1. Odunu yandırıb basdırmaqla alınan tünd-qara rəngli bərk yanacaq. Kürəyə kömür qoymaq. Manqala kömür tökmək. Kömürü qızartmaq.
– [Rüstəm kişi] …samovara su tökməyə, kömür salmağa ərindi.
Arvad samovarı çölə çıxartdı. Külünü boşaldıb yaxaladı. Su töküb kömür saldı.
□ Kömür basmaq – kömür almaq üçün odunu yandırıb torpaqda basdırmaq.
Kömür dəymək – dəm tutmaq, kömürün dəmi (qazı) ilə zəhərlənmək.
Kömür kimi (qədər) – tünd-qara, zil qara, qapqara. Kömür kimi uşaq.
– Açıqlıqdan keçdi, kömür qədər qara … görünən qamışlığa girdi.
Onun rəngi kömür kimi qaradı.
Kömür kimi qaralmaq – 1) bərk qaralmaq, qapqara olmaq. Qız yayda kömür kimi qaraldı;
2) məc. hirsindən üzünün rəngi dəyişib tündləşmək.
Rüstəm kişi … kömür kimi qaralıb susurdu…
2. Yer altından çıxarılan bitki mənşəli bərk yanacaq, maddə. Daş kömür. Kömür yataqları. Kömür mədəni. İki vaqon kömür.
– Donbas bizə kömür verir…
Fəhlələr qatı kömür tozu içində işləyirdilər.