Lanqedok
lap
OBASTAN VİKİ
Laos
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. == Tarixi == Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Laos bayrağı
Laos bayrağı — Laos dövlətinin rəsmi dövlət bayrağı. 2 dekabr 1975-ci ildə qəbul olunmuşdur. Bundan əvvəl qısa müddətliyinə Lao İssara hökuməti və Patet Lao tərəfindən istifadə olunmuşdur. == Simvolizm == Bayraq 3 horizontal zolaqdan ibarətdir: ortada göy zolaq, yuxarı və aşağıda qırmızı zolaqlar. Bu göy zolağın içində onun hündürlüyünün 8/10-nu təşkil edən ağ disk təsvir olunmuşdur. Bayrağın proporsiyası 2:3 şəklindədir. Bu bayraq ölkə xalq respublikasına çevriləndə qəbul olunmuşdur. Bu bayraq dünyada beşguşəli ulduz təsvir olunmayan yeganə sosialist bayraqdır. Bu bayraqdan əvvəl qırmızı fonda çətirin altında, oturacağın üzərində dayanan üçbaşlı fil təsvir olunan bayraqdan istifadə olunmuşdur. Bu ölkənin XIX əsrdə ölkənin qədim adını ifadə edirdi: "Milyon fillər ölkəsi".
Laos dili
Laos dili, lao dili və ya laotyan dili (laos ພາສາລາວ, phasa lao) — Tay-kaday dilləri ailəsinin tay dili qrupuna aid olan dil, laoların dili, Laosun rəsmi dövlət dili. Şimal, mərkəz və cənub dialekt qrupları var. Təcridi dildir. Sözlər arasında sintaktik əlaqələr analitik yolla yaradılır. Cümlədə söz sırası sabitdir. Leksikasında pali və sanskrit dillərindən keçmə sözlər çoxdur. Ədəbi dil Vyentyan dialektinə əsaslanır. Laosda ilk yazılı abidələri XIII əsrə aiddir.
Laos kipi
'Lao kipi (laos ກີບ; kodu: LAK; simvolu: ₭ or ₭N) 1952-ci ildən Laos respublikasının pul vahidi. Tarixi olaraq vir kip 100 att (ອັດ)-a bölünür. == Tarixi == === Azad Laos kipi (1946) === 1945-1946-cı illərdə Fransız qüvvələri regionu zəbt etmədən əvvəl Azad Laos hökuməti Vyentyanda 10, 20 və 50 att və 10 kip kağız pul buraxdı. === Krallıq kipi (1952) === Kip 1952-ci ildə Fransız Çinhindi piastrını əvəz etdi. Kip (həmçinin fransız dilində piastr adlanıdr) 100 att (Lao: ອັດ) və ya sentə bölünür. ==== Sikkələr ==== Üzərində laos və fransız dillərində yazı olan 10, 20 və 50 att sikkələr buraxıldı. Hamısı alüminiumdan hazırlanmışdı və Çin pulları kimi ortasında dəlik vardı. Yalnız 1952-ci ildə buraxılmışdı. ==== Əsginaslar ==== 1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Laos filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı. Eyni zamanda, İnstitutun digər iki filialı da Kambocada riel və Cənubi Vyetnamda donq ilə oxşar razılaşmalara malik idi.
Laos coğrafiyası
Laos coğrafiyası — Cənub-Şərqi Asiyada yerləşən Laos Xalq Demokratik Respublikasının ərazi kompleksləri və komponentləri. Laos, əsasən, dağlıq ölkədir. Şimalında Trannin yaylası (hündürlüyü 2,820 metrə qədər), şərqində Annam dağları, cənubunda Boloven platosu, qərbində Korat platosunun bir hissəsi yerləşir. Cənubunda və qərbində Mekonq çayı boyunca dar ovalıq uzanır. Faydalı qazıntıları: qalay, dəmir filizi, mis, sink, qurğuşun, boksit, qızıl və s. İqlimi subekvatorial, mussondur. Orta tempraturu yanvarda 18–27 °C, iyulda 26–30 °C-dir. İllik yağıntı düzənliklərdə 1,300–1,700 millimetr, dağlarda 3,000 millimetrə qədərdir. Ən böyük çayı Mekonqdur. Əsasən, dağ laterit torpaqları yayılmındır.
Laos dövləti
Laos dövləti — Hind-Çin yarımadasında tarixi dövlət. Yaponiya imperiyası tərəfindən işğal edilmiş Fransanın Laos protektoratının ərazisində yaradılmışdır. 1945-ci ilin aprelindən oktyabr ayına qədər mövcud olmuşdur. Luanqphabanq kralı Sisavang Vonq 1945-ci ilin aprelində yaponlar tərəfindən Laosun müstəqilliyini elan etməyə məcbur edilmişdir, lakin 15 avqustda Yaponiya təslim olmuş və Sisavanq Vonq ölkəni bir daha Fransa protektoratı statusuna qaytarmaq arzusunda olduğunu bildirmişdir.1945-ci ilin oktyabrında ölkənin müstəqilliyini elan edən və Laosda respublika idarəetmə formasını quran Lao İssarahərəkatı Sisavanq Vonqu hakimiyyətdən uzaqlaşdırmışdır.
Laos krallığı
Laos krallığı (laos ພຣະຣາຊອານາຈັກລາວ) — Cənub-Şərqi Asiyada 1949–1975-ci illərdə mövcud olmuş dövlət. == Süqutu == 25 aprel 1975-ci ildə Savannaxet şəhərində koalisiya hökumətini birgə devirməyə razılıq verən sağçı siyasi liderlərin və generalların gizli toplantısı keçirilmişdir. Çevriliş 11 mayın səhəri planlaşdırılmışdı, lakin üsyan həyata keçirilməmişdir. Sui-qəsdçilərin ABŞ-nin Vyentyandakı səfirliyi və Beynəlxalq İnkişaf Agentliyi ilə birbaşa əlaqəsi üzə çıxmışdı. 1 mayda Vyantyanda və başqa şəhərlərdə mitinqlər keçirilmiş, onların iştirakçıları mürtəcelərin dövlət orqanlarından və ordudan uzaqlaşdırılmasını, Amerikanın Laosun işlərinə müdaxiləsinə son qoyulmasını tələb etmişdilər.23 avqust 1975-ci ildə Vyantyanda xalq idarəsi qurulmuşdur. 2 dekabr 1975-ci ildə Laos Xalq Demokratik Respublikasının yaranması elan edilmişdir. == Sosial-iqtisadi inkişaf == Laos krallığı əsasən aqrar ölkə idi. Sənayenin inkişafına digər şeylərlə yanaşı, vətəndaş müharibəsi də mane olmuşdu. Xırda kəndli təsərrüfatları üstünlük təşkil edirdi və bir sıra ərazilərdə kəsimli kənd təsərrüfatı qorunurdu. 1975-ci ilə qədər əsas məhsullar çəltik və qarğıdalı idi.
Laos əhalisi
Laos əhalisi — Laos Xalq Demokratik Respublikasının əhalisinin demoqrafik xüsusiyyətləri. Laos Cənub-Şərqi Asiyada yerləşən ölkədir. Ölkə əhalisinin 2021-ci ildə təxminən 7,43 milyon olduğu təxmin edilirdi və onların çoxu ölkə daxilində qeyri-bərabər səpələnmişdir. İnsanların çoxu Mekonq çayının və onun qollarının vadilərində yaşayır. Ölkə üzrə əhalinin sıxlığı 23,4/km2 təşkil edir. 2005-ci ilin mart ayında, 2005-ci il siyahıyaalınmasında ümumi əhali 5,62 milyon (2,82 milyon qadın, 2,80 milyon kişi) olmuşdur ki, bu da əvvəlki 1995-ci il siyahıyaalınmasından 1,047 milyon artımdır.Laosda etnolinqvistik əlamətə görə 3 qrupda (laolun,, laotenq, laosunq) birləşən təqribən 70 xalq və tayfa, həmçinin ninlilər, vyetnamlılar, birmalılar, Cənubi Asiyadan köçüb gəlmələr və başqaları yaşayır. Dindarların çoxu buddistdir. Rəsmi dil Laos dilidir.
Azərbaycan–Laos münasibətləri
Azərbaycan–Laos münasibətləri — Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin may ayının 22-də qurulmuşdur.
Laos vətəndaş müharibəsi
Laos Vətəndaş Müharibəsi, 1953-cü ildən 1975-ci ilə qədər davam edən kommunist “Patet Lao” partiyası ilə Laos Hökuməti arasında Laos bölgəsində baş verən bir vətəndaş müharibəsidir. Laos Krallığı, Vyetnam Müharibəsi ərəfəsində atəşkəs və anlaşma imzalamışdır. Laos, müharibədə anlaşma bağlanmış və 22 Oktyabr 1953 tarixində Fransa ilə Laos arasında bir müqavilə imzalanmışdır. Laos Vətəndaş Müharibəsi, 1975-ci ildə “Patet Leo” partiyasının zəfəri ilə nəticələnmişdir. == Arxa plan == Cenevrə Konfransı ilə Laosun tərəfsiz bir dövlət olması tələb olunmuşdur. Vyetnam Xalq Ordusu, Laosun şimal-şərq bölgəsində böyük bir hərbi əməliyyat başlatmışdır.
İsrail–Laos münasibətləri
İsrail–Laos münasibətləri — İsrail Respublikası ilə Laos Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında münasibətlər 1955-ci ildə Cenevrə konfransından sonra, krallığın İsrail hökumətini tanıdıqdan sonra qurulur. Laos Krallığı 1955-ci ilin aprelində Bandunq konfransından sonra İsrail ilə diplomatik münasibətlər quran ilk Asiya dövləti olurİsrailin Laosda səfirliyi yoxdur. İsrail dövlətinin Vyetnamın Hanoy şəhərində akkreditə olunmuş səfiri biləvastə Laosund səfiri sayılır. == Tarixi == 1954-cü il Cenevrə konfransından sonra İsrail hökuməti Laos və Kambocanın müstəqilliyini tanımaq qərarına gəldi. Bu 13 fevral 1954-cü ildə baş verir. İsrailin Vaşinqtondakı səfirliyi Laosun ABŞ-da tanıdığını elan edir. İlk dövlət səfəri 1956-cı ildə, İsrailin Yanqonda olan elçisi Yaakov Şimoni iki ölkə arasında diplomatik əlaqələrin qurulması məsələsini müzakirə etmək üçün Laosa səfər edir. Həmin il İsrail Xarici İşlər Naziri Moşe Şaretin Laos səfəri zamanı mədələ həll edilr. 12 fevral 1957-ci ildə Yaakov Şimoni Laosda qeyri-rezident elçi olaraq etimadnaməsini təqdim edirref name="tri">שה יגר, המסע הארוך לאסיה, 2004, עמ' 219</ref>.
Laos Vətənpərvər Cəbhəsi
Patet Lao (laos ປະເທດລາວ, Pa thēt Lāo, hərf. Lao milləti), rəsmi olaraq Laos Xalq Azadlıq Ordusu — Laosda XX əsrin ortalarında yaradılmış kommunist siyasi hərəkatı və təşkilatı. Qrup 1975-ci ildə, Laosda vətəndaş müharibəsindən sonra siyasi hakimiyyəti ələ keçirməkdə son nəticədə uğur qazanmışdır. "Patet Lao" həmişə Vyetnam kommunistləri və Şimali Vyetnam ilə yaxından əlaqəli idi. Vətəndaş müharibəsi zamanı Vyetnam Xalq Ordusu tərəfindən effektiv şəkildə təşkil edilmiş, təchiz edilmiş və hətta rəhbərlik edilmişdir. Vyetnam müharibəsində antikommunist qüvvələrə qarşı vuruşmuşdular. Nəhayət, bu termin Laos kommunistlərinin ümumi adı olmuşdur. Hərəkata hərbi yardımın ən mühüm mənbəyi Çin idi. Mao Tszedunun əmri ilə Xalq Azadlıq Ordusu onları 115,000 silah, 920,000 qumbara və 170,000,000 güllə təmin etmin, 700-dən çox hərbi zabitinə təlim keçmişdir."Patet Lao"nun "Laos Vətənpərvər Cəbhəsi" (laos Neo Lao Hak Xat) adlı siyasi qanadı 1956-cı ildən başlayaraq çoxsaylı koalisiya hökumətlərində xidmət xidmət etmişdir. 1960–1970-ci illərdə "Patet Lao" Laosda vətəndaş müharibəsi dövründə kral hökuməti ilə vuruşmuşdur. Onlar Laosun şimal və şərqinə nəzarəti ələ keçirmişdi.
Laos Kral Hökuməti
Laos Kral Hökuməti — 1947-ci ildən 1975-ci ilin dekabrına qədər Laos krallığında hakim orqan. 1975-ci ildə kommunistlər hakimiyyəti ələ keçirmiş və Laos Xalq Demokratik Respublikası elan edilmişdir. 1953-cü il Fransa–Laos müqaviləsi Laosa tam müstəqillik vermiş, lakin sonrakı illər şahzadə Suvanna Fumanın rəhbərliyindəki bitərəflər, şahzadə Bun Umun rəhbərliyindəki sağçılar və Sufanuvonq rəhbərliyindəki solçu Laos Vətənpərvər Cəbhəsi arasında rəqabətlə yadda qalmışdı. Bu dövrdə koalisiya hökumətlərinin qurulması üçün bir sıra uğursuz cəhdlər edilmişdir. == Mənbələr == == Əlavə ədəbiyyat == Stuart-Fox, Martin (2008) Historical Dictionary of Laos. Scarecrow Press. ISBNs 0810864118, 9780810864115.
Laos Xalq Demokratik Respublikası
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. == Tarixi == Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Laos Xalq Demokratik Respublikası;
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. == Tarixi == Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Laos Xalq İnqilabı Partiyası
Laos Xalq İnqilabı Partiyası (LXİP; laos ພັກປະຊາຊົນປະຕິວັດລາວ, Phak Pasaxon Pativat Lao; fr. Parti révolutionnaire populaire lao) — Laos Xalq Demokratik Respublikasının qurucu və yeganə hakim partiyası. Partiyanın dövlət hakimiyyəti üzərində monopoliyası Laos Konstitusiyasının 3-cü maddəsi ilə təmin edilir və o, iqtisadiyyat və ordu üzərində mərkəzləşdirilmiş nəzarəti olan unitar dövləti saxlayır. == Tarixi == Partiyanın əsası 22 mart 1955-ci ildə (o vaxtadək Hind-Çin Kommunist Partiyasının Laos bölməsi kimi fəaliyyət göstərmişdir) Samnıa şəhərində, keçirilmiş 1-ci (təsis) qurultayında qoyulmuşdur və Laos Xalq Partiyası (LXP) adlanmışdır. 1956-cı ildə ildə LXP-nin rəhbərliyi ilə yaradılmış Laos Vətənpərvər Cəbhəsi Laos xalqının xarici qüvvələrə və yerli rəqiblərinə qarşı mübarizəsinin təşkilində mühüm rol oynamışdır. 1972-ci ilin fevralında keçirilmiş 2-ci qurultay partiyanı Laos Xalq İnqilabı Partiyası adlandırmağı qərara almışdır. Qurultayda qəbul olunmuş siyasi proqram kapitalizm inkişaf mərhələsini keçmədən birbaşa sosializmə keçid üçün bütün zəruri şərtlər hazırlamağın Laos inqilabının başlıca vəzifəsi kimi irəli sürülmüşdür. LXİP-nin rəhbərliyi ilə Laos kommunistlərinin yerli rəqiblərə və onların amerikalı müttəfiqlərinə qarşı müvəffəqiyyətli mübarizəsi 1973-cü ilin fevralında Laosda sülhün bərpa olunması və milli razılıq əldə edilməsi haqqında sazişin imzalanması ilə nəticələnmişdir. 1975-ci ilin dekabrında LXİP ölkədə bütün hakimiyyəti ələ almışdır. LXİP-nin təşəbbüsü ilə çağırılmış Laos xalq nümayəndələriin Milli konqresi monarxiya quruluşunun devrildiyini və Laos Xalq Demokratik Respublikasının (LXDR) yaradıldığını elan etmişdir.
Laosun dövlət quruluşu
Laosun dövlət quruluşu — 1991-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Laos məhdudiyyəti olmayan prezident idarəetmə üsuluna malik, bir partiyalı sosialist tipli respublikadır. Milli bayram günü olan müstəqillik günü (1949) 19 iyul tarixində qeyd edilir. 10 fəsil və 80 maddədən ibarət Laos Konstitusiyası 14 avqust 1991-ci il tarixində qəbul edilmişdir. == İnzibati bölgüsü == Laos Respublikası 11 000 kommunadan ibarət 140 rayonu özündə birləşdirən 16 əyalətə (Attapı, Bokeo, Bolikxamsay, Tyampasak, Xuapxan, Kxammuan, Luanqnamtxa, Luanqpxabanq, Udomsay, Pxonqsali, Saynyabuli, Salavan, Savanakxet, Sekonq, Vyentyan-əyalət və Sienqkxuanq) və Vyentyan paytaxt prefekturasına bölünür. == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanı sayılan Prezident, ölkə Parlamenti tərəfindən 5 il müddətinə seçilir. Ali qanunverici orqanda dövlət başçısı seçilmək üçün namizəd, Parlamentin xüsusi iclasında iştirak edən deputatların ən azı 2/3 hissəsinin səsini qazanmalıdır. Laos Prezidenti Milli Assambleyanın qərarına əsasən Baş naziri, onun təqdimatı ilə əyalət qubernatorlarını və şəhər merlərini təyin edir və vəzifədən kənarlaşdırır, Baş nazirin təqdimatı ilə silahlı qüvvələrin və təhlükəsizlik xidmətinin ali vəzifəli şəxslərinə hərbi rütbələr verir, habelə əfvlə bağlı sərəncam imzalayır və digər funksiyaları həyata keçirir. Dövlət başçısı Hökuməti formalaşdırır və onun üzvlərini təyin edir. Prezidentin birbaşa rəhbərliyi altında fəaliyyət göstərən nazirlər onun qarşısında fərdi məsuliyyət daşıyırlar.
Laosda vətəndaş müharibəsi
Laos Vətəndaş Müharibəsi, 1953-cü ildən 1975-ci ilə qədər davam edən kommunist “Patet Lao” partiyası ilə Laos Hökuməti arasında Laos bölgəsində baş verən bir vətəndaş müharibəsidir. Laos Krallığı, Vyetnam Müharibəsi ərəfəsində atəşkəs və anlaşma imzalamışdır. Laos, müharibədə anlaşma bağlanmış və 22 Oktyabr 1953 tarixində Fransa ilə Laos arasında bir müqavilə imzalanmışdır. Laos Vətəndaş Müharibəsi, 1975-ci ildə “Patet Leo” partiyasının zəfəri ilə nəticələnmişdir. == Arxa plan == Cenevrə Konfransı ilə Laosun tərəfsiz bir dövlət olması tələb olunmuşdur. Vyetnam Xalq Ordusu, Laosun şimal-şərq bölgəsində böyük bir hərbi əməliyyat başlatmışdır.
Laosun neytrallığı haqqında beynəlxalq müqavilə
Laosun neytrallığı haqqında beynəlxalq müqavilə — 23 iyul 1962-ci ildə Cenevrədə Laos məsələsinin həlli üzrə 16 may 1961-ci ildən davam edən beynəlxalq konfransın nəticəsi olaraq 14 dövlət, o cümlədən Laos tərəfindən imzalanmış beynəlxalq müqavilə. Birma İttifaqı, Kamboca, Kanada, Çin Xalq Respublikası, Vyetnam Demokratik Respublikası, Fransa, Hindistan, Polşa Xalq Respublikası, Vyetnam Respublikası, Tailand, Sovet İttifaqı, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları bəyannaməni imzalamışdılar. O və Laos Kral Hökumətinin 9 iyul 1962-ci il tarixli neytrallıq haqqında bəyannaməsi imzalandığı tarixdə beynəlxalq müqavilə kimi qüvvəyə minmişdir. == İstinadlar == == Xarici keçidlər == Declaration on the Neutrality of Laos.
Şimali Vyetnamın Laosa soxulması
Şimali Vyetnamın Laosa soxulması — Vyetnam Demokratik Respublikasının (VDR) 1958–1959-cu illərdə Laos ərazisində hərbi fəaliyyətləri. VDR Laos krallığına qarşı döyüşmək üçün Patet Laonu dəstəkləmişdi. Laos üzərində nəzarət Vyetkonq (CVMAC) və VXO-nun (Şimali Vyetnam Ordusu) Vyetnam Respublikasında fəaliyyətlərinin gücləndirilməsi üçün əsas təchizat marşrutu kimi xidmət edən Ho Şi Min cığırının tikintisinə imkan yaratmışdı. Beləliklə, Patet Laoya Şimali Vyetnam tərəfindən Laos krallığına qarşı döyüşmək üçün verilən dəstək 1975-ci ildə Cənubi Vyetnam üzərində kommunistlərin son qələbəsində həlledici olmuşdu. Əgər bunlar sadəcə Vyetnam silahsızlaşdırılmış zonasında baş tutsaydı, Cənubi Vyetnam və ABŞ qüvvələri hər hansı CMVAC və VXO hərəkatının qarşısını ala bilərdilər. Həmçinin, bu əməliyyatlar Patet Laonun ABŞ tərəfindən dəstəklənən Laos krallığı üzərində qələbə çalmasına da töhfə vermişdir.
изгиба́ть маргина́льный Ма́ша-растеря́ша надколо́ться опублико́вываться прева́жный просви́рниковый эмфати́ческий амальгами́ровать закрыва́ть провали́ть сейсмогра́фия явле́нный полиелей churchless Hochheimer Immelmann leam magnificence personal prigger radio receiver recount resister wrecking