Kvattroçento
Kvatroçento və ya kvattroçento ( it. quattrocento - dörd yüz, dörd yüzüncü il) - XV əsr erkən İntibah dövründə İtalyan incəsənətinin ümumi qəbul edilmiş adlandırılması.
Duçento (1200s) və treçento (1300s) dövrlərindən fərqli olaraq, italyan rəssamlar xristian məzmunu qismən antik incəsənətdən mənimsədikləri yeni formalara yerləşdirirdilər. Buna qədər proto-intibah dövrü zamanı İtaliyada və Şimali Avropada (Şimali intibah) yeni ideyaları köhnə, orta əsr memarlıq, heykəltəraşlıq və incəsənət formalarına yerləşdirirdilər. İtalyan kvattroçento dövrü zamanı ilk dəfə olaraq elmə, təhsilə (humanizm) can atmaq istəkləri, antik incəsənətin gözəl nümunələrini ram etmək cəhdləri ilə birləşdi. Əvəllər antiklik qalıqları orta əsr insanlarının gözləri önündə idi, lakin onlar sanki buna fikir vermirdilər. Məzmun və formanın kontaminasiyası məhz İtaliyada kvattroçento dövrü zamanı başladı . Rəssamlar və humanist yazıçılar öz ideallarını antik incəsənət formalarında görməyə başladılar. Eyni zamanda xristian ideologiyası və estetikasının da humanizasiyası baş verirdi.
Neoplatonistlərin Danteyə əsaslanan "La Vita Nuova" (Yeni həyat) fəlsəfəsi meydana çıxırdı.