lar 2021

lar
lappır 2021
ları
OBASTAN VİKİ
Lar
Lar — İranın Fars ostanının şəhərlərindən və Laristan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,961 nəfər və 12,891 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və müsəlmandırlar.
LAR-160
LAR-160 İsrail tərəfindən istehsal olunmuş reaktiv yaylım atəş sistemidir. Kalibri 160 mm olan raketləri 12–45 km arasında yerləşən istənilən hədəfi məhv etmək qabiliyyətinə sahibdir. Standart atış platforması hər birində 13 raket olan iki buraxıcı qurğudan ibarətdir.
Dürda-Larekiy
Dürda-Larekiy (fr. Durdat-Larequille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03106. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1252 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 793 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 549 nəfər iqtisadi cəhətdən fəal, 244 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 67.1%). Fəal 549 nəfərdən 494 nəfər (261 kişi və 233 qadın), 55 nəfəri işsizdir (23 kişi və 32 qadın). 244 hərəkətsiz şəxs arasında 74 nəfər şagird və ya tələbə, 100 nəfər təqaüdçü, 70 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Galeopsis laramberguei
Adi işırqan (lat. Galeopsis tetrahit) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇şırqan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galeopsis nodosa (Moench) Gray Galeopsis tetrahit subsp. parviflora Ehrh.
Gürcüstan larisi
Lari (gürc. ლარი) — Gürcüstan Respublikasının pul vahidi. ISO 4217 – ya görə valyutanın kodu – GEL. 1995-ci il oktyabrın 2-də prezident Eduard Şevardnadzenin imzaladığı fərmana əsasən dövriyyəyə buraxılıb. Yeni pul vahidi köhnə kupona 1:1.000.000 nisbətində müəyyənləşdirildi. 1 lari 100 tetri xırda pul vahidinə bərabərdir. 06.11.2018-cı ilə olan məlumata görə 1 Azərbaycan manatı üçün 1,61 lari, 1 ABŞ dolları üçün 2,73 lari məzənnə təşkil etmişdir.Lari sözü Gürcü dilində xəzinə,vardövlət mənasındada işlənir. Hal- hazırda dövriyyədə 1, 2, 5, 10, 20, 50 tetri və 1 lari, 2 lari, 10 metal pullar və 1, 2, 5, 10, 20, 50, 100Ş 200 lari banknotlar istifadə edilir. Həmçinin Gürcüstan Milli Bankı tarixi hadisələrə həst edilmiş müxtəlif nominalda yubiley və investisiya metal lariləri buraxır. === Lari işarəsi === 2014-cü il iyulun 8-də Gürcüstanın Milli Bankının (NBG) qubernatoru Giorgi Kadagidze milli valyutanın əlaməti və onun müəllifi üçün qalib gələn təklifi təqdim etdi. Gürcüstan lari öz əlamətinə malik idi.
Henrik Larsson
Henrik Larsson (20 sentyabr 1971) ― İsveç futbolçusu == Karyerası == === Futbolçu karyerası === Karyerası boyu vətənində "Hyoqabor" klubunda da oynayan Henrik ölkədən kənarda Hollandiyada "Feyenoord", Şotlandiyada "Seltik", İspaniyada "Barselona", İngiltərədə "Mançester Yunayted"də forma geyinib. Karyerası boyu həm çoxsaylı mükafatlar, ölkə çempionluğu, kuboku qazanan Larsson "Qızıl buts"un sahibi, Çempionlar Liqasının qalibi olub. Hətta vətənində bütün dövrlərin ən yaxşı futbolçusu seçilib. Qeyd edək ki, milli komandasının heyətində dünya çempionatının bürünc medalını qazanan, keçirdiyi 106 oyunda 37 qol vuran Larsson Azərbaycan milli futbol komandasının da qapısına yol tapıb. Karyerasını 2009-cu ildə bitirib. Yaşıl meydanda çıxışını 38 yaşında başa vuran hücumçu son oyununu ölkə çempionatında "Helsinqborq"un heyətində "Yurqorden"lə qarşı görüşdə keçirib. O, futboldan komandasında bu ilin yaxşı oyunçusu seçilməsi ilə bağlı aldığı mükafatla yola salınıb. === Məşqçilik karyerası === Larsson İsveç çempionatının ikinci divizionunda çıxış edən "Landskrona Boys" komandası ilə 1 illik məşqçilik müqaviləsi bağlayıb.
Kayl Larson
Kyle Miyata Larson (31 iyul 1992) — NASCAR Kuboku Seriyasında karyerası olan bir Amerikalı peşəkar yarışçıdır. Larson, 2014 mövsümündən 2020 mövsümünün əvvəlinə qədər 42 nömrəli avtomobil ilə Chip Ganassi Racing komandasına qatıldı. Bu komandada 9 yarış qələbəsi qazandı. O NASCAR rəsmiləri tərəfindən dayandırılıb və sonra səbəbiylə virtual yarış irqçi sözləri bir hadisə aprel 2020 Ganassi komandasının qovuldu. NASCAR, Larson'un statusunu 2020-ci ilin oktyabrında bərpa etdi. 2021 mövsümündən başlayaraq 5 nömrəli avtomobil ilə Hendrick Motorsports komandasında yarışdı.
Lara Fabian
Lara Fabian (fr. Lara Fabian, əsl soyadı Krokart (nid. Crokaert, Fabian isə anasının qızlıq familiyasıdır; 9 yanvar 1970[…]) — fransız dilli müğənni. Onun fransız, ingilis, ispan, portuqal, rus və s. dillərində mahnıları var. == Həyatı == Lara Fabian 9 yanvar 1970-ci ildə Brüssel yaxınlığındakı Etterbek kommunasında anadan olmuşdur.
Lara Fabianın diskoqrafiyası
Lara Fabianın diskoqrafiyası — Belçikalı-italyan əsilli Fransa müğənnisi Lara Fabianın diskoqrafiyası 12 studiya albomu, 4 konsert albomu, 1 yığma albom, 8 pavilyon albomu, 5 videoalbom və 52 sinqldan və digər albomlardan ibarətdir. Bir neçə dildə danışa bilən Lara Fabian öz mahnılarını daha çox fransız, italyan, ingilis, ispan, portuqal, rus, ivrit, yunan və alman dillərində oxuyur. Onun diskoqrafiyası bütün dünya üzrə 18 milyondan çox satış rekordu əldə edib. Lara Fabian bütün zamanların Belçika əsilli qadın müğənniləri arasında ən çox satış göstəricisi olan ifaçı kimi tarixə düşüb. Səsinin imkanları baxımından vokal diapazona və lirik-soprano tembrə malikdir. Musiqi əsərlərini canlı ifa edərkən Do-3 notundan Sol♯6 notuna qədər 3 oktava yüksələ bilir.
Lara Kroft (film, 2018)
Lara Kroft (ing. Tomb Raider) — 2013-cü ildə satışa çıxarılan "Tomb Raider" video oyunu əsasında çəkilmiş Böyük Britaniya və ABŞ döyüş-macəra filmi. Roar Uthauqun rejissorluğu, Evan Doqerti, Ceneva Robertson-Duoret və Alaster Siddonsun ssenaristliyi ilə "Crystal Dynamics" tərəfindən çəkilən filmin baş rollarında Alisiya Vikander, Dominik Uest, Kristin Skott Tomas, Deniel Vu və Volton Qoqqins var. Başlıca fotoqrafiya 2017-ci ilin yanvar ayından iyun ayına qədər Böyük Britaniyadakı "Warner Bros." studiyasında, daha sonra isə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində davam etmişdir. Distrübüterliyini "Paramount Pictures" şirkətinin etmədiyi ilk "Tomb Raider" filmi ilk dəfə 14 mart 2018-ci ildə Böyük Britaniyada, 15 mart 2018-ci ildə Azərbaycanda, 16 mart 2018-ci ildə isə ABŞ-də ekranlaşdırılmışdır. Film ümumi olaraq, 273 milyon ABŞ dolları qazanmışdır. Film tənqidçilər tərəfindən qarışıq rəylər almışdır. Bəziləri filmin ssenarisini tənqid etmiş, bəziləri isə filmin franşizanın mövzusuna sadiq qalması və Vikanderin aktrisalığını tərifləmişdir. Lara Kroftun xarakterləşdirilməsi polyarlaşdırılmış cavab almışdır. Bəziləri onu "bacarıqlı, güclü və obyektivləşdirilməmiş qəhrəman", bəziləri isə onu "ancaq döyülən və tamaşaçı" adlandırmışdır.
Lara Qonzalez
Lara Qonzalez (d. 14 aprel 1986) — İspaniyanı təmsil edən bədii gimnast. Lara Qonzalez, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Lara Qonzalezin bacısı, Barbara Qonzalezdə bədii gimnastdır. == Karyerası == Lara Qonzalez, 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Barbara Qonzalez, İsabel Paqan, Ana Pelaz, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Larak adası
Larak adası (fars. لارک‎) — Fars körfəzində İrana məxsus adalardan biri. Hörmüz boğazında yerləşir. Qəşm, Hörmüz, Henqam adalrı yaxınlığında, Bəndər Abbas limanı çevrəsindədir. Adanın qırmızı mərcan və qumlu sahilləri vardır Larak adası Bəndər-Abbasdan 45 km, Qəşmdən 18 km aralıda yerləşir. == Tarixi == Villiam Vincent antik Orqan ilə, Larmanın qeyri-bərabər və xarabalı ada ilə müəyyənləşdirir, lakin ən çox alimlər Hörmüz ilə orqanı müəyyən edirlər. Vilhelm Tomasek Herakliot Markianus tərəfindən qeyd olunan Aguedan ilə Larak adasının eyni olmmasını iddia edir. Burada qurğuşun filizi çıxarıldığı deyilir. 19-cu əsrdə adada dəmir filizi ehtiyatları olduğu müəyyən edilmişdir. Portuqal admiralı Alfomnso de Albureke Hörmüzə hücumu zamanı tabeliyinmdə olan dörd gəmidən birini Larak adasının işğalı üçün göndərir.
Larami (Vayominq)
Larami rayonu (ing. Laramie County) — ABŞ-nin Vayominq ştatında yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun 2000-ci il məlumatlarına görə bu rayonun 81 067 nəfər əhalisi var idi. Rayonun inzibati mərkəzi və Vayominq dövlətinin paytaxtı Çeyen şəhərində yerləşir.
Laran-Monteqlen
Laran-Monteqlen (fr. Laragne-Montéglin, oks. L'Aranha Montaiglin) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05070. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3532 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1947 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1355 nəfər iqtisadi cəhətdən fəal, 592 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.6%, 1999-cu ildə 66.6%) idi. Fəal 1355 nəfərdən 1224 nəfəri (630 kişi və 594 qadın), 131 nəfəri işsizdir (43 kişi və 88 qadın).
Laran-Monteqlen (kanton)
Laran-Monteqlen (fr. Laragne-Montéglin) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0512. Laran-Monteqlen kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası Laran-Monteqlen kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 6 062 nəfər təşkil edirdi.
Larayba Seybou
Larayba Seybou (6 dekabr 2000) — Beninli üzgüçü. Larayba Seybou Benini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Larayba Seybou birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.01 saniyəlik nəticəsi ilə 77-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Lardal tuneli
Lardal tuneli (Norveçcə:Lærdalstunnelen) Norveçin qərbində yerləşir. Lardal tuneli hal-hazırda dünyada ən uzun yol keçidi hesab olunur. Uzunluğu 24.5 km olan bu tunelin inşasına 1995-də başlanıb, 2000-ci ildə isə tunel istifadəyə açılıb. Tuneldə hərəkət 2 yönlü və 4 xətlidir. Yolda dayanmaq və istirahət etmək üçün şərait var. Oslo və Bergen şəhərlərini birləşdirən şose yolu bu tuneldən keçir.
Larderello
Larderello (italyanca Larderello) — Toskana regionunun Piza əyalətində kommuna. Dəniz səviyyəsindən 390 metr yüksəklikdə yerləşir. Larderelloda geotermal enerji istehsal edən Enel şirkətinin 850 işçisi yaşayır və onlar dünya geotermal enerjisinin 10%-ni istehsal edirlər - 4800 gVt•saat.
Lardiqo zirvəsi
Lardiqo zirvəsi (bolq. връх Лардиго, ‘Vrah Lardigo’ \'vr&h lar-'di-go\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən aralıda yerləşən, 1158 m hündürlüklü qaya zirvəsidir. Zirvə Sneqotin silsiləsinə daxildir. Zirvə Bolqarıstanın Qara Dəniz sahillərində yerləşən Lardiqo burnunun adını daşıyır. == Yerləşməsi == Lardiqo zirvəsi 63°33′42″ c. e. 58°28′54″ q. u. koordinatlarında yerləşmişdir. İqnatiyev dağından 10.06 km şimal-şərqdə, Kroun zirvəsindən 4.2 km şərqdə, Mareskot burnundan 9.63 km cənub-şərqdə, Tintyava zirvəsindən 13.17 km cənub-qərbdə, Hoçstetter zirvəsindən 10.62 km şimal-qərbdə yerləşmişdir.
Lardizabalaceae
Lardizabalaceae (lat. Lardizabalaceae) — i̇kiləpəlilər sinfinin qaymaqçiçəklilər sırasına aid bitki fəsiləsi. == Cinsləri == Decaisneoideae yarımfəsiləsinə 1 cins daxildir: Decaisnea Hook.f. & Thomson — Dekeneya Lardizabaloideae yarımfəsiləsinə 2 triba daxildir: Triba: Lardizabaleae, 6 cins daxildir: Akebia Decne. — Akebiya Archakebia C.Y.Wu, T.C.Chen & H.N.Qin Boquila Decne. Holboellia Wall. — Holbeliya Lardizabala Ruiz & Pav. — Lordizabella Stauntonia DC. — Stauntoniya Sinofranchetieae tribasına 1 cins daxildir: Sinofranchetia (Diels) Hemsl.
Lardye
Lardye (fr. Lardiers, oks. Lardièrs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04101. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 114 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 73 yaşda (15-64 yaş arasında) 50 nəfər iqtisadi cəhətdən, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.5%, 1999-cu ildə 72.8%). Fəal olan 50 nəfərdən 44 nəfər (24 kişi və 20 qadın), 6 nəfər işsiz (3 kişi və 3 qadın) idi.
Lardye-e-Valansa
Lardye-e-Valansa (fr. Lardier-et-Valença, oks. Lardier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05071. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 928 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 169 nəfərin (15-64 yaş arasında) 124-ü iqtisadi cəhətdən, 45-i fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 77.2%). Fəal 124 nəfərdən 115 nəfəri (57 kişi və 58 qadın), 9 nəfəri işsizdir (5 kişi və 4 qadın).
Largo
Largo, Larqo, Larco (it. largo — geniş, çox asta, tamam, uzatmaq) — Musiqi xarakteri və tempi. Larqo Adajio ilə eyni hərəkətli olsa da bir qədər ciddidir. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) largo birinci yerdə gəlir.
Lari Abramson
Larri Abramson (1954) Cənubi Afrika Respublikası doğumlu İsrailli incəsənət xadimi == Həyatı == Larri Abramson 1954 cü ildə Cənubi Afrikada anadan olmuşdur. Ailəsi 1961 ci ildə Qüdsə köçür burda yerləşir 1970 ci ildə Misir prezdentinin sülh təşəbbüsünün ilk rədd edən şəxslərdən idi. 1973 cü ildə Çelsi İncəsənət və Dizayn kollecində təhsil alır , Londondan qayıtdıqdan sonra 9 il Çap mərkəzində karikaturalar yaratmaqla məşğul olur. == Sənət karyerası == Abramsonun ilk tək kolleksiyası 1975 ci ildə təşkil olunub . 1980-cı illərdə əsasən modern avropa sənəti ilə təqlidi və modern ikonik simvollara məşğul olurdu.Bunlarda Kazmir Maleviçin "Qara meydan"əsərinə əsaslanır. 1993 və 1994-cü illərdə Abramson, Tel Aviv Kibbutz İncəsənət Qalereyasında sərgilənən "tsooba" əsərini yaratdı. Seriya 38 mənzərə şəkilləri (tuval üzərində yağ), 38 mənzərə şəkillərində təəssürat və saytdan götürülmüş flora nümunələrindən sonra bir sıra hansısa həyat şəkillərindən ibarət idi. Bu seriya on il əvvəl rəssam Cozef Zaritskinin boyadığı bir sayt olan Kibbutz Tzova yaxınlığında xarabalıqlara aiddir. Zaritsky saytında tapılan Fələstinli xarabalıqları görməmiş və beləliklə, landşaftın əlifbasından istifadə edərək, Abramson görünüşü realist şəkildə boyanmış və sonra onu itələmişdir. Fələstin kəndi xarabalıqlarını "görərək" İsrailin Fələstinli şəxsiyyətini özləşdirən ərazidən silmək istəyən cəhətini tənqid edir.
Laribuazyer xəstəxanası
Laribuazyer xəstəxanası (fr. hôpital Lariboisière) — Paris-də yerləşən qədim fransız xəstəxanası. Hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Université Paris Citénin tədris xəstəxanasıdır. Avropanın ən böyük xəstəxanalarından biridir. 1854-cü ildə yaradılmışdır.
Larican (Xudafərin)
Larican (fars. لاريجان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 964 nəfər yaşayır (230 ailə).