Ləşkəri ibn Maymun
I Ləşkəri ibn Maymun (d. bilirmir, Dərbənd, Dərbənd əmirliyi – ö. sentyabr 1002, Dərbənd, Dərbənd əmirliyi) — Dərbənd Haşimiləri sülaləsindən olan VIII müstəqil Dərbənd əmiri. Sıra sayına görə isə onuncudur.
Əmisinin öldürülməsindən 4 ay sonra əmir olmuşdu. 999-cu ildə Zirkiyyə mülkünü ələ keçirmək üçün Şirvanşah Yezid ibn Əhməd ilə vuruşdu və Şəbərana yürüş etdi. Lakin Şirvanlılar onlarla şəhərin qapıları qarşısında vuruşdular. Dərbənd qoşunu ağır məğlubiyyətə uğradı, döyüşdə Ləşkərinin qardaşı Əbu Nəsr ibn Maymun əsir alındı. Şirvanşah onu həbsxanaya saldırdı, barışıq bağlandıqdan sonra o, girov saxlandı. Ləşkəri 1002-ci ildə öldü.