Kütburun timsah
Kütburun timsah (lat. Osteolaemus tetraspis) — əsl timsahlar sinfinin nümayəndələrindən biri. Bu sinfin indi mövcud olan ən kiçik növü və hamaralın kaymanlarla birlikdə timsahlar dəstəsinin ən kiçik nümayəndəsidir. Qərbi Afrikanın şirin su hövzələrində geniş yayılmışdır. Ayrı bir Osteolaemus cinsinə daxildir.
== Görünüşü ==
Yetkin kütburun timsahın ölçüsü ümumiyyətlə 1,5 m-dən çox deyil. Qeydə alınan maksimum uzunluq 1,9 m-dir. Rəngi qara, qarnı isə sarıdır. qarnında qara ləkələri var. Yetkinlik yaşına çatmayanların adətən arxa və yan hissələrində açıq qəhvəyi zolaqlar, başlarında sarı ləkələr olur.