Lal axan su dərin olar.

bax Sakit axan su dərin olar.
laqqırtı vurmaq
lal-dinməz oturmaq
OBASTAN VİKİ
Axan Abilqazin
Axan Abilqazin (rus. Ахан Абильгазин; 15 sentyabr 1917, Janaul[d], Qazaxıstan MSSR – 1976) — SSRİ Ali Sovetinin III çağırış deputatı (1950–1954). Axan Abilqazin 15 sentyabr 1917-ci ildə Rusiya imperiyasında, Akmola vilayətinin Kokçetav rayonunun Janaul kəndində anadan olmuşdur. Axan Abilqazin 1950–1954-cü illərdə Kokçetav vilayətindən seçilmiş SSRİ Ali Sovetinin deputatı olmuşdur. O, Stalinin dəfn mərasimində iştirak etmişdir.
Lal (1992)
Kinolentdə sözü ilə əməli düz gəlməyən, "biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq" deyən, lakin iş görmək lazım gələndə qaçıb aradan çıxan dil pəhləvanları tənqid olunur. Film Bəhram Osmanovun quruluşçu rejissor kimimkinoda ilk işidir. Film Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Əsər müəllifi: Cəlil Məmmədquluzadə Quruluşçu rejissor: Bəhram Osmanov Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu operator: Rövşən Quliyev (Rövşən Cavanşiroğlu kimi) Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Səs operatoru: Teymur Abdullayev İkinci rejissor: Asif Əliyev Bədii rəhbər: Eldar Quliyev Orxan Sərkərov Ramiz Sərkərov Ələsgər Məmmədov Elxan Ağahüseynoğlu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320; 367.
Lal bildirçin
Yapon bildirçini (lat. Coturnix japonica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin bildirçin cinsinə aid heyvan növü. Köçəri quş Mancuriya və Yaponiyanın şimal hissəsində çoxalır. Yaponiyanın cənubunda, Koreya yarımadası və Cənubi Çində qışlayır. Zahirən adi bildirçinə (Coturnix coturnix) bənzəyən yapon bildirçini Yaponiyada XIX əsrin sonu, XX əsrin əvvəllərində əhliləşdirilmişdir və bildirçin fermalarında ən çox olan növdür.
Lal Bihari
Lal Bihari (və ya Lal Bihari Mritak; 6 may 1955, Amilo[d], Uttar Pradeş) – Hindistanın Uttar-Pradeş ştatının Amilo kəndindən olan fermer və aktivist. O, 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır. Adına Mritak (hərf. ölmüş) sözünü əlavə etmiş, bu cür hadisələri işıqlandırmaq üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını qurmuşdur. Bihari məşhurlaşmazdan öncə Uttar-Pradeş ştatında yerləşən bir kənddə yaşayan fermer idi. O, bankdan borc almaq üçün Azamqarh rayonunun gəlir idarəsinə yaxınlaşmışdır. Bu zaman ölü kimi qeydiyyatda olduğunu öyrənmişdir. Onun dayısı məmurlardan birinə rüşvət verərək Biharinin ölü kimi qeydiyyata alınmasına nail olmuş, beləcə, Biharinin Khalilabadda yerləşən bir akrlıq torpağının varisliyini götürmüşdür. Bihari 100-dən çox insanın eyni vəziyyətlə üzləşdiyini, rəsmi olaraq ölü göstərildiyini öyrənmişdir. Məsələni gündəmə gətirmək üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını yaratmışdır. O və digər üzvlər onları ölü kimi göstərməyə nail olmuş şəxslər tərəfindən öldürülmək təhlükəsi ilə üzləşmişdirlər.
Dərin Web
Deep web — məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir. Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir. Normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir. Veb saytlar müxtəlif səbəblərdən görünməməsini istəyə bilər. Misal üçün; Kitabxana arxivləri, dövlət və özəl şirkət məlumatları kimi hər kəs tərəfindən tez-tez görünməsi istənilməyən və ya indeksləşdirilməsi çətin olan məzmunu ehtiva etdikləri üçün Brauzerlərdə göstərilmək istəmirlər. Bunlardan başqa flash saytlar, ajax olan saytlar (jQuery ilə işləyən), şifrə ilə daxil edilmiş saytlar, ftp saytları da Brauzerlər tərəfindən oxunması çətin olduğundan Deep veb-ə daxil edilir. Forumlardakı və saytlardakı sistem və admin qovluqları da təhlükəsizlik zəifliklərindən qaçınmaq üçün axtarış nəticələrində avtomatik olaraq göstərilmir. Fərqli axtarış sistemlərindən istifadə edərək dərin şəbəkəyə çatmaq mümkündür və istifadəçi təhlükəsizliyi üçün bu keçidlər normal brauzerlərdə açılmır. Kaliforniya Universitetinin bir araşdırmasına görə, 2001-ci ildə 7,5 petabayt məlumatın Dark webdə olduğu təxmin edilirdi.
Dərin dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Dərin öyrənmə
Dərin öyrənmə — təmsil öyrənmə yolu ilə süni neyron şəbəkələrə əsaslanan maşın öyrənmə metodlarının alt dəsti. "Dərin" sözü şəbəkədə çoxlu təbəqələrin istifadəsinə aiddir. İstifadə olunan üsullar nəzarətli, yarı nəzarətli və ya nəzarətsiz ola bilər. Dərin neyron şəbəkələr, dərin etimad şəbəkələri, təkrarlanan neyron şəbəkələr, konvolyusiya neyron şəbəkələr və transformatorlar kimi dərin öyrənmə arxitekturaları kompüter görüşü, nitqin tanınması, təbii dilin emalı, maşın tərcüməsi, bioinformatika, dərman hazırlanması, tibbi şəkil təhlili, klimatologiya, material analizi və stolüstü oyun proqramları kimi sahələrə tətbiq edilmişdir. Burada onlar insan ekspert performansı ilə müqayisə edilə bilən və bəzi hallarda onları üstələyən nəticələr əldə etmişlər. Süni neyron şəbəkələri (SNŞ) bioloji sistemlərdə informasiyanın emalı və paylanmış kommunikasiya qovşaqlarından ilhamlanaraq yaradılmışdır. SNŞ-lərin bioloji beyinlərdən müxtəlif fərqləri mövcuddur. Xüsusilə, süni neyron şəbəkələri statik və simvolik olur, əksər canlı orqanizmlərin bioloji beyni dinamik (plastik) və analoqdur. SNŞ ümumiyyətlə beyin funksiyası üçün aşağı keyfiyyətli modellər kimi qəbul edilir. Dərin öyrənmə, xam daxiletmə məlumatlarından daha yüksək səviyyəli xüsusiyyətləri mərhələli olaraq çıxarmaq üçün çoxlu qatlardan istifadə edən maşın öyrənmə alqoritmləri sinfidir.:199–200 Məsələn, şəklin emalı zamanı aşağı təbəqələr kənarları, yüksək təbəqələr isə rəqəmlər, hərflər və ya üzlər kimi insana aid olan anlayışları müəyyən edə bilər.
Lal (film, 1992)
Kinolentdə sözü ilə əməli düz gəlməyən, "biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq" deyən, lakin iş görmək lazım gələndə qaçıb aradan çıxan dil pəhləvanları tənqid olunur. Film Bəhram Osmanovun quruluşçu rejissor kimimkinoda ilk işidir. Film Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Əsər müəllifi: Cəlil Məmmədquluzadə Quruluşçu rejissor: Bəhram Osmanov Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu operator: Rövşən Quliyev (Rövşən Cavanşiroğlu kimi) Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Səs operatoru: Teymur Abdullayev İkinci rejissor: Asif Əliyev Bədii rəhbər: Eldar Quliyev Orxan Sərkərov Ramiz Sərkərov Ələsgər Məmmədov Elxan Ağahüseynoğlu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320; 367.
Lal (film, 2003)
Lal — Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında çəkilmiş film. İki oğlan uşağı küçədə hönkürtü ilə ağlayırlar. Lakin heç kəs onların göz yaşının səbəbini aydınlaşdıra bilmir. Sonda lal-kar bir səfil (İdris Rüstəmov) həmin uşaqları görür və öz çörək payını onlara verir. Uşaqlar ağlamağı kəsərək çörəyi yeməyə başlayırlar.
Lal Bahadur Şastri
Lal Bahadur Şastri (hind. लालबहादुर शास्त्री, 2 oktyabr 1904 — 11 yanvar 1966) — Hindistanın ikinci baş naziri Lal Bahadur Şastri 2 oktyabr 1904-cü ildə hazırkı Uttar Pradeş ştatında anadan olmuşdu. 1966-cı ildə Şastri 61 yaşında idi və olduqca sağlam görünürdü. Ona görə də, onun qəfil ölümü beynəlxalq aləmdə birmənalı qarşılanmadı. Qərbdə çıxan qəzetlər Şastrinin zəhərlə öldürüldüyü barədə sensasiyalı xəbər yaydılar. Ancaq SSRİ həkimləri Şastrinin ölümünü ürəktutması ilə izah etdilər. Şastrinin çaydan sonra öldüyünü söyləyən xidmətçinin sözlərinə inansaq, Hindistan Baş Nazirinə zəhər verildiyini ehtimal etmək olar. Çünki, adətən, belə qəfil ölümlər zəhərdən sonra baş verir. Böyük Britaniya və ABŞ həmin dövrdə SSRİ-nin Hindistanda möhkəmlənməsindən və oraya sosializm ixrac etməsindən ciddi narahatlıq keçirirdilər. Üstəlik, Cavahirləl Nehru kimi Ləl Bahadur Şastri də sosializmə meyl göstərirdi və bu çərçivədə də SSRİ ilə sıx iqtisadi və siyasi münasibətlər qurmuşdu.
Lal Sinqx Çadha
Lal Sinqx Çadha (hindcə:Laal Singh Chaddha) filmi Advait Çandan tərəfindən 2020-ci ildə çəkilişi bitəcək Hindistan Absurd Komediya filmidir.Film 1994-cü ildə çəkilən Forrest Qamp filminin hind versiyasıdır.Baş rolda Əmir Xan,Karina Kapur oynayırlar.Filmin ilk baxış tarixi 25 dekabr 2020-ci ildə olacaq. Film Hindistanda cərəyan edir.IQ-sü az olan,səfeh və sevimli Lal Sinqx Çadhanın həyatından bəhs edir.Forrest Qamp necədirsə,Lal Sinqx də elədir. 3 axmaq filmindən sonra ikinci Karina Kapurla Əmir Xanın kino işidir. Avqustda Əmir Xan filmin çəkilişi üçün Türkiyəyə getdi. Burada Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşdü.
Dərin Paket Təftişi
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması da adlanır) – şəbəkə paketlərinin süzülməsinin bir formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud başqa məntəqəyə yönləndirilməli olduğuna qərar vermək, yaxud statistik məlumatlar toplamaq üçün protokollara uyğunsuzluq, viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar yoxlanır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Kola dərin quyusu
Kola dərin quyusu (rus. Кольская сверхглубокая скважина) — dünyada ən dərin quyu olub elmi əhəmiyyət kəsb edir. SSRİ-də son dərəcə dərin quyular sisteminin bir hissəsi olmuşdur. Nikel qəsəbəsindən 15 km şərqdə və Zapolyarnıy şəhərindən 12 km qərbdə yerləşir. 1997-ci ildə o, Ginnesin Rekordlar Kitabına yer qabığına ən dərin insan nüfuzetməsi kimi daxil edilmişdir və bu günə qədər də bu rekord qalmaqdadır. O, həmçinin Maersk Oil BD-04A neft quyusunun (12 290 m, Qətər) qazıldığı 2008-ci ilə qədər dünyanın ən uzun quyusu olmuşdur. Hazırda isə, ən uzun quyu Saxalin şelfində neft hasilatı üçün qazılan Z-44 Çayvodur (Rusiya) - 15 km (rekord 2017-ci ildə müəyyən edilib). 1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12 262 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin diametri 21,5 sm-dir. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Lal Yuxu (teleserial, 2017)
Dərin boğaz (film, 1972)
Dərin boğaz (ing. Deep Throat) — 1972-ci ilin yayında yayımlanan Amerika porno filmidir. Linda Lovelace (Linda Susan Boreman) adlı aktrisanın baş rol aldığı filmin ssenari müəllifi və rejissoru Cerard Damianodur. Ekranlara çıxdığı andan etibarən bir hadisə yaratmış, bir çox kinoteatrlarda nümayiş olunmuş və böyük müvəffəqiyyətlər qazanmışdır. Bütün dövrlərin ən təsirli və sensasiyalı porno filmi hesab olunur. Böyük Britaniyada film nümayiş olunduqdan sonra qadağan edilmiş, 10 il sonra isə bu qadağa məhkəmələr tərəfindən təsdiqlənərək qüvvədə saxlanılmışdır. Filmin kəsilməmiş DVD-si nəhayət, 2000-ci ildə R18 reytinqi əldə etməyi bacarır və bu lisenziya ilə Böyük Britaniyada seks mağazalarında satılmağa imkan qazanır. Cinsi problemləri olan qadın (Linda Lavleys, Linda personajını canlandırır) dostu Helendən (Dolly Sharp) kömək istəyir, o da öz növbəsində, Lindaya həkimə müraciət etməyi məsləhət görür. Həkim (Harri Reems) Lindanın klitorunun boğazında olduğunu görür. Daha sonra Linda evlənəcəyi kişini tapana qədər xüsusi oral seks (filmin adı da buradan götürülmüşdür) texnikasını tətbiq edir.
Ən dərin (film, 1965)
Film qocaman neftçi Gülbala Əliyevin rəhbərliyi altında briqadanın qazdığı Avropada ən dərin neft quyusu haqqında söhbət açır.
Lal Sinqx Çadha (film, 2020)
Lal Sinqx Çadha (hindcə:Laal Singh Chaddha) filmi Advait Çandan tərəfindən 2020-ci ildə çəkilişi bitəcək Hindistan Absurd Komediya filmidir.Film 1994-cü ildə çəkilən Forrest Qamp filminin hind versiyasıdır.Baş rolda Əmir Xan,Karina Kapur oynayırlar.Filmin ilk baxış tarixi 25 dekabr 2020-ci ildə olacaq. Film Hindistanda cərəyan edir.IQ-sü az olan,səfeh və sevimli Lal Sinqx Çadhanın həyatından bəhs edir.Forrest Qamp necədirsə,Lal Sinqx də elədir. 3 axmaq filmindən sonra ikinci Karina Kapurla Əmir Xanın kino işidir. Avqustda Əmir Xan filmin çəkilişi üçün Türkiyəyə getdi. Burada Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşdü.
Dama-dama göl olar (film, 1982)
Dalğa (su)
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Evtrof su
Evtrof su — qida maddələri ilə zəngin olan su. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hiqroskopik su
Mineral su
Mineral su — aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur. Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər. Bir qayda olaraq mineral su dedikdə əlavə hazırlıqsız içmək üçün yararlı olan və bioloji aktivliyə malik su qəbul olunur, lakin hamı tərəfindən qəbul olunan beynəlxalq təsnifata görə tərkibində duzların qatılığı 1q/l-dən böyük olan suyu mineral hesab edirlər. Duzun qatılıöı 1q/l-dən az olan su süfrə suyu adlanır. Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq edilir.
Normal su