsi "kvadrat metrdə kulon" Kl/m2 kimi qeyd olunur. == Tərifi == Kulon — 1 saniyə müddətində naqildən keçən 1 A cərəyan şiddətinə bərabər yükün miqdarıdır. Kulon BS-in əsas vahidləri ilə aşağıdakı kimi ifadə olunur: 1 Kl =1 A·s. Kulon sistemdənkənar amper-saat vahidi ilə aşağıdakı bərabərliklə əlaqələndirilir: 1 Kl = 1/3600 amper-saat. Elementar elektrik yükü ( dəqiqliklə elektronun yükünə bərabərdir) 1,602 176 6208(98)×10−19 Kl-dur. Elektronun 6.24151 ×1018 yükü 1 Kl-a bərabərdir. == Tarixi == Kulon elektrik yükünün ölçü vahidi olaraq ilk dəfə Elektriklərin 1-ci Beynəlxalq Konqresində qəbul edildi (1881-ci il, Paris ).
Ucanq Kulon Milli Parkı
Ucunq-Kulon Milli Parkı — İndoneziya adalarında yerləşən milli park. 1991-ci ildən Dünya irsi siyahısındadır. Ucunq-Kulon Milli parkı Yava adasında yerləşən və düz ərazi halında olan tropik meşələrdən ibarətdir. Nəsli tükənməkdə olan Yava kərgədanının iki həyat sahəsindən biridir. Park Yavanın uzaq qərb bölgəsində yerləşir. Region düzənlik tropik meşələri, bataqlıqlar, manqrovlar və çayırlar ilə əhatəlidir. Yarımadada mərcan adaları və mərcan qayalıqları var. Milli park daxilində vulkanik ada qrupu Krakatoa və Panaytan, Handeuleum adaları və Sunda Boğazındaki Peucanq adası yerləşir. Krakatoa Sakit okean Odlu Qövsünün bir hissəsidir. 1883-cü ildə vulkanik axıntıların, vulkanik küllərin və sunami təsirləri bölgədə faciəvi nəticələrə açıb tərəfindən böyük bir eroziyaya məruz qalmışdır.
Ucunq-Kulon Milli Parkı

Digər lüğətlərdə