1. Keçmişdə quş ovlamaq üçün saxlanılan şahin cinsindən yırtıcı, alıcı quş.
Laçın yatağıdır bizim məkanlar.
Eşq ilə çırpınan cəfayə dözər; Laçın alçaqda, həm fəzada süzər.
// məc. tənt. Müqayisələrdə: cürət, hünər, igidlik rəmzi kimi işlənir.
Eyvazım bənzər laçına; Sonalar heyran saçına. “ ”.
[Qərib:] Ahu baxışlıdır, laçın cürətli; Uçmağa, qonmağa çıxası gözəl. “ ”.
2. Bədii təşbehlərdə: gözəlin gözlərinə işarə.
Səyyad olub, qurub məhəbbət torun; Laçın gözlü, xub şikarı tutmuşam.
Gecə-gündüz gözüm baxdı yollara; Bir laçın gözlünün nigaranıdı.